9-CU FƏSİL
“Qalereya”nı açdı və bir az aşağıya gedib dayandı. Fotolar arasında bu foto seçilirdi. Digər ağ kitab səhifələrinin için-də bir cüt qəhvəyi göz… Necə də gözəl görünürdü! Artıq 3 gün olmuşdu. 3 gün idi onsuz keçirdi həyat. 3 gün idi ki, İncisiz idi həyat. Dərindən köks ötürdü. İncinin fotosunu açdı və yaxınlaşdırdı. Gözlər… Həsənə baxan bir cüt göz... Gözləri doldu Həsənin. Sonra yavaş-yavaş dodaqlarını ya-xınlaşdırdı. İncinin dodağındakı son təbəssümünə diqqətli baxdı. Dodağı qıvrıldı. Səbəbsiz yerə. Gözlərindən axan yaş damla-damla üzünə yayıldı. Birdən bu acı sükutu zəng səsi pozdu. Həsən ekranda “DAYI” yazısını görəndə özünü toparlamağa çalışdı. Əli ilə göz yaşlarını sildi. Boğazını tə-
mizləyib zəngi açdı: “Hə, dayı, buradayam. Çıxmısan?”
“Hə, Həsən. Gəl darvazanın qarşısına, məni götür. Gedək polis bölməsinə, vacib iş var.”
“Hər şey yaxşıdır, dayı?”
“Olacaq, Həsən, olacaq. Bu işin axırına çıxmağıma çox az qalıb. İndi tez darvazanın qarşısından gəl məni götür.”
“Bu dəqiqə! Bir dəqiqəyə oradayam,” – deyib zəngi qapa- dı. Sonra maşının mühərrikini işə salıb məktəb darvazası-na sarı yaxınlaşdı.
…
“Çox sağ olun, Gəray bəy. Mən əminəm ki, sizin dəstəyi-niz ilə biz İnci Ələkbərovanın qatilini daha tez tapacağıq.” “Nə demək?! Mən öz işimi görürəm, Nadir bəy,” – Gəray Bəyli bunu deyib rəis Nadir İmanovun kabinetini tərk etdi. Polis şöbəsinin həyətinə çıxdı. Bir gilə siqaret çıxardıb ya-ndırdı və siqaretin tüstüsünü ciyərlərinə çəkdi. Ağlında qə-ribə fikirlər oyanmışdı. Hal-hazırda özünü çox fərqli hiss edirdi. Üzünü dərin bir soyuqluq mühasirəyə almışdı. Siqaretini çəkib bitirdikdən sonra şöbəsinin darvazasından bayıra çıxdı. Həsənin maşını darvazanın ağzında onu göz-ləyirdi…
…
“Location buranı göstərir, dayı, çatdıq, deyəsən” – Həsən maşının yaşıl darvazanın ağzında saxlayaraq dedi. “Yaxşı. Sən burada qal, bir azdan qayıdacağam” – Gəray Bəyli maşından düşdü. Yaşıl darvazaya yaxınlaşıb qapını döydü. Bir neçə saniyə sonra qapını yaşlı bir qadın açdı. Gəray bəyli boğazını təmizləyib: “Salam, xanım. Mən ci-nayət-axtarış eksperti, xəfiyyə Gəray Bəyli. Elay Musaye- va ilə görüşə bilərəmmi?” – dedi. Yaşlı qadın Gəray Bəyli-ni başdan-ayağa süzdükdən sonra, arxaya çönüb qışqırma-ğa başlayır: “Rahilə! Ay Rahilə!”. Səsə evdən ortayaşlı qa-dın çıxdı: “Nə olub, ay arvad? Yenə niyə səsini atmısan ba- şına?”.
“Gəl gör kimdir bu gələn? Elayı istəyir.”
“Elayı? Kimdir o?”
