6

6 3 1
                                    

6-CI FƏSİL
“Prius”  markalı  qara rəngli taksi  böyük  darvazanın qar-şısında dayandı. Gəray Bəyli taksidən düşdü.  Taksi Gəray Bəylini düşürüb uzaqlaşdı.  Gəray Bəyli  yolda  Həsən  və Harundan ayrılıb, Həsəndən aldığı ünvana gəlmişdi.         Gəray Bəyli ətrafa nəzəri baxış  keçirdikdən  sonra  darva-zaya yaxınlaşıb qapısını döydü.Bir neçə saniyə sonra qapı açıldı. İndi Gəray Bəylinin qarşısında 30-35 yaşlarında sa-rışın bir qadın dayanmışdı.Qadın Gəray Bəylidən kimliyi-ni soruşdu.Gəray Bəyli özünü tanıtdıqdan sonra qadın onu içəri buraxdı.  Gəray  Bəyli  Tayfunla  görüşmək istədiyini dedi. Qadın 2 mərtəbəli villanın giriş qapısından içəri keç-di.
Gəray Bəyli ətrafı diqqətlə süzərək, qadının arxasınca içəri daxil oldu. Villanın geniş dəhlizi sanki zamanın əks-sədası ilə dolmuşdu – hər addımda ayaq səsləri yanqılanır, divarlarda asılmış qədim portretlər onu müşahidə edirdi. Gəray Bəyli ətrafı analiz etmək üçün bir an dayandı.                Qadın sakit bir səslə:                                              “Zəhmət olmasa, burada gözləyin,” dedi və yuxarı  mərtə- bəyə doğru qalxdı. Gəray Bəyli tək qaldı. O, dəhlizin son- undakı qapıya doğru baxdı.  Qapının  üzərində  qəribə ilan illüstrasiyası təsvir olunmuşdu…                                     Bir  neçə  dəqiqə  sonra  yuxarıdan  addım səsləri eşidildi.   Qadın geri döndü və arxasınca 16-17  yaşlarında,  qəhvəyi saçlı, boylu-buxunlu, yaraşıqlı bir yeniyetmə göründü.    Gəray Bəyli diqqətini itirmədən,  əlini uzadaraq   Tayfunu salamladı. “Tayfun bəy,” dedi, “Mən Gəray Bəyli,   dünən məktəbinizdə  baş  vermiş  insidentdə həyatını itirən sinif-yoldaşınız  İnci  Ələkbərovanın  qətl  işini araşdıran xəfiy-yə”.                                                                               Tayfun gözlərini Gəray  Bəylinin üzərində bir neçə saniyə saxladı, sonra başını aşağı salaraq qısaca:           “Buyurun, Gəray bəy,” dedi.                                        Gəray Bəyli yeniyetmənin gərginliyini dərhal hiss etdi. O-nun  hərəkətləri, səs tonu, hətta nəfəsi belə, diqqətlə izlən- ilməli idi. Bunu peşəkar instinkti ilə anladı.Tayfunun əllə- ri yavaşca titrəyirdi. Bu, sadəcə gərginlikdənmi, yoxsa qo- rxudanmı idi? Gəray Bəyli hər detalı qeyd etdi.
“Gəlin oturaq, bir neçə sualım olacaq,” Gəray Bəyli dost- yana bir tərzdə təklif etdi.
Tayfun başıyla razılaşaraq Gərayı qonaq otağına dəvət et-didi. Otaqda ağır, antik mebellər vardı. Dünənki gözlənil-məz yağışdan sonra indi gün çıxmışdı.  Hava  olduqca  isti idi.                                                                                 “İnci haqqında nə deyə bilərsiniz? O, sizin dostunuz idi, elə deyilmi?” - Gəray Bəyli sualını birbaşa ortaya atdı.  Tayfun bir anlıq tərəddüd etdi, sanki sözləri seçməyə çalışırdı.                                                                     “Bəli…biz əvvəllər çox yaxındıq,” dedi, gözlərini yerə di- kərək.                                                                                “O, çox mehriban idi… amma…son zamanlar dəyişmişdi. Sanki bir şeydən narahat idi, amma nə olduğunu demirdi”. “Bu  fərziyyənizi  nəyə  əsasən  yürüdürsünüz?” –   Gəray Bəyli Tayfunun sözünü kəsdi, - dediniz ki, əvvəllər aranız yaxşı olub. Sonra nə oldu ki, aranız dəydi?”.                      Tayfun qısa bir müddət üçün gözlərini qapadı,sanki danış-maq istədiyi hər şeyi bir araya gətirməyə çalışırdı.   Gəray Bəyli onun tərəddüd etdiyini gördü və səbirli olmağa  qər- ar verdi.Tayfun, nəhayət,dərin bir nəfəs aldı və danışmağa başladı:                                                                            “Son zamanlar İnci haqqında məktəbdə  xoşagəlməz  söz-söhbətlər yayılırdı.Bəziləri onun bəzi insanların – xüsusən də müəllimlərin işlərinə qarışdığını deyirdi. O, hər şeydən şübhələnir və  məktəbdə nələrin  baş verdiyini diqqətlə iz- ləyirdi”.
Gəray Bəyli İncinin adına yayılan sözlər barəsində ilk də-fə idi ki, eşidirdi.                                                         Gəray Bəyli bir anlıq sükutu pozaraq, bir qədər daha kəs- kin sual verdi: “İnci ilə son zəng günündən bir  gün  əvvəl aranızda nə baş vermişdi? Bir-birinizə nə demişdiniz?”.    Tayfun gözlərini qırpdı, sanki sual onu gözlənilmədən tutmuşdu. Bir anlıq tərəddüd etdi, amma tez özünü ələ aldı və soyuqqanlı görünməyə çalışaraq cavab verdi: “Biz… biz o gün danışmamışdıq. Heç bir şey olmamışdı, sadəcə adi bir gün idi.”                                                Gəray Bəyli bu yalanı anında hiss etdi. O, səsini dəyişmə-dən,amma sözlərinə daha çox ciddilik əlavə edərək davam etdi: “Yaxşı, Tayfun. Amma sənə bir şeyi xatırlatmalıyam. Biz məktəbin təhlükəsizlik kameralarına baxmışıq.   Sənin son zəng günü məktəbin  yeməkxanasına  daxil olub,  ora- dan bıçaq götürdüyün görüntülər var”.                            Bu  sözlər  Tayfunun  ürəyini  bir anlıq yerindən çıxartmış  kimi oldu. Onun rəngi ağardı və dodaqları titrədi. Gözləri təəccüblə açıldı, sanki nə eşitdiyini anlamırdı.         “Bıçaq?   Nə…  nə bıçaq ?   Mən…  mən  bıçaq  götürmə- mişəm!” -   Tayfun səsini tərpədərək bu etiraza qarşı çıxsa da, gözlərindəki qorxu açıq-aşkar idi.                      
   Gəray Bəyli sakitcə onu izləyərək dedi: “Tayfun, artıq  sənin yalan danışdığını bilirəm. Həqiqət bu deyil. Sən bıçağı niyə götürdün? İnci ilə aranızda nə baş verdi?”.   Tayfunun gözləri yenidən doldu.   O,  nə edəcəyini  bilməyərək Gəray Bəylinin qarşısında dayanmışdı. Ürəyi sıxılır, düşüncələri bir-birinə qarışmışdı.Gəray Bəyli isə onun ca- vabını səbirlə gözləyirdi,  bildiyi həqiqətləri ortaya çıxartmaq üçün hazır dayanmışdı. Tayfunun açıqlaması indi bütün bu müəmmalı hadisənin açarı ola bilərdi.

SON ZƏNG Where stories live. Discover now