7-Cİ FƏSİL
Üçmərtəbəli villanın qapısı açıldı. Gələn Harun idi. Üzün-də dərin sükut və təəssüf hissi doğrulurdu.Salonun boş ol-doğundan əmin olanda yuxarı mərtəbəyə doğru addımla-dı. Kabinetinə keçməmişdən öncə yataq otağına girdi. Çi-narə yataqda uzanıb qızının şəkillərinə baxırdı. İki gündür ağlamaqdan gözlərində yaş qalmamışdı.Harun yatağın kə- narında dayandı,əllərini titrədərək şəkillərdən birini götür- dü. Bu şəkil İncinin məktəb həyatının ilk günündə çəkilm- işdi. İnci qırmızı lentlə bağlanmış saçları və üzündəki sev- inc dolu təbəssümü ilə Harunun qarşısında dayanırdı. Ha- run xatirələrə dalaraq həmin günü xatırladı. O gün İnci at- asının əlindən tutaraq, həyəcandan titrəyirdi. Harun onun üzündəki təbəssümü yaddaşında yaşatmağa çalışdı. Ancaq indi bu şəkil Haruna təkcə keçmişin xoş anlarını deyil, həm də böyük bir itkinin ağrısını xatırladırdı. Gözləri dol- du, amma o, göz yaşlarını tutmağa çalışdı. Çinarə onun göz yaşlarını görməsin deyə üzünü çevirdi, lakin özündən qaça bilmədi. İçindəki qüssə Harunu boğurdu. “O gün… o gün hər şey fərqli ola bilərdi,” Harun öz-özü- ünə pıçıldadı.Lakin keçmişi dəyişmək mümkün deyildi və bu fikir onu daha da dərin təəssüf hissinə qərq etdi. Çinarə heç nə demədən sakitcə ona baxdı. Harun bir anlıq onun gözlərindəki ağrını gördü və bu ağrı, onu bu əzabın için- içindən qurtara bilməyəcəyini başa saldı. Harun dərindən nəfəs alıb, əlindəki şəkili geri qoydu. “Bağışla, Çinarə,” dedi titrəyən səsiylə. Lakin Çinarə heç nə demədi, sadəcə başını əyib qızının bir başqa şəklinə diqqətini cəmləşdirdi. Harun isə ağır addımlarla kabineti-nə doğru addımlamağa davam etdi, arxasında isə sonsuz bir təəssüf hissi buraxaraq. Kabinetinin qapısını açıb içəri girəndən sonra qapının ar-xadan bağladı. Yavaş addımlarla kreslosuna yaxınlaşıb ot-urdu. Elə oturan kimi də hönkürtü ilə ağlamağa başladı. Qızının uşaqlıq şəklindən çox sarsılmışdı. Gözünün qarşı-sına İncinin təbəssüm dolu siması gəldi. Harun dəli olmuş kimi ayağa qalxdı. Sanki İncinin kölgəsini tutub ona sarı-lacaqmış kimi otaqda o yan-bu yana gəzdi. Qulaqları cin-gildəyirdi.Əlləri ilə qulaqlarını tutdu.Dizlərini yerə qoydu. “Ata, niyə məni çox istəmədin?” – İncinin uşaqlıq səsi
Harunun qulaqlarında əks-səda verməyə başladı. Harun ə-lləri ilə qulaqlarını tutmuşdu, başı gicəllənirdi. Bir əli ilə də başını döyəcləməyə başladı. “Ata… Ata…” Bu, İncinin səsi deyildi. Başqa bir uşaq səsi Harunu səslə-yirdi.Harun halının pis olduğunu anlayıb ayağa qalxdı,ka- binetindəki şəxsi vanna otağına girdi çətinliklə. Pallı-palt-arlı soyuq suyun altına girdi. Soyuq su bütün bədəninə ya-yıldı. İndi yavaş-yavaş özünə gəlirdi. İndicə nə yaşadığını heç özü də bilmirdi. Bir onu bilirdi ki, o, İnciyə atalıq etməmişdi…