16

9 3 1
                                    

16-CI FƏSİL
…Gəray Bəyli iti addımlarla “Direktor otağı” yazılan otağın qapısını açdı. Kreslosunda oturan Harun yer-indən sıçradı: “Gəray!” .
“O nə mesaj idi, ə? Nə qələt eləyirsən sən?”
Harun dəli kimi qəhqəhə çəkdi.
“Gül, gül. Son gülən yaxşı gülərmiş…” – Gəray Bəyli ciddi və əsəbi səsi ilə dilləndi. Harunun reaksiyasını görmədi və  davam  elədi:  “Amma  səndən,   həqiqətən,
qorxmaq lazımdır ha. Nə də olsa, öz məşuqəsinə görə qızının canına qıyan adam sənsən”.
Harunun siması dəyişmədi. Əksinə, Gəray Bəylini təə-ccübə salan bir şey baş verdi. İfşa olunan cani Harun Ələkbərov qəhqəhə çəkib gülməyə başladı:
“Sənə yazığım gəlir e. Məşuqə? HaHaHa…”
Bu gülüşlər Gəray Bəylini qorxudurdu. Harun isə elə bir söz dedi ki, ölsə idi, bundan yaxşı idi: “Məşuqə. İnsan da öz bacısına məşuqə deyərmi?”. Gəray Bəylinin gözləri böyüdü. Eşitdikləri qarşısında donub qaldı. Harun danışmağa davam edirdi: “Bu oyunda ya-nan sən oldun, Gəray Bəyli. Nə eşitmək istəyirsən? Eti-raf? Al sənə etiraflar; İncini mən öldürmüşəm. Öz əl-lərimlə… Tayfunu da mən öldürmüşəm. Elaya da “ya özünü öldür, ya da səni bütün Bakıda dillərə salacam, biabır edəcəm səni” mesajını da mən atmışam. Və, nəhayət…” deyib dayandı. Gəray Bəyin hələ də susur-du. Deyəsən, yaşadığı şok ona ağır gəlmişdi. Gözlərini Harundan çəkib divara yönəltmişdi.  Birdən silah səsi eşidildi. Arxasınca isə, bir caninin qəhqəhəsi, iyrənc, tükürpədən nərəsi….

SON ZƏNG Where stories live. Discover now