11

14 3 4
                                    

11-Cİ FƏSİL
Qarderobu açıb yaşıl rəngli köynək və qara rəngli cins şalvarını götürdü. Əyninə geyindikdən sonra telefon-un götürüb otaqdan çıxdı. Aşağı düşdü. Anası Lami-yə xanım qonaq otağında səhər yeməyini yeyirdi. La-miyə xanım oğlunu salamladı və səhər yeməyini yemə-sini xahiş etdi. Amma Həsən 2-3 həftədir olduğu kimi, bu gün də acqarına evdən çıxdı. Maşına əyləşib qulaqcığının bir tayını taxdı. Sonra pleylistindən “Ma-bel Matiz – Değilsin”i açdı…
Həsən maşının sükanı arxasında oturub qulaqcıqları ilə musiqiyə qulaq asarkən düşüncələrinə dalmışdı. Başını maşının söykənəcəyinə yaslayaraq gözlərini bir anlıq yumdu. Həyatında yaşadığı ağır itkilər və son hadisələrin yükləri onun beynindən bir an olsun çıxmırdı. “Məğlub oldum” deyə içindən keçirdi. Əslində nəyi və ya kimi itirdiyini belə dəqiq bilirdi, amma həyatın ona qarşı bu qədər qəddar olmasıyla barışa bilmirdi. O, özünü bir çox hadisələrin mərkəzində hiss edirdi. İncinin öldüyü gün başlayan kabuslar hələ də onu tərk etməmişdi. Gəray dayısının ölümü isə sanki onun bütün dünyasını alt-üst etmişdi. Həsən özünü tamamilə boşluqda hiss edirdi. “Bu qədər çətinliklərdən sonra hələ də ayaq üstə qalmaq necə mümkündür?” deyə düşündü.Anasının səhər yeməyinə dəvəti onu bir qədər incitdi. Artıq neçə gündür ki, iştahı yox idi. Qəlbindəki ağrı onu həm fiziki, həm də emosional olaraq zəifləmişdi. Yemək yeməyə belə gücü qalmamışdı. O, maşınla yola çıxarkən başını pəncərədən çölə çevirdi və ətrafdakı mənzərəni izləməyə başladı. Yol boyu gözlərini pəncərədən çəkmədi. Bütün bunların əbəs olduğuna dair bir hiss var idi içində. Hər şey anlamını itirmişdi, çünki həyatı qaranlığa bürünmüşdü.Nəhayət, polis şöbəsinin qarşısına çatdı. Maşını saxladı və içəriyə doğru irəlilədi. İçəridə onu yenə kədərli bir atmosfer qarşıladı. Onun üçün hər şey bir kabus idi, burada olmaq belə bir ağır yükə çevrilmişdi. İlahə xanımla tanış olacağını bilirdi, amma heç bu görüş onun gözündə bir anlam ifadə etmirdi. Yuxarı qalxarkən bir neçə polis əməkdaşının baxışlarını üzərində hiss etdi. Hər kəs onun yaşadıqlarını bilirdi və hər kəs ona bir qədər təəssüf hissi ilə yanaşırdı. Həsən üçün bu baxışlar artıq tanış idi, amma yenə də ona əlavə bir yük gətirirdi.Nəhayət, onu otağa apardılar. İçəri daxil olanda ilk baxışda İlahə xanımı gördü. Uzun saçları və qətiyyətli baxışları olan bir qadın qarşısında dayanmışdı. İlahənin simasında soyuqqanlılıq və ciddi bir ifadə vardı. İlk baxışdan Həsən bu qadının təsirli olduğunu hiss etdi. O, onun güclü və müdrik bir insan olduğunu duydu. Lakin Həsən yenə də qapalı qalmışdı; öz qaranlıq dünyasından çıxmaq ona çətin gəlirdi. İlahədən gözlərini çəkəndən sonra müstəntiq Nadir İmanova salam verdi. Nadir ona oturmağını dedi. Və İlahə Əliyevanın qarşısındakı yeri göstərdi.  Həsən də keçib oturdu. İndi düz o qəhvəyi par-par pa-
rıldayan bir cüt gözün düz içinə baxdı. İlahə də onu süzürdü. Həsənin mavi gözləri onun nəzərinə çarpan ilk şey olmuşdu.
“Həsən, tanış eləyim sizi. Qarşısında əyləşdiyin qadın İlahə Əliyevadır…” – sonra İlahənin uğurlarından, qa-zandığı nəaliyyətlərdən danışdı. Sonra İlahəyə sözü verib otaqdan çıxdı. İlahə boğazını təmizləyib sözə baş-ladı: “Düşünürəm ki, özümü tanıtmağa ehtiyac qalma-dı, cavan oğlan”.
“Həsən.” – deyərək, sözünü kəsdi İlahənin.
“Tamam, Həsən bəy. Sizin başınıza gələn hər şeydən xəbərim var. Və mən Bodrumdan bura vurub ona görə gəlmişəm ki, bu işin axırına çıxım. Dayınız Gəray Bəy-linin adını çox eşitmişdim. Heyif, tanış olmaq qismət olmadı. Amma narahat olmayın, sizin də köməyinizlə İnci Ələkbərovanın da, Gəray Bəylinin də qatilini tapa-cağıq. Bəlkə, Tayfun İdriszadənin də qətli elə bu 2 şəxsin qatili tərəfindən törədilib. Bəlkə də, elə bu 3 şəxsin bir tək qatili var.  Mən sizin izahatlarınızla tanış olduğum üçün sizə ilkin anlayışlarla bağlı suallar ver-məyəcəm. Sizdən sadəcə və sadəcə bir istəyim var; bu yolda uğurla addımlamaq və sonda sevgiliniz və dayı-
nızın  qatilini tapmaq üçün mənə güvənməyinizi istə-yirəm. Sadəcə, mənə güvənin.”
Həsən dayısının ölümündən sonra olan-qalan bütün ümidini itirmişdi axı. İndi bir qadın xəfiyyə dayısının sona çatdıra bilmədiyi qətlin sonuna çıxa biləcəkmi? Ya onu da öldürsələr?
İlahə dərin bir nəfəs aldı və Həsənin gözlərinin içinə baxaraq sözünə davam etdi:
“Sonda sevdiklərinizin intiqamını ala bilməkdir. Amma bu yolda təkcə qəzəblə hərəkət edə bilməzsiniz, Həsən. Düşüncələrinizə və məntiqinizə güvənməli, soyuqqanlı olmalısınız. Hər bir detallı xırdalığı ilə analiz etmək lazımdır.”
Həsən başını aşağı saldı. Özündə nə qədər güc tapıb-tapmayacağını bilmirdi. Amma İlahənin dedikləri ona bir qədər ümid verdi. Bəlkə də bu dəfə, nəhayət, bir çıxış yolu tapılacaqdı.
İlahə sükutu pozaraq sözünü bitirdi: “Sabah səhər tezdən bu işin dərinliklərinə enəcəyik. Sizinlə yanaşı çalışacağam və əlindən gələni edəcəyəm. Qatil harda gizlənirsə, onu tapacağıq.” 
Həsən başını təsdiq edərək yüngülcə tərpətdi.
İlahənin qətiyyətli danışığı onu bir qədər rahatlaşdırmışdı. O, bu yolda tək deyildi. Axırıncı dəfə dərindən nəfəs aldı və İlahəyə təşəkkür edərək otaqdan çıxdı. Onun beynində minlərlə fikir dolaşsa da, qəlbində kiçik bir parıltı yaranmışdı. Sanki hər şeyin bir çıxışı var idi. Sanki bu uzun gecənin bir sabahı gələcəkdi.

SON ZƏNG Waar verhalen tot leven komen. Ontdek het nu