14-cü bölüm.Səhv duyğular

32 7 13
                                    

Salammm....
Yazdığım hekayənin çox oxunmamasına rəğmən hələ də yazmağa davam edirəm.Çünki inanıram ki, bir gün mənim hekayəm də oxunacaq))Çünki inadçı keçi kimi birşeyəm ahahah(kefm yerindədi takmıyın çox)

Xoş oxumalarrr💫

Neoni-Villain

Ayaz qanlar içində qapının önündə dururdu.Daha çox ayaq üstə dura bilməyib qapının ağzına yıxılanda hamımız ona tərəf qaçdıq.Bircə Dumandan başqa.O heç barmağını belə tərpətmədən divara söykənib dayanmışdı.Ayazın yanına gedən birinci mən oldum.Yerdə uzanıb kəsik-kəsik nəfəslər verirdi.Üz-gözü qan içində idi.Üzünü əllərimin arasına alıb soruşdum.

"Ayaz nə olub sənə?Kim eləyib bunu?"

Gözlərini açmağa çalışdı.Amma bacarmayıb nəfəs verdi.Anlamadığım ağrılı iniltilərin arasında bir nəfərin adını dəqiq eşitdim.

"Q-Qara"dedi güclə.
"Səni bu günə Qara qoyub?"dedim yüksək səslə.Bu anda divara söykənən Dumanın gülüş səsi gəldi.

"Day deki Qara səni yaxşıca bənzədibki...Onsuzda axır əvvəl ya Qaranın ya da ki mənim əlimdə qalacaqdın."

"Duman bəsdi."deyib Ayazın yanında qalxıb yenidən Dumana tərəf getdim.Həmişəki kimi bıçağımın hədəfi Duman idi."Səninlə işim hələ bitməyib.Sənə güvənmirəm."

Amma Dumanın kefi yerində idi.Təslim olmuş kimi iki əlini havaya qaldırdı.

"Bu həyatda bir tək sənə təslim olaram.Qoy mənə gələn səndən gəlsin.Açtığın yaraların yerində güllər bitir, xəbərin yoxdu."

"Sən həqiqətən də ağlını itirmisən."Başımı qaldırıb gözlərinə baxdım."Öldürəcəm deyirəm,səni incidəcəm deyirəm vecinə də deyil..."

Diqqətlə üzümü incələdi."Bütün Dünyanı da gəzsən səni mənim qədər sevən birini tapa bilməyəcəksən.Hər şey bitəndə yenə də sənin yanında mən olacam..."

Bu cümlələri deməyini gözlədiyim insan Duman deyildi...Bəlkə elə buna görə də bütün əsəbimi Dumandan çıxırdım.

Bir addım önə atılıb bıçağı çiyninə basdım.
"Bəsdi manipulyasiya eləməyə çalışdın.Nə qədər ki səni öldürməmişəm de görüm məni otağa niyə kilidləmişdin?"

"Dedim axı,səninlə öz dilində danışacaqdım.Lazım gəlsə mübarizə aparacaqdım.Əlində heç bir sübut yoxdur.Mənə heçnə edə bilməzsən..."

Ofeliya mənə yaxınlaşıb əlini çiynimə qoydu.Üzünə baxanda sakit səslə bir cümlə dedi."Onu burax, indi əsas məsələ Ayazdı".Baxışlarımı bir Duman bir də Ofeliya arasında gəzdirdim.Sonra yavaş-yavaş bıçağı aşağı endirdim.Duman isə qaçmaq yerinə qollarını bir-birinə bağlayıb mənə baxmağa davam elədi.Ofeliya əlini çiynimdən çəkib Ayaza tərəf getdi.Mən də son dəfə Dumana tərs-tərs baxıb Ayazın yanına getdim.Cəsur və Aida onu divana uzatdılar.Aida otaqdan bir az pambıq,tindürdiyot(yod tinkturası) və sulu dəsmal gətirdi.Cəsur dəsmalla Ayazın üzünü təmizləməyə başladı.Belə üzündəki yaralar və gözünün altındaki izlər daha çox üzə çıxırdı.Aida pambığı tindürdiyota batırıb Ayazın üzündəki yaralarda gəzdirdi.Arada Ayaz aldığı kəsik-kəsik nəfəsinin arasında ağrıdan inilti səsləri çıxarırdı amma sonra yenidən huşunu itirirdi.Duman isə heç yaxına da gəlmədi.Arada bir dəfə "Ayı parçalasaydı daha yaxşı vəziyyətdə olardı, yaxşı ki Qara parçalıyıb" dedi amma hamımızın eyni anda ona tərs-tərs baxması ilə özünü yığışdırdı.Aida yaraıarını təmizlədikdən sonra Cəsura dedi.

İntiqamın soyuq nəfəsi (Tamamlandı)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin