5-Cİ FƏSİL
Elay mavi gözlü, əsmər qız idi. Gözəllikdə də tayı-bərabə- ri olmazdı.Təhsil aldığı özəl məktəbdə, demək olar ki, bü-tün oğlanlar ona aşiq idi. Amma hər gözəlin bir qüsuru ol- duğu kimi Elayın da bir qüsuru var idi. Saflıq… Çox saf qız idi.Kimi gördü, beşcə dəqiqə söhbət etdi, inanırdı ona. Elə 2 il bundan əvvəl – 15 yaşında da bu gözəlliyi və saf- lığına görə, yuxarı sinif şagirdi tərəfindən təcavüzə uğra- mışdı. Qız həmin hadisədən sonra çox sarsılmışdı. Artıq heç kəslə danışmır,məktəbə getməkdən yayınır,evdə olan-da da otağından bayıra çıxmırdı. Atası günün yarısından çoxunu işdə keçirdiyinə görə, evdəki abu-havadan bixəbər olurdu. Amma qızının dəyişimini hiss edən Müjgan xanım bundan tədirgin olmağa başlayır və çətin də olsa, qızının niyə bu hala düşdüyünü öyrənir.Amma həm utandığından,
həm də qızının gələcək həyatının bataqlığa düşməməsi üçün qızının təcavüzə məruz qaldığını həyat yoldaşından gizlədir. Bir müddət sonra, çətinliklə də olsa, Elay özünə gəlir. Məktəbdə də paralel sinifdən İnci adlı bir qızla üns- iyyət qurmağa başlamışdı.İnci ilə dərdlərini bölüşüb rahat layırdı. Elə tanış olduqları ilk gündən İnciyə bağlanmışdı. Bir müddət sonra İnci Elayı Şəmslə də tanış etdi. Şəms də Elaya alışmışdı. Üçü də birlikdə gəzərdilər. Elay isə daha çox İncini sevərdi.Qısa zamanda İnciyə bərk bağlanmışdı. Onu artıq yaxın dostu kimi yox, öz bacısı kimi görürdü. Şəms isə bir az yekəxana idi. Elaya da arada bir söz atırdı. Amma İnci sağ olsun, rəfiqəsinin dərsini yaxşıca verirdi. Bir sözlə, İnci Elayı, Elay da İncini çox istəyirdi. Son zamanlar İnci ilə Şəmsin arası dəymişdi. Elay İncinin tərəfində idi.Elə haqlı tərəf də İnci idi.Elay çox şey bilmə-sə də, onu bilirdi ki, Şəmslə İnci telefonda mübahisə edib- lər və Şəms İnciyə: “Elə sən də öl, anan da” deyə bəddua etmişdi. İnci də Şəmsin üzünə tüpürüb münasibətini kəs-mişdi Şəmslə.
…Ard-arda eşidilən silah səsləri hər kəsi vahiməyə salm- ışdı. Elay gizlənmək üçün yer axtaran qələbəliyin içində i- di. İnci də bir az irəlidə gedirdi. Bir azdan İnci pəncərədən yerə tullandı.Elay da düşündü ki, qaçıb İncinin etdiyi kimi pəncərədən yerə tullanar. Elay pəncərənin yanına çatanda İncinin etdiyini edərək aşağı tullandı.Məktəbin arxa həyə-
tində İncini axtarmağa başladı. Birdən dəhşətli bir səhnə-yə şahid olur. Qışqırmaq istəyirdi, amma səsi batmışdı. Bir azdan nitqinin tutulduğunu hiss etdi. Dəhşətli mənzə-rənin qarşısında özünü saxlaya bilmədi və huşunu itirdi…