14-CÜ FƏSİL
Ofisiant çayları qoyub çıxdı. İlahə çayından bir qur-tum alıb stəkanı yenidən masaya qoydu. Həsənin sus-duğunun fərqinə varıb danışmağa başladı: “Nə olub, ay cavan oğlan? Halın yoxdur”. Həsənin fikri hələ də kabinetin ağ divarlarında idi. İlahə ikinci dəfə “Hey! Yaxşısan?” deyəndə ayıldı.
“Hə. Nə olub?”
“Nə olacaq?! Danışmırsan, reaksiya vermirsən, çayın-
dan içmirsən. Yaxşısan?”
Həsən acı-acı güldü.
“Yaxşıyam? Necə yaxşı ola bilərəm? Sevgilisi, dayısı bir cani tərəfindən öldürülən biri necə yaxşı ola bilər?”
İlahə boğazını təmizləyib sözə başladı:
“Deyəsən, bayaq dediklərimi unutdun. Bura gəlmə səbəbimizi… Dedim axı, bu gün böyük gündür.”
“A, hə e. Di danış. Kimdir o əclaf?” – Həsənin gözlər-ində nifrət oyandı.
“Danışacağam, Həsən. Hər şeyi – araşdırmaların gedi-şatını detalları ilə danışacağam sənə. İndi səndən sadə-cə bir istəyim var; xahiş edirəm, səbirli ol və məni sə-birlə dinlə. Burada eşitdiklərindən sonra düşünməmiş yanlış addım atmayacağına söz ver.”
Həsən: “Söz verirəm, İlahə. Əsəbi başla hərəkət etmə-yəcəm – dedi, - indi danış, zəhmət olmasa”.
İlahə çayından bir qurtum daha alıb danışmağa başla-dı:
“Lap ilk başlarda bu işdə hər kəsdən şübhələndim. Səndən, Tayfundan, Şəmsdən, Elaydan, Harundan…”
“Harun əmi? – Həsən İlahənin sözünü kəsdi, - Harun əmi İncinin atasıdır”.
“Dedim axı, səbirli ol. Hər şeyi öyrənəcəksən.”
“Yaxşı, davam elə.”
“Aha. Hamıdan öncə səni danışdırdım. Sən hər şeyi düz danışdın, amma… Amma bir yeri atlatdın. Bax o bir yeri mən İncinin və Şəmsin gündəliklərini oxuyan-da anladım” – Bu yerdə Həsən başını aşağı əydi, - “İn-cinin Şəmslə məni əl-ələ gördüyünü deyirsən?”.
“Aha.”
“Mən… Sadəcə utandım, amma mən niyə sevdiyimin canına qıyım ki?! Mən həmin gün İnciyə xəy…”
İlahə Həsənin sözün kəsdi: “Bilirəm. Şəmsin niyyətin-dən məlumatlıyam. Gündəliyinin sayəsində”. Dayan-ıb çayından bir qurtum daha aldı. Sonra sözünə davam etdi: “Demək olar ki, İnci öz qatilini özü üzə çıxardı. Sadəcə, bir az araşdırma lazım idi. Onu da mən etdim. Deməli, qulaq as. Sənin danışdıqların iki qurbanın gündəliyi ilə tutuşurdu. Sadəcə, bayaqkı məsələ bir az şübhəmi çəkmişdi. Amma sonra… Sonra İncinin gün-dəliyində elə bir şey oxudum ki…”.
Həsənin qaşları çatıldı: “Nə oxudun?”. İlahə əlini çan-tasına atıb telefonunu çıxardı. Sonra qalereyadan foto seçdirib telefonu Həsənə verdi: “Bax”. Həsən telefonu götürdü. Bu, İncinin gündəliyindən bir səhifənin foto-su idi:
“İnsan atasından qorxarmı heç? Mən qorxuram. Özü də, çox qorxuram. Niyə? Məni öldürər deyə… Niyə? Çünki sirrini bilirəm. Elə bir sirr ki, açılsa, ailəmiz dağılacaq. Amma mən ailəmizin dağılmasını istəmirəm ki… Bir qız atasının anasını başqa bir qadınla aldatmasını necə deyə bilər? Axı ailəmiz dağılar. Mən isə, heç birləşməmiş ailəmizin dağılmasına göz yuma bilmərəm… Atam məni sevməsə də, mən atamı dünyalar qədər istəyirəm. Bir qız bu dünyada atasından çox kimə güvənə bilər ki? Çox şeyi bilməsəm də, tək şeyi bilirəm; atam məni sevmir. Amma mən onu çox sevirəm. Həm də qorxuram…”
“Harun əmi?” – Səsi titrəyirdi Həsənin. Gözləri də dol-muşdu.
“Harun əmi! Harun Ələkbərov! 25 il öncə birinci həy-at yoldaşından olan oğlunu qəzada itirdikdən sonra bir
il ruhi xəstəxanada qalan Harun Ələkbərov. Xəyanəti ortaya çıxmasın deyə, acgözlüyü, pulgirliyi üzə çıxmas-ın deyə, qızının canına qıyan cani Harun Ələkbərov”. Həsən əlindəki telefonu masaya fırlatdı. Dodağı tit-rəyirdi. Ayağa qalxdı: “Yox! Yox! Ola bilməz! Ola bilməz!”.
“Təəssüf, Həsən… Təəssüf… Hər kəs taleyində nə varsa, onu yaşayar. Demək ki, İncinin də taleyində ata-sı tərəfindən öldürülmək var imiş…” – İlahənin də göz-ləri doldu. Otağı qəribə sükut bürüdü; acı, kəskin və ağır bir sükut…