Qadın darvaza qapısına yaxınlaşdı və Gəray Bəyli ilə qar-şılaşdı. Gəray Bəyli yanlış anlaşılma olmamış özünü təqd-im etdi, sonra Elay ilə danışmaq istədiyini dedi. Ortayaşlı qadın Gəray Bəylini həyətə dəvət edib özü içəri keçdi. Gəray Bəylinin təxminlərinə əsasən, qapını açan birinci qadın Elayın nənəsi, ikinci qadın isə, anası idi. Sonra amea-nın qayınanasına cavab tərzi təkrar beynindən keçdi. De-məli, elə hər evi-eşiyi olan, hər cibində bahalı telefon gəz-dirənlərin mədəniyyətinə inanmaq olmazdı. Bax elə bu səhnə Gəray Bəylinin düşüncələrini təsdiq edirdi. Sonra
Gəray Bəylinin düşüncələri daha fərqli bir yönə - Harunla olan dialoquna qayıtdı. Harun öz hərəkətləri ilə özünü ələ vermişdi artıq. Düzdür, Tayfunun sözü ilə kimisə mühaki- nə etmək olmazdı, amma axı Harunun gözləri, qızarmış ü-zü, hərəkətləri özü-özünü yandırırdı. Gəray Bəyli 20 ilə bə-rabər olan təcrübəsinə əsaslanaraq, yaxşı bilirdi ki, Harun onu aldadır…
Bayaq Elayı çağırmaq üçün evə girən qadın qəfildən qışqır-dı: “Elay… Elay, aç qapını…”. Gəray Bəli səs-küyü eşidib yerindən tərpəndi. Tezcənə evə girdi. Səs-küy 2-ci mərtə-bədən gəlirdi. Gəray Bəyli cəld addımlarla yuxarı mərtəbə-yə çıxdı. Bayaqkı qadınlar, yəqin ki, Elayın qapısının ağzı-nda qışqırışırdılar. Gəray Bəyli qapıya yaxınlaşıb qadınlara qapının ağzından çəkilmələrini dedi. Sonra var gücü ilə qa-pını qırmağa çalışdı. Birinci cəhdi uğursuz alınsa da, ikinci də qırdı qapını. Qapı qırılan kimi Elayın anası olacaq qadın vahimə içində irəli atıldı. Birdən sanki zaman dondu, hər şey ağırlaşdı. Ananın ayaqları yerə yapışdı, bədəni yerindən tərpənməz oldu. Gözləri gördüyü mənzərənin dəhşətini həzm edə bilmirdi. Gəray Bəyli bir anlıq gözlərini qapadı; sanki gerçəklikdən qaçmaq istədi. Ancaq bu sakitlik yalnız bir neçə ürək döyüntüsü çəkdi. Sonra ananın boğazından çıxan o ürküdücü fəryad, insanın iliklərinə qədər işləyən o nərəyə bənzər bağırtı, bütün evi doldurdu. Divarlar belə bu kədərli səslə titrəyirdi. Bir azdan Elayın nənəsinin də ürək burxan hönkürtü səsi eşidil-di. Gəray Bəyli bu andan çox sarsılmışdı. Əlini üstündə gəzdirib telefonunu axtardı. Yox idi, yəqin ki, həyətdə qoy-muşdu. Qadınları belə, bu vəziyyətdə qoyub gedə bilməzdi. Amma burada da qala bilməzdi. Elayın atasının nömrəsini müstəntiqdən almışdı. Aşağı düşdü. Həyətə çıxdı. Həyətdə-ki masaya yaxınlaşıb telefonunu götürdü. “Kontaktlar” si-yahısını açıb “Kamran Musayev (Elayın atası)” kontaktını açıb zəng vurdu. Zəng bir neçə saniyə çaldıqdan sonra Musayevin əzmli səsi eşidildi:
- Alo.
- Hər vaxtınız xeyir, Kamran bəy! Mən cinayət-axtarış eksperti Gəray Bəyli.
- Aha, adınızı çox eşitmişəm, Gəray bəy. Məni necə tap-mısınız?
- Qızınız Elay Musayevanın sinif yoldaşı son zəng günü qətlə yetirilib, yəqin ki, xəbərdarsınız.
- Bəli, bəli. Çox məyus oldum. Allah rəhmət eləsin! Ona qıyana da lənət!
- Uzun sözün qısası, qızınız izahatını, İncini tanıtması üçün ondan söz almağa gəlmişdim, amma…
- Nə olub, Gəray bəy?
- Başınız sağ olsun!
- …
- Qızınız intihar edib…
