Arada bir kitaba romantik səhnələr yazmaq istəyi gəlir amma birdən birə infakt keçirmiyəsiniz deyə yavaş-yavaş yazacam😅Həm də ki fantastik kitabda daha çox döyüş səhnələri sevilir...
Xoş oxumalarr👑Neoni-Loser
Dənizin dilindən.
Qaranı stula bağlayandan sonra divanda yatıb qalmışam.Təxminən 2 saat sonra gözlərimi açanda Qaranın oyaq olduğunu gördüm.Tərs-tərs üzümə baxanda refleks olaraq yenidən tavanı əlimə aldım.Qara dedi."Daha bu qədər də dəli olduğunu düşünümrdüm Dəniz.O əlindəki tavayla vurmuşdun hə məni?"hələdə əsəbi halda üzümə baxırdı.Qorxmamışdım amma qollarını açandan sonra qaça bilməyəcəyimi bilirdim.Özümdən əmin bir səslə dedim.
"Hə bu tavayla vurmuşdum.Sən başlatdın.Mən deyəni etsəydin vurmazdım..."Gözlərimi qaçırdım çünki Qaranın gözlərindən əsəbdən alov çıxırdı.
"Əllərimi açandan sonra nələr olacağını təxmin edə bilirsiniz Dəniz xanım?"deyib kinayəli bir səslə dilləndi.Əlimdəki tavanı daha da çox sıxıb sözə başladım.
"Sən mənə heç nə edə bilməzsən"...Görəsən nəyə güvənirdim?Əlimdəki tavaya?Bir dəqiqə masanın üstünə qoyduğum xəncərim harda idi...
Birdən birə Qaranın əllərini açıb stuldan ayağa qalxması ilə qışqırdım.Qara üstümə gəlməyə başlayanda "Gəlmə yoxsa yenə vuraram səni" dedim.Amma o gülüb bir addımda yaxınlaşdı.'Dəniz o boyda adamı tavayla vuracaqsan?' Dedi içsəsim.Qara bir addım da atanda "Gəlməəə" deyib qışqırıb otağı tərk elədim.Qaçmağa başladım.Qara da ardımca gəlirdi.Mənə çatmağına çox az qalmış başqa bir otağa girdim.Qaranın yataq otağı?
"Allah bəlanı versin Dəniz girə-girə bu otağa girdin?" dedim.Cümləmi böyük ehtimal Qara eşitmişdi ki gülməyə başladı.Ardımca otağa girəndə yatağın üstünə çıxdım.Amma Qara eləcə durub gülürdü."Yaxınlaşma vallah vuraram.Özdə bu dəfə elə vuraram ki..."dayanıb düşündüm"Normal vuraramda.Əsas odu vura bilərəm.Çıx otaqdan mən də çıxım.Tez ol!"
Qara qorxub qorxmayacağımı yoxlamaq üçün bir addım atdı.Məndə yastığı götürüb üzünə tulladım."Gəlmə"deyib yenə qışqırdım.
"Bu ikinci oldu Dəniz.Üçüncüdə yastıq mənim əlimdə olacaq"deyib göz qırpdı.Sonrada yavaş addımlarla otaqdan çıxdı.Arxasından qapını bağladı.Qaranın otaqdan çıxması ilə rahat nəfəs aldım.Qapıya yaxınlaşıb açacaqdım ki,kildili olduğunu gördüm.Qara məni otağa kilidləmişdi?Qapını yumruqlarımla vurub qışqırmağa başladım.
"Xəstəsən sən?Aç qapını.Hansı ixtiyarla məni bura kilidlədin?"
Qaranın səsi gəldi"Sən hansı ixtiyarla məni tavayla vurub sonra stula bağlamışdın?Bütün auramı öldürdün Dəniz.Heç olmasa xəncərlə vurardında...Tava nədi?"
Əsəbdən son bir yumruğumu qapıya ilişdirəndə əlimin qanadığını gördüm.
"Ölən təkcə auran olmayacaq özün də bu gedişlə öləcəksən Qara"dedim.Onun isə çox da vecinə deyildi.Bircə dedi ki,"Biraz az yumruqla qapını.Əlin qanayacaq""Artıq gecdi" deyib qapıya ard-arda yumruqlar vurdum.İki əlim də qanın içində idi.Amma deyəsən Qara öz sözünü deyib uzaqlaşmışdı.Hirsimin soyumağını gözlədikdən sonra otağa göz gəzdirdim."Sən görərsən Qara..." deyib otağı dağıtmağa başladım.Şkafın çəkməcələrini açıb içini boşaltdım.Çəkməcələri tərs çevirdim.Geyim garderobunu açıb bütün geyimlərini yerə tökdüm.Ətir şüşəsini yerə atıb qırmaq istəyirdim ki,əlimə aldığım ətir şüşəsindən gələn tanış qoxu buna mane oldu...Qoxu olduqca tanış idi.Amma kimə aid idi bilmirdim...Şüşəni qırmadan yerinə qoydum.Yatağını dağıtmaq fikrinə düşdüm.Yastıqlarını param-parça elədikdən sonra yataq üstündəki bəyaz parçadan bir hissə kəsib iki əlimi sarımağa başladım.Qəbul etməliydim ki əllərim çox ağrayırdı.Amma bunu Qaraya bildirməməliydim.İşimi bitirdikdən sonra Gözüm otağın küncündə ki çəkməcəyə dəydi.Çəkməcəni açmağa çalışanda kilidli olduğunu gördüm.Deməli bu çəkməcədə vacib nə isə var idi.Açarını axtarmaq fikrinə düşəndə qapının kilid səsi gəldi.Qara qapını açıb içəri girdi.
ŞİMDİ OKUDUĞUN
İntiqamın soyuq nəfəsi (Tamamlandı)
Fantasiİsti havada belə ruhunuz üşüyəcək...Çünkü duyğularla verdiyiniz savaş,qılınc savaşından daha çətindir.