6-cı bölüm.Səninləyəm

33 7 23
                                    

Helloo kitab sevərlər...
Yeni bölümlə burdayamm
Xoş oxumalar💙

Camila Cabello -My oh My

"Təzə qonaqlarmız gəliblərmiş...Xəbərsiz özdə....Sizə layiq bir qarşılama olmadı amma cəhənnəmə xoş gəldiniz"....

İkimizdə eyni anda arxamızı döndük.Təxmini 10 nəfərdən ibarət dəstə bizə tərəf gəlirdi.Qara tez önümə keçib xəncərini çıxardı.Məndə əlimi sol ayağıma bərkitdiyim xəncərə atdım.Xəncəri alıb əlimdə saxladım.Qara hirsli bir nəfəs verib dedi.

"Mənimlə olmağına peşman olmayacaqsan?"

Dediyi cümlədən heçnə anlamadığım üçün cavab vermədim.

"Çoxdular Dəniz.İstəsən onların başını qataram sən də qaçarsan.Qaçırsan ya qalırsan?"

Bu dəfə dediyi cümlə gülməyimə səbəb oldu.

"Mənim kitabımda qaçmaq yoxdu Qara.Səninləyəm."

Sanki mənim sözlərimdən güc alırdı.Cümləmi bitirdiyim anda xəncərini bizə tərəf gələn birinə sovurdu.Xəncər düz boğazına sancıldı.Eyni anda digər adamla boğuşmağa başladı.Gözlərini adamların üstündə dolaşdırıb dedi

"Dəniz səni qoruya bilməyəcəm.Peşman olmaq istəmirəm.Qaç öz canını qoru"

"Ölsəmdə getmərəm.Sən öz canını qoru.Çünkü sən ölsən məndə öləcəm."

Adamlardan biri mənə tərəf gəlirdi.Atdığı son addım ilə məni vurmaq istəyirdi ki qarın boşluğuna bir yumruq atıb xəncəri boğazına dirədim.Amma adam məndən iri idi.Qolumu tərs çevirib xəncəri mənim boynuma dirədi.Elə bu anda Qara adama kürəyindən zərbə vurdu.Xilas ola bildim amma xəncər boğazımı yox üzümü kəsdi.Qara adamla dalaşarkən 2 nəfər daha üstünə gəlib onu təkləməyə başladılar.Nəhayət vurulan zərbələrdən Qara dizləri üstə çökdü.Mən gördüyüm mənzərə ilə tam qışqıracağkən kimsə əli ilə ağzımı tutdu.Qara kəsik kəsik nəfəsi ilə bir cümlə deyə bildi.

"Onu buraxın,işiniz mənimlədi,məni alın"

Daha sonra Qaranın boynunun ardından odun ilə vurdular.Bir neçə saniyə sonra məndə eyni yerdən ağrı hiss elədim.Gözlərim bağlanmadan öncə gördüyüm son şey Qaranın gözləri idi.Amma bu dəfə nifrətlə baxmırdı...

☆☆☆☆☆☆☆☆

Hələ heç gözlərimi tam açmağa macal tapmamış Qaranın inilti səslərini eşitdim.Yavaş yavaş gözlərimi açanda alaqaranlıq bir otaqda əlim qolum stula bağlı şəkildə oturduğumu hiss elədim.Qarşımda iki adam var idi.Biri qışqıraraq Qaraya nəsə dedi.

"Ya kim olduğunu de ya da ki işgəncələrlər öləcəksən"

Qaradan heç bir səs çıxmadıqda ikinci sarışın adam əlində ki kəmərlə önə doğru addım atdı.Üzümü Qaraya çevirəndə gördüyüm mənzərə qarşısında qanım dondu.Qara əllərindən tavana bağlanmış şəkildə dayanmışdı.Üzərində köynək yerinə kəmərin açdığı yaralardan süzülən qan var idi.Əlində kəmər olan adam tam kəməri havaya qaldıranda buna baxa bilməyəcəyimi düşünüb gözlərimi bağladım.
Üç...iki...və bir...
Kəmər səsi....
Qaranın dodaqlarından tökülən iniltilər....

Gözlərimi yenidən açanda adamlardan birinin baxışları mənimlə Qara arasında gəzdi.Sonra dedi.

"Başa düşdüm sən deməyəcəksən.Onda bu qız danışar hər şeyi"

İntiqamın soyuq nəfəsi (Tamamlandı)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin