4-CÜ FƏSİL
Gəray Bəyli Həsənlə telefon danışığından sonra dərhal yola düşmüşdü. Bakıdakı keçmiş ortağını tapmaq və Hə- sənə kömək etmək üçün tələsməkdə idi. O, təcrübəli bir detektiv kimi bu işin nə qədər çətin olacağını bilirdi, am-ma Həsən üçün hər şeyi etməyə hazır idi.Bakıya çatan ki- mi Gəray Həsənə zəng vurdu. Onlar görüşməyi qərara al- dılar və Nəsimi rayon polis şöbəsinin yaxınlığındakı kafe- lərdən birində görüşdülər. Həsən Gərayı gördükdə gözlər- indəki kədəri gizlədə bilmədi.Onun üçün İncinin itkisi çox ağır idi və bu ağrını ancaq dayısının köməyi ilə yüngülləş- dirə biləcəyini düşünürdü. “Dayı,” Həsən Gərayın qoluna sarıldı. “Mən çox sevinirəm ki, sən buradasan. Sən olmadan bunu bacara bilməzdim.”
Gəray onun kürəyini sığallayaraq, “Həsən, biz bunu bir- likdə həll edəcəyik. İndi isə, mənə hər şeyi başdan danış”. Həsən İncinin ölümündən başlayaraq,məktəbdə baş verən- ləri detallı şəkildə izah etdi. Gəray diqqətlə dinləyirdi və arada bir suallar verirdi. “Deməli, İnci digərlərindən fərqli olaraq bıçaqla öldürül- üb. Bu,həqiqətən də, məqsədli bir cinayətdir,” - Gəray de- di. Gəray fikirləşdi və dedi: “İlk iş olaraq məktəbin təhlükəsizlik kameralarını yoxla- maq lazımdır. Bəlkə, orada bir ipucu taparıq. Həmçinin, yeməkxana işçiləri ilə danışmaq üçün məktəbə getməli- yik. Onlar dərhal hərəkətə keçdilər və məktəbə qayıtdılar. Dəhşətli “son zəng” gününün sabahı… Məktəb binası hə- lə də qəzəbli və hüznlü idi. Həsən Gərayla birlikdə məkt-əb həyətinə girdilər. Həsən dünən olanları xatırladı. Sev-gilisinin anasının dizlərini yerə çöküb fəryad etdiyi anları, sevgilisinin bu gün qara torpağa tapşırılacaq cansız bədə- ni… Gözləri doldu. Amma dayısının yanında ağlamaq istəmir- di. Bir azdan Harun Ələkbərov Həsən və detektiv dayısıy- la qarşılaşdı. Gəray keçmiş dostunu görən kimi üzü gül-ümsədi. Elə həmin an da Harunun qızının öldürüldüyünü xatırladı və üzündəki təbəssümü acı əvəz elədi. Keçmiş dostlar salamlaşdılar. Gəray Haruna başsağlığı
verib, bura gəlmə səbəblərini açıqladı. Gəray Harunun nə- zarət kameralarına baxmaq istədiyini deyəndə Harun da həmən onu və bacısıoğlunu öz otağının yanındakı nəzarət kameralarının izləndiyi otağa apardı. Gəray Bəyli kompü- terlərin nəzarətçisinə dünən instinkt baş verdiyi tarixi aç-masını istədi. Nəzarətçi də ona deyilən saat müddətini aç- dı. Sonra Gəray Bəyli kompüterin qarşısına keçdi. Həsən də dayısının oturduğu stula söykənib gözlərini kompüterə zilləmişdi.Harun da diqqətlə kompüter monitoruna baxır- dı. Birdən Həsən ekranda gördüyü şəxsi tanıyırmış kimi əlini bərk digər masaya çırpdı: “Əclaf!” Harun bir az daha kameraya yaxınlaşdı. Sviterin kapuşon- unu başına keçirmiş oğlan yeməkxanadan çıxırdı. Gəray Bəyli monitoru daha da yaxınlaşdırdı. Bu, Tayfun idi. Həsən Tayfunun simasını tanıyan kimi yerindən qalxdı və məktəb binasını tərk etdi. Gəray Həsənin niyyətini anladı və Həsənə çata bilmədiyi üçün Həsənə zəng vurmağa baş-ladı. İki cavabsız zəngdən sonra, nəhayət, Həsən telefonu açdı.
-Həsən, hara gedirsən? Qayıt geri. Özbaşınalıq eləmə. Gəl, plan quraq, işləri korlayacaqsan.
-Dayı, bilmədiyin şeylər var, bilmədiyin şeylər var!
-Həsən, əgər geri qayıdıb gəlməsən, inan elə bu dəqiqə
geri qayıdıram Kazana. And ola Allaha, eləyərəm!
Həsən bir az duruxduqdan sonra zəngi qapadı. Gəray yerindən qalxdı və Harunla birlikdə həyətə çıxdılar. Gəray bir gilə siqaret çıxarıb yandırdı.Gözü Haruna sataş- dı. Gəray düşünürdü ki: “Yazıq Harun. Xoşbəxt ailəsi var- dı.Qızının son zəng tədbirinə hazırlaşdığı yerdə qızının öl- üm xəbərini alır. Xoş günləri yasa çevrilir”. “Qardaş, Allah səbir versin. Səni anlayıram,dərdin böyük-dür, amma narahat olma. Qızının qanı yerdə qalmayacaq. Mən də qızının canına qıyanı, qıyanları tapmaqda əlimdən gələnin ən yaxşısını edəcəm. Bundan əmin ola bilərsən”. Harun əlini Gərayın belinə vuraraq: “Çox sağ ol, Gəray, çox sağ ol. Mən inanıram ki, sən də, hüquq-mühafizə or-qanları qızımın ölüm işinin üstünü açacaqsınız.Onun qati- lini tapacaqsınız”. Elə bu dəqiqələrdə məktəb həyətinin darvazasında Həsən göründü. Gəray bacısıoğlunu görəndə bir az da olsa, rahatladı, amma susa bilmədi: “Sən dəlisən, Həsən? Hə? Səndən soruşuram. Özbaşına gedib o küçüyü tapsaydın, guya nə edəcəkdin, hə?”
“Dayı,srağagün, yəni, İnci ölməmişdən bir gün əvvəl İnci ilə o gədəni birlikdə görmüşdülər. Bəlkə də, o zibil İncini təhdid edibmiş”.
Harun təəccübünü gizlətmədi:“Nə danışırsan, a bala? İnci o oğlanla nə danışa bilir? Tayfunla İncinin əlaqələri çox-
dan kəsilib axı”.
“Ay sağ olun,Harun əmi. Ona görə də, yəqin, bu küçük də İncini təhdid edib. Məntiqli deyil? Məni də izləyirdi o gün evə gedəndə. Tayfun edib. Yüz faiz yox e, lap milyon faiz Tayfun edib.Dayı, xahiş edirəm, qurbanın olum, gəl gedək o küçüyü tapıb, polisə təhvil verək. İncinin qatili odur”
Həsənin gözləri dolmuşdu.
“Həsən, bir sakitləş görüm. Gəl keçək otaqların birinə, ət-raflı danış görək olanları, -sonra Haruna tərəf döndü,- Ha-run, sənin kabinetində danışa bilərik?”.
Harun boğazını təmizləyib dedi:
“Həə… Əlbəttə! Gəlin, gəlin gedək”.
Gəray, Həsən və Harun otağa daxil oldular. Gəray Harun- un kabinetin bir neçə səliqəli şəkildə düzülmüş stul gördü və Həsəni oturması üçün işarə etdi.Həsən ürəyindəki nara- hatlıq və kədəri gizlətməyə çalışaraq, oturdu.Harun da na- rahat görünürdü,üzündəki ifadə qeyri-müəyyən bir qarışıq emosiya ilə dolu idi. Gəray sözə başladı:
“Dedin ki, srağagün Tayfunla İncini birlikdə görmüşdülər. Kim görmüşdü, kimlər görmüşdü?”
“Şəms… İncinin əvvəllər yaxın dostu olub. Son zamanlar araları dəymişdi…”
Bu yerdə Gəray Bəyli Həsənin sözünü kəsdi: “Nəyə görə dəymişdi araları?”
“Düzü, ikilikdə gəzərkən nəsə mübahisə ediblər. İncidən soruşanda çox şey demədi. Sadəcə, dedi ki, Şəms Çinarə xalaya ölüm qarğışı edib.”
“Harun bəy, bundan xəbəriniz var idi?”
“Yox, Gəray, nə mənim xəbərim var idi, nə də Çinarənin. Biz İncidən Şəmsin əhvalını soruşanda, düzü, yaxşı cavab verirdi.”
“Tamamdır. Həsən, davam elə, Şəms bunları haradan bi- lirdi?”
“Srağagün bizə gəlmişdi axşamüstü. Dedi ki, bunu mən-dən gizlədə bilməz.Elə o zəmində də dedi ki, bu gün mək- təbin arxa həyətində Tayfunla İncini birlikdə görüb. Am-ma Tayfun tez-tez ətrafa göz gəzdirirmiş deyə, orada çox qala bilməyib. Bir dəqiqə. Hə bir də dedi ki , İnci Tayfun- dan xahiş edib ki, bunlar aramızda qalsın.”
“Başqa heç nə demədi?” – Gəray Bəyli soruşdu.
“Yox, dayı, başqa heç nə demədi.” – Həsən də əlavə etdi.
“Sən daha sonra İncini görməmisən?” – Gəray Bəyli Hə- səndən soruşdu.
“Mən… Ertəsi gün…”
Həsən sözünü tamamlamamış Harunun telefonuna zəng gəldi. Harun tələsik telefonu açdı:
“Bəli, rəis… Aha… Nə? Yaxşı, yaxşı indi gəlirəm.”
Telefonu qapadı və kreslosundan qalxdı.
“Nə baş verir, Harun?” – Gəray təəccüblə Haruna baxdı.
“Məktəbimizdən bir şagird… Elay adlı qız İncinin qətli zamanı orada olubmuş.” – Harunun səsi titrəyirdi. Gəray soruşdu: “Haradadır?”. “Bölmədədir. Gəray, üzrlü say, mən getməliyəm”.
“Gedək, elə mən də gedirəm. Həsən, qalx”.