12

11 3 3
                                    

12-Cİ FƏSİL                                             13 iyun 2024…
Evə yenicə gəlmiş, duşunu almışdı. İndi çarpayısında uzanıb fikrə dalmışdı. Bu gün Şəms – bir zamanlar, ən yaxın rəfiqəsi olmuş, indi isə iyrənc bir məxluqa çevril-miş sinif yoldaşı üzünə demişdi ki, Həsənini sənin əl-indən alacağam. Hələ iddia da etmişdi ki, Həsən ona göz vurur. Ona görə də bu gün məktəb çıxışında Hə-sənlə sərt davrandı. Amma indi peşman olmuşdu. Bəl-kə, Şəms özündən  cəfəngiyat  uydururdu?  Axı  o  mavi
gözlü, yaraşıqlı sevgilisi Şəmsə niyə göz vursun ki?!  Bu absurd idi.
15:00-dan beş, ya altı dəqiqə keçmişdi. İnci yatağında uzanıb fikrə dalmışdı . Amma telefonuna gələn bir me-saj onu fikirlərindən, düşüncələrindən ayırdı. Çarpayı-nın düz yanındakı siyirmənin üstündən telefonunu götürdü və açdı. Bildiriş panelində “Tayfun” yazılmış-dı. İnci bu adı görəndə bir an dayandı: “Tayfun? Niyə? Həsəndən gəlməli deyildi bu mesaj? Axı Tayfun bunca müddət sonra niyə mesaj yazmışdı İnciyə? Axı səbəb nə idi?”. Ardınca “Foto” gəldiyini gördü. “WhatsApp” tətbiqini açdı. Hər ehtimala qarşı mesaj-lara “oxundu bildirişi”ni deaktiv etdikdən sonra bar-maqları titrəyə-titrəyə “Tayfun” adlı kontaktı açdı. “Foto”nu yüklədi: 12%, 27%, 49%, 58%, 66%, 78%, 89%, 97%, 99%, 100% - FOTO YÜKLƏNDİ!!!            Fotonu açan kimi telefon əlindən sürüşüb yerə düşdü. Gözləri böyüdü. Sonra telefonu yerdən götürüb fotonu yaxınlaşdırdı. O idi. Atası - Harun idi bu. Sonra tele-fonda nə qədər əlləşdi, amma sonda telefonu yerə çırp-dı. Gözlərindən yaşlar axırdı. Yerindən qalxıb əynini dəyişdirdi. Sonra evdən çıxdı. 
Qara  rəngli  taksi  “Alakbaroff School”un   qarşısında
dayandı. İnci maşından düşdü və məktəbin həyətinə giriş qapısından içəri girdi. Girişdəki xüsusi yoxlama cihazlarına şagird kartını göstərdi və məktəbin binası-na doğru iti addımlarla addımladı. Atasının kabineti birinci mərtəbədə idi. Binaya daxil olub ətrafa göz gəz-dirdi; Tayfun gözə dəymirdi. Atasının kabinