10

18 3 4
                                    

10-CU FƏSİL
Hava limanının çıxışında 20-25 yaşlarında bir qız əlində telefon kimisə gözləyirdi. Tez-tez saata baxır, vaxtın azaldığını görəndə daha da həyəcanlanırdı.Təxminən, yarım saat sonra hava limanının çıxışında 25-27 yaşlarında gənc, gözəl bir qız göründü. Bayaqdan həyəcanla yol çəkən qız çıxışdakı qızı görüb qışqırdı: “İlahəə!!!”.  Qız səs gələn tərəfə döndü və bağıranın bacısı olduğunu görəndə sevinib ona yaxınlaşdı. “Ləmanım… Canım…”
“İloşumm…”
Qucaqlaşdılar.
İlahə may ayında tətil üçün Bodruma getmişdi. Dünyaya Bakıda göz açan İlahə əslən Masallıdan idi. Uşaqlığı Bakıda keçmişdi. Orta məktəbi bitirdikdən sonra polis akademiyasına qəbul olur. Ali təhsili başa vurduqdan sonra elə akademiyada işə başlayır. İlk başlarda köməkçi işlərdə çalışan İlahə bir müddət sonra özünü daha da təkmilləşdirmək üçün xaricə köçür. Xaricdən qayıdanda artıq İlahə dünyagörüşünü daha da inkişaf etdirmiş, daha da yeni biliklər əldə etmişdi. Artıq Vətənə geri qayıdandan sonra cinayət-axtarış eksperti kimi fəaliyyətə başlayır. Bəziləri onun cinsinə görə təkidlə yanaşırdılar, amma İlahə ilə işləyənlər bilirdilər ki, İlahənin məntiqi, savadı 100 kişinin məntiqindən daha güclüdür.  Vətəndə ad-san qazandıqdan sonra özəl xəfiyyəliyə başladı. Artıq 2 il idi ki, Azərbaycanda özəl xəfiyyə olaraq çalışırdı.         Hər il olduğu kimi, bu il də qızmar yay günlərinin ləz-zətini çıxarmaq üçün Bodruma getmişdi. Əslində, Bodrumdan sonra Londraya da gedəcəkdi, amma… Heç tətilin tam ləzzətini çıxarmamış Bakıdakı polis akademiyasından müəllimi zəng vurdu. İlahə tətilini pozmaq  istəməzdi  və  heç  vaxt  da  pozmazdı.   Amma
müəllimi  ona elə bir şey dedi ki, elə bir təklif etdi ki…

Soyuq suyun altında çılpaq dayanmışdı. Özündə deyil-di. Onsuz, son 2-3 həftə ərzində baş verənlər Həsənin psixologiyasına çox pis təsir etmişdi. İncinin ölümü, arxasınca dayısı Gəray Bəylinin və Tayfunun ölümü… Hər şey bir-birinə qarışmışdı. Dayısının ölümündən sonra İncinin qatilinin tapılmasına ümidi itmişdi. Da-yısının meşədən tapılan cansız bədəni isə, qatilin təh-lükəliliyindən xəbər verirdi. Qorxmaq lazım idimi? Həsən qorxmurdu. 18 yaşının olmasına baxmayaraq, həyat onu çox pis yerlərdən vurmuşdu. Uşaqlığından bəri üzü gülmürdü Həsənin. Uşaqlıqdan bəri həyat onu qaralamışdı. Yaşıdları qırılmış oyuncağının dərdini çəkəndə Həsən qırılmış qəlbinin dərdini çəkirdi… Gözlərindən axan yaşı saxlaya bilmədi. Həsən çətinliklə nəfəs alaraq başını suyun altından qaldırdı. Bədənindəki gərginlik onu tamamilə əldən salmışdı. Bir anlıq suyun axıntısı altında dayanıb fikirlərinə daldı. İncinin gülüşü, onun həzin səsi, birlikdə keçirdikləri anlar gözlərinin önündə canlanırdı. Həyat necə bu qədər qəddar ola bilərdi? İncinin qətlindən sonra onun üçün hər şey mənasını itirmişdi. Artıq heç bir şey eyni deyildi. Hər bir addımda yalnız qaranlıq və ümidsizlik görürdü.Suyun altında dayandıqca, ürəyində ağır bir yük hiss etdi. Bütün bu yaşananların sonunda dayısı Gərayın ölümü onun üçün son damla olmuşdu. Həsən özünü bu hadisələrin mərkəzində hiss edirdi, sanki hər şey onun günahı idi. Əgər İnci ilə o gün danışsaydı, onu qorumaq üçün bir şey etsəydi, bəlkə də hər şey fərqli ola bilərdi. Amma artıq gec idi. Dayısının cansız bədənini meşədə gördüyü an Həsən bir daha güvənəcəyi heç kim qalmadığını dərk etdi.Bu düşüncələrlə suyun altından çıxdı. Əlini dəsmala uzadıb bədənini quruladı. Güzgüyə baxdı, gözlərinin altındakı qara kölgələr, yorğunluğu və kədəri aydınca əks etdirirdi. Həyat onu tükətmişdi. Bir anlıq güzgüdə dayısının üz cizgilərini gördü. Gəray Bəyli onun üçün tək dayaq olmuşdu, lakin artıq o da yox idi.Həsən güzgüyə son dəfə baxaraq ağır bir nəfəs aldı. İçindəki qəzəbi boğmağa çalışaraq otaqdan çıxdı. Oturma otağına keçəndə telefonuna bir mesaj gəldi: “İlahə Əl-iyeva Azərbaycandadır. İçin rahat olsun, oğul. Dayının da, İncinin də qatilini tapacağıq. Nömrəni İlahə xanı-ma vermişəm, özü səninlə əlaqə yaradacaq”…

SON ZƏNG Where stories live. Discover now