17-Cİ FƏSİL (FİNAL)
“Dayım…” – dedi Həsən çarəsiz və titrəyən səsi ilə. “Bəs dayım… Dayımın qatili kimdir, İlahə?”
“Özünü ələ al, Həsən.”
“KİMDİ?” – Həsən bağırdı. Ədəqəsi yerindən çıxmışdı. Başı, əli, ayağı – demək olar ki, bütün bədəni titrəyirdi.
“4 qətlin…” – fasilə verib boğazını təmizlədi. Sonra çayından bir qurtum aldı.
“…Dördünü də Harun Ələkbərov törədib.”
Həsən dondu yerindəcə. Titrəyən dodaqlarının arasından nəsə çıxarmaq istədi. İstədi, amma alınma-dı. Sözlərin, kəlimələrin, cümlələrin bitib-tükəndiyi an… Anlıq sükutdan sonra Həsən güc-bəla ilə olsa da, “Necə? Necə anladın bunları?” deyə soruşdu İlahədən. “Gəl, izah edim sənə hər şeyi. İlk öncə, İncinin qətlin-dən başlayaq. İncinin gündəliyi, Gəray Bəylinin “ŞÜBHƏLİLƏR” siyahısına əsasən, mən də öz şübhə-lilər siyahını yaratdım. Harun Ələkbərov ən başda idi. Sonra başladım Harun Ələkbərov Rəsul oğlunu araş-dırmağa; adam 10 yaşında öz həmyaşıdın bıçaqlayıb. Səbəbi isə, anasının Harunu alçaldıb, qonşuluqda yaş-ayan uşağı – Harunun qətlə yetirdiyi yeniyetmə ilə mü-qayisə etməsi olub. Harunun psixologiyası öz anası tərəfindən illər öncə pozulub. İndi bəziləri inkar etsələr də, bir insanın uşaqlıqda aldığı travmalar onun həyatını qaralayır, məhv edir. Nə isə. Harun cəzasını çəkib azadlığa buraxıldıqdan sonra həyatına yenidən başlayır. Ailə həyatı qurur, bir oğlu olur. Amma avto-qəzada ölür. Harun bu hadisədən sonra çox sarsılır. Sonra bir müddət sonra Çinarə xanımla tanış olur, on-unla ailə həyatı qurur. Bir gün Çinarə Haruna xəbər
verir ki, hamilədir və tezliklə bir oğul övladları olacaq. Harun illər sonra yenidən ümidlənir. Lakin həyat yol-daşı Çinarə pilləkənlərdən yıxılır və uşaq elə ana bətnində tələf olur. Harun daha olan-qalan ümidini də itirir. Amma Allah Çinarəyə ikinci dəfə də şans verir. Ancaq Harun artıq bütün ümidini yeni doğulacaq uşaqdan – İncidən kəsir. Lakin İnci sağ-salamat dünyaya gəlir. Harun isə əvvəlki travmalarından qurtula bilmir. İncini bir övlad kimi sevə bilmir. Sanki İncinin varlığını qəbul etmək istəmirdi” – Çayından daha bir qurtum aldı. Həsən hövsələsizlik edib dedi: “Xülasə? Qısaldaraq danışa bilərsənmi?”
“Xülasəsi odur ki, Harun öz həyat yoldaşına etdiyi xə-yanətin, rüşvətxorluğunun üstü açılmasın deyə, öz ca-nından-qanından olan, amma əsla varlığını qəbul etməyən qızını… İncini öldürüb.”
“Bir dəqiqə… - Həsən İlahənin sözün kəsdi, - axı kamera görüntülərində Tayfun…”.
“Ay yaşa! Tayfun o bıçağı səni öldürmək üçün götürür, çünki İnci onun sevdiyi qız idi və İncinin sevgilisi sən idin. Sən hətta dedin ki, 13 iyun tarixində Tayfun səni izləyibmiş.”
“Bax… Bunlar göstərir ki, sənin dediklərin də fərziyyə-dir. Çünki biz sübut edə bilmirik ki, Tayfun həmin gün mətbəxdən bıçağı niyə götürüb, kimə görə götürüb. Düz deyil?”
“Düz idi. Sənin dediklərin düz olardı, əgər dünən axşam polis bölməsinə etiraf məktubu gəlməsə idi…”
“Nə?” – Həsəni həyəcan daha da bürüdü.
“Harun Ələkbərovun dilindən yazılmış etiraf məktu-bu…”
Həsən həyəcanını gizləyə bilmirdi: “Hanı? Hanı mək-tub? Göstər mənə də. Nəyi etiraf edib? Hər şeyi? Hər şeyi etiraf edib?”.
“Hər şeyi!”
İlahənin qətiyyətli sözündən sonra dizlərini yerə qoydu: “Dayımı da? İncini də?” – deyə soruşdu İlahədən.
“Dayını da. İncini də. Tayfunu da.”
Bir neçə saniyə çəkən sükutdan sonra Həsən yenidən dilləndi: “Bəs Elay? Elayı da o öldürüb?”.
“Tayfunu öldürdükdən sonra cəsədin yanında video çəkərək, Elaya “ya özünü as, ya da bütün Bakıya biabır
olacaqsan, sonra isə, sən də bax bu halda olacaqsan” – deyə sadəcə bir dəfə oxudulan video göndərib” – İlahə danışdıqca simasındakı nifrət hissi daha da açıq hiss olunurdu. Həsənin üzündə acı təbəssüm yarandı. İlahə nitqini bir cümlə ilə tamamladı: “Həsən, bunu qətiyyən unutma; bu dünyada ən vəhşi məxluq insandır. İnsandan daha vəhşi, daha iyrənc ola biləcək başqa bir məxluq yoxdur. Çalış bu iyrənc və vəhşi dünyada özün kimi qal. Hə, bir də, özünü qurddan, çaqqaldan yox, insandan qoru”.
…
Axşam 7-ə 15 dəqiqə qalmışdı. Həsən maşınını həyət darvazasından içəri salıb maşından düşdü. Hələ də bu gün yaşadıqlarının təsiri altında idi. Həyətlərindəki masaya keçib əyləşdi. Gözünün önünə yenə İncini gətirdi. O qəhvəyi gözlərini… O ətirli saçlarını… O gözəl və mehriban simasını… Darvaza qapısının döyül-məsi ilə düşüncələr aləmindən ayıldı. Düşündü ki, görəsən, kimdir bu vaxtı? Ayağa qalxıb qapını açdı. 20-25 yaşlarında bir oğlan Həsəndən adını soruşub, ona məktubun olduğunu dedi. Həsən məktubu göndərə-
nin kimliyi barədə sual versə də, bu poçtalyon oğlan sualı cavabsız qoydu və çəkildi. Həsən təəccüblü şəkil-də gah əlindəki məktuba, gah da cavabsız çıxıb gedən oğlana baxırdı. Darvaza qapısını bağlayıb həyətə keçdi. Məktubun üzərində ad-filan yox idi. Tez-tələsik mək-tub mətnini açıb oxumağa başladı:
“HaHaHa…
Həsən… Həsən… Yaxşı uşaq idin sən. Ona görə də heç nə gizlətməyəcəm daha səndən. İncini mən öldürmüşəm, bəli. Dayını da mən öldürmüşəm. Amma, məncə, o, güllə ilə yox, ölümündən bir neçə saniyə öncə ona dediyim cümlədən sonra ölmüşdü, onsuz. Güllə isə, əksinə, onu bataqlıqdan xilas etdi. İndi isə, həmin cümləni sən eşidəcəksən. Və artıq nə edəcəksən, orası sənlikdir. Mən Çinarəyə xəyanət etmişəm. Özü də, bilirsən kim ilə? Hazır ol... Ananla!” – Həsənin gözləri böyüdü. Ədəqəsi az qala yerindən çıxacaqdı. Məktub hələ bitmirdi: “Hələ bu harasıdır, növbəti bombaya hazır ol. Atanın ölümü talenin işi deyildi. Anan… Anan atanın yeməyinəmi, içkisinəmi zəhər qatmışdı. Atanı anan öldürüb!”.
Həsənin başı gicəllənirdi. Özündə deyildi. Məktubu
masaya qoyub: “ANAAAAA!!!” – deyə ucadan bağırdı. Sonra iti addımlarla evə sarı yaxınlaşdı. Qapı-nı açıb içəri girdi. Lamiyə ikinci mərtəbədən tez aşağı düşdü: “Nə olub, oğlum? Həsən, yaxşısan?”. Həsən əli ilə anasına “dayan” işarəsi etdi. Sonra otağına çıxıb bir neçə saniyə sonra geri qayıtdı, amma əliboş deyildi. Bıçaq… Lamiyə bıçağı görən kimi diksindi: “O.. Oo… Oğlum… Hə… Həsən…”.
“Mən… Dünyanın ən bədbəxt insanıyam. Çünki… Çünki sənin kimi bir anam var. Atamı… Atamı sən öldürmüsən? Haruna görə? O zibilə görə sən…” – dayandı və anasına tərəf yaxınlaşdı. Lamiyənin nəfəsi tutulmuşdu: “Həəsəən… Mən…”. Sözünü davam etdirə bilmədi. Artıq gec idi. Həsən anasına ilk bıçaq zərbəsini vurmuşdu. Göz yaşları içində ikinci zərbəni də vurdu. Lamiyə can verirdi: “Aaaaaaa…” – səsi batmışdı artıq. Həsən hıçqırıqlar içində üçüncü zərbə-ni vurdu. Bununla da Lamiyə yerə sərildi. Həsən qanlı bıçağı yerə atıb anasının qanlar içində yatan cansız bədəninə baxıb tükürpədici səsi ilə bağırdı: “ANAAAAAAAAAAAAAAA!!!”…
İki dəqiqə anasının cansız bədəni ilə baxışdıqdan sonra yerə düşmüş qanlı bıçağı götürüb şalvarının cibi-
nə qoydu. Yerdən qalxıb vanna otağına keçdi. Qana bulaşmış əllərini yuduqdan sonra evdən çıxdı. Maşını-na minib həyət darvazasından çıxdı… Maşını qəbiris-tanlığın yanındakı gül mağazasında saxlayıb bir dəstə zanbaq aldı. Sonra maşına minib qəbiristanlığa sarı yol aldı…
Bir az daha addımladıqdan sonra dayandı. Təyinat yerinə çatmışdı – İncinin məzarı… Başdaşının qarşısı-na keçib sonuncu dəfə İncisinə baxdı. Əlindəki gül dəstəsini məzara qoyub İncinin baş daşına həkk edilmiş portretini öpdü. Sonra sevgilisinin qarşısına keçib pıçıltı ilə bunları söylədi: “İncim… Gözəl gözlü, gözəl saçlı sevgilim… Bu zanbaqlar sənə aldığım son zambaqlardır. Daha mavi gözlü sevgilin sənə zanbaq ala bilməyəcək. Səni bir daha əsla görməyəcək. Çünki o, cəhənnəmdə olacaq, sən isə cənnətdə… Əlvida… Əlvida, gözəl gözlüm…”. Bıçağı şah damarına batırdı… Və sevgilisinin yanına sərildi. Can verirdi. Son nəfəsi idi. Son nəfəsində isə, sevgilisi var idi yanında. Amma sevgilisi çoxdan son nəfəs verdiyinə görə sevdiyinin dadına yetə bilməzdi ki…
SON