15

12 3 3
                                    

15-Cİ FƏSİL                                        13 iyun 2024-cü il…                                                                   
(Flashback)
Məktəb həyətinə giriş edən  kimi müəllimə İnci və Həsənə yoldaşlarına qatılmağı göstəriş etdi. İnci nə qədər laqeyd olsa da istəksizcə cərgəyə qoşuldu. Şəms də bu  cərgədə idi. Demək olar ki, eyni cərgədə idilər, amma aralarında beş nəfər var idi. Həsən Fəridin yanına keçdi. İndi İnci də, yalandan da olsa, ağzını tərpədib nəysə  mızıldanmalı idi. Amma heç həvəsi yox idi buna. Düzdür, o da çox istəyirdi son zənginin möhtəşəm keçməsini, lakin nə yazıq ki, son zamanlar yaşadıqları onun xoşbəxtliyinə mane olurdu. On beş dəqiqə sonra məktəb sahibi olan atası – Harun Əl- əkbərov məktəbə giriş etdi. Məktəb binasına daxil olarkən gözü qızının üzərində idi. Sonra nə düşündüsə geri qayıdıb  musiqi müəlliməsi – Sevil müəllimədən İnciyə beşcə dəqiqəlik icazə aldı. İnci onunla danışacaqlarını bildiyinə görə onunla heç danışmaq istəmirdi. Amma uşaqların yanında inkar etmək istəmədi atasını. İstəksiz addımlarla atasının arxasınca – direktor otağına irəlilədi. Atasının otağı elə birinci mərtəbədə idi.                                                       Otağa girən kimi Harun qızını qucaqlamağa cəhd etdi, amma İnci tezcənə atasını geri itələdi: “Yaltaqlığa ehtiyac yoxdur, ata. Bilirəm ki, anama heç nə demədim deyə belə edirsən. Amma çox da rahat olma.”
“Qızım, niyə belə edirsən axı? Axı mən səni də, ananı da…”
“Yox, - İnci Harunun sözünü kəsdi, - sən nə məni, nə də anamı çox istəmisən. Sən ancaq…”
“Qızım, qurbanın olum, belə danışma. Mən bir qələt et-
mişəm, amma hər şeyi yoluna salacağam.”
İnci əsəbi halda gülməyə başladı. Sonra səsini qaldırdı:
-Nəyi yoluna salacaqsan? Nəyi?
“Qızım,” – deyə Harun İncini sakitləşdirmək istəyirdi.
İnci son sözlərini deyib atasının otağından çıxdı: “Səni əsla, əsla bağışlamayacağam. Özümü toparladıqdan sonra anama da danışacağam hər şeyi. Onu, bizi aldatmağına göz yummayacağam. Nifrət edirəm sənə! Nifrət!”. Atasının kabinetindən çıxanda saat 9 olardı. Tədbirin başlanmasına hələ iki saat vardı. Məktəbin həyətində hələ də gur səslər eşidilirdi...                           
…Yarım saatdan sonra artıq son məşqləri etdik. İndi sıra formaları geyinməkdə idi. Hamı yığışıb məktəbin binasına daxil olacaqdı ki, birdən açılan atəş səsindən diksindilər. Bəli, az öncə çox yaxından silah səsi eşidildi. Hər kəs qorxu  içində, çığıra-çığıra binaya girdi. Tez qapını bağladılar. İnci pəncərəyə baxanda sarsıldı. Məktəbə silahlə hücum olunmuşdu. Bir azdan odlu silah qapını parçaladı. Vahimə dolu anlar idi. Şagirdlər müəllimlərin köməyi ilə arxa qapıya yönləndirilir, bəziləri gizlənməyə yer axtarırdılar. İnci Həsəni gözləri ilə axtardı, amma , deyəsən, qələbəlikdə yoxa çıxmışdı. İnci də qorxurdu. Birdən digər silahlı şəxs onların yolunu kəsdi. Bu lap dəhşət idi. Qaça bilənlər qaçır, qaça bilməyənlər isə gülləbaran olurdular. Çox dəhşətli mənzərə vardı. Hər kəsin çığırışı bir – birinə qarışmışdı. İnci tez qaçıb pəncərələrin birindən yerə atlamaq istəyirdi. Bunu bacardı. Amma sonra pəncərədən gördüyü mənzərə onun üçün, bəlkə də, ən ağır mənzərə idi. Şəms… Uşaqlıq dostu… Digərləri kimi qaçıb canını qurtarmaq istəyirdi ki, arxadan iki güllə dəydi. Yerə yıxıldı. O an çox sarsıldı İnci. Geri qayıdıb uşaqlıq dostunun yanına getmək istədi, mümkünsüz olsa da elə hiss edirdi ki, bəlkə, onu xilas edə bilərdi. Amma alınmadı. İndi yenidən dəhlizə geri qayıtsa da, qələbəlik-də Şəmsi tapa bilməyəcəkdi. Gözlərindən yaşlar axa-axa məktəbin arxa tərəfinə qaçdı. Arxa tərəfdə gizli bir yer tapıb gizləndi. Amma bir azdan eşidilən addım səsləri göstərirdi ki, deyəsən, yaxalanmışdı. İnci təngnəfəs halda arxa-arxaya gedirdi. Bir az sonra onun qatili ola-caq cani göründü; bu, silahlı şəxs deyildi. Bu, İncinin öz doğma atası idi. Əlindəki isə məktəb yeməkxanasının bı-çağı.
“Ata… – İncinin qorxudan səsi batmışdı, - ata… Nə olar,
eləmə”.
Harun İnciyə daha da yaxınlaşırdı.
“Ata, nə olar, eləmə… Qıyma mənə… Axı mən sənin özbəöz qızınam. Axı mənim damarlarımda sənin qanın axır.”
Harunun gözləri doldu. Artıq aralarındakı məsafə yox olmuşdu. İnci bərkdən fəryad etdi: “ATAAA!!! Eləmə… Yalvarıram, qurbanın olum, eləmə…”. Amma yersiz idi. Harun artıq ilk zərbəni vurmuşdu İnciyə. Düz ürəyin-dən… İkinci zərbəni vurduqdan sonra İnci yerə yıxıldı. Ağzından qanlar gəlməyə başladı. Son nəfəsində nəsə demək istəyirdi, amma gec idi… Artıq gözləri yumulmuş-du. Artıq yox idi dünyada. Atası tərəfindən öldürülmüş-dü. Demək, mal-mülk, yad insanlar bəzən öz canından-qanından olan insanlardan daha dəyərli olurmuş… Amma hər nə olursa, olsun, İnci bu ölümü heç haqq etmirdi. Heç!

SON ZƏNG Where stories live. Discover now