2-Cİ FƏSİL
13 iyun 2024-cü il…
Məktəbdən gələn kimi otağına qalxdı. Qəmgin görünür- dü. Anası da səsə otaqdan çıxdı. Oğlunu qəmgin görüb so- ruşdu: “Həsən, gəldin? Nə olub, niyə qəmginsən?” “Yox, ana, hər şey yaxşıdır. Sadəcə bir az yorğunam. Ac deyiləm. Duş alıb yatacağam bir az. Şam yeməyində görüşərik.” – deyib otağına girdi. Çantasını aparmamışdı. Axı heç kəs çanta gətirmirdi məktəbin son həftəsi. Əslində, o qədər də yorğun deyildi. Sevgilisi – İnci son zamanlar onunla soyuq davranırdı deyə, bir az ona əsəbiləşmişdi. Həm də axı bu gün İnci onun gözünə baxa-baxa dedi ki, ondan əl çəksin. Bu sözündən daha da qıcıqlanmışdı. Sevgilisinin səbəbsiz soyuq münasibətinin səbəbini bilmək istəyirdi.
Şalvarının cibindən telefonunu çıxarıb saata baxdı. Beşə beş dəqiqə işləyirdi. Sonra telefonunu təyyarə rejiminə qoyub çarpayının üstünə atdı.
Öz otağındakı şəxsi vanna otağına girdi. Duşu açıb bütün bədənini soyuq suya təslim etdi. Gözlərini yumdu. Olanla- rı dərk etməyə çalışırdı; İncinin soyuq davranışları, Şəmsin mənasız baxışları, Tayfunun onu izləməsi…
Düşünürdü ki, bəlkə, İnci artıq ondan soyuyub. Bəs Tay- fun? Tayfun nə əlaqə? İnci keçmiş sevgilisinə, özü də necə sevgilisinə, onu izlətdirirdi? Yox, əşşi. İnci elə şey etməz axı. Axı özü deyirdi ki, Tayfundan iyrənir? O, çox qəddar və səfeh biridir. Deməli, şərəfsizin başqa planları var imiş. Bəs görən Şəms niyə bu gün özünü elə aparırdı? Tez-tez Həsənin yanına yaxınlaşır, ona gülümsəyirdi. Niyə axı? Onsuz da, səhərdən ağrıyan başı daha da gicəllənirdi. Görünür, su ona təsir etmirdi. Anidən özü də səbəbini bilmədən isti suyu açdı. İsti su bütün bədənini “mühasirəyə” aldıqdan sonra birdən ayıldı və tezcənə duşdan çıxdı. İsti suyu bağlamadan vanna otağını tərk etdi. Otağındakı qarderobun önündə böyük güzgü var idi. İstidən qızarmış üzüylə güzgüdə rastlaşdı. Sonra tamamilə güzgünün qarşısına keçdi. Öz gözlərinin içinə baxdı; mavi-mavi, par-par parıldayan gözlərinə. Birdən Həsən yanında birinin peyda olduğunu hiss etdi. Güzgüdə onun yanında atasının dayandığını gördü; beş il öncə avto-qəzada itirdiyi atasını. Sonra yenidən qeybə çəkildi. Atası oğlunun məktəbi bitirib məzun olacağı günü səbirsizliklə gözləyirdi. Oğlunun tələbə adını qazanmasını, universitetdən də məzun olub karyera həyatına ilk ad- dımlarını atacağı günləri elə həvəslə gözləyirdi ki. Amma tale, qismət yenə öz işini gördü. Deməli, qismət belə imiş. Həsən ilklərinə imza atdıqda atası onu sadəcə göylərdən izləyəcəkmiş…
Birdən ayıldı ki, çılpaqdır. Duşda isə isti su axır. Tez yer- indən tərpənib suyu bağladı. Sonra çanağın qarşısına keçib əl üzünə su vurdu. Otağına girib qurulandı və əyin-başını geyindi. Sonra yuxu onu necə aparıb heç xəbəri də olmay- ıb. Bir də ayıldı ki, anası başının üstündə dayanıb onu səs- ləyir. Yuxudan ayıldı və anasından nə olduğunu soruşdu. Anası:
- Bir qız gəlib. Deyir, adı Şəmsdir. Sənin sinif yoldaşın- dır. Sabahkı tədbirə görə gəlib. Ayıbdır. Qız axşam- axşam durub gəlib. Oyan, qızı qarşıla. – dedi.
Həsən bir az təəccübləndi. Şəms niyə onlara gəlmişdi? Tezcənə çarpayısından qalxıb çarpayını düzəltdi. Sonra anasına dedi ki, çıxsın, indi özü gəlib qızı qarşılayacaq. Anası otaqdan çıxdı. Həsən də tez güzgünün qarşısına keçib saçına-başına düzən verdi. Birdən içindən bir səs niyə belə əl-ayağa düşdüyünü sorğuladı. O, öz sualını ca- vabsız qoyub saata baxmaq üçün telefonunun kilid ekra-nını açdı. Deməli, təxminən, üç saat idi ki, yatırdı. Çöl- də yağış yağdığına fikir verdi. Elə bu vaxtı bir dəfə də düşündü ki, bu saatda, belə yağışın altında nə məcbur idi Şəms durub bura gəlsin? Məşqə görə? Əşşi, nə məşqi?! Həsənin rəqs partnyoru Şəms deyildi ki. İnci idi. Salona düşüb Şəmsi məcburiyyətdən salamlayıb otağına dəvət etdi. Şəms də bir himə bənd imiş kimi, dəvəti qəbul etdi. O, ilk dəfə gəlirdi Həsəngilə. Düzdür, bir neçə ay bundan əvvəl sevimli rəfiqəsi olan İnci məktəb çıxışı onunla birlikdə qrip olmuş sevgilisi – Həsəni ziyarətə getməyi təklif etmişdi. Amma Şəms bunu qəbul etməmişdi. Hələ İnciyə də belə demişdi: “Sənin sevgilin xəstələnib, həm də sənin sevgilinin evində mənim nə iş- im var. Siz ikiniz baş-başa qalsaz, yaxşıdır”. Bəs indi niyə gəlib? Özü də İncisiz. İnciylə də araları son zaman- lar dəymişdi axı.
…
Evin qulluqçusu – Mahirə xanım iki fincan qəhvə və iki dilim şokoladlı keksi Həsənin otağındakı jurnal masa-sının üzərinə qoyub, “Nuş olsun” deyib çıxdı. Bayaqdan
lal kimi susan Həsənin dili açıldı: “Gəl keçək masaya”. “Bir dəqiqə…” – Şəmsin sözü Həsəni dayandırdı. “Hə- sən, mən sənə vacib bir şey deməliyəm. Bura da ona görə gəlmişəm”. Həsəni ani təəccüb bürüdü. Nə deyəcəkdi, görəsən, Şəms ona? O, danışmadan Şəms özü sözə başla- dı: “Bu gün Nurgülü axtarırdım. Məktəbin arxa həyətin- də Tayfun və İncinin söhbətinə qulaq misafiri oldum. İn-ci Tayfuna “Xahiş edirəm, bunlar aramızda qalsın, heç kəsin xəbəri olmasın.” Sonra Tayfun ətrafa göz gəzdirdi, ona görə orada çox qala bilmədim. Ayrıldım tez oradan. İnci köhnə rəfiqəm olsa da sənin kimi məsum birini al- datmağını istəmədim. Ona görə danışdım bunları sənə”. Həsənin başı sancdı. Eşitdiklərinə inanmaq istəmirdi. Çarpayıya oturdu. Bu gün baş verənləri xatırladı. İncinin ona soyuq davranışları, Tayfunun onu izləməsi… Şəms bunları dedikdən sonra elə bil, rahatlandı. Həsən özündə deyildi. Şəms onu sakitləşdirmək üçün əllərini əllərinin arasına aldı. Sanki təsəlli edirdi Həsəni. Bir ne- çə saniyə sonra pilləkənlərdən gələn addım səslərini eşit-di. Əllərini çəkmək istəyirdi ki, qapının dəstəyi yavaşca açıldı. Və qapının arxasından yağışda islanmış, çarəsiz qız göründü. İnci. Şəms sanki İnciyə acıq olsun deyə Hə- sənin əllərindən daha da bərk tutdu. Daha bərk sıxdı. Bir azdan yenə pilləkənlərdən addım səsləri gəldi. Şəms sanki böyük bir iş tutmuş kimi gülümsəyirdi…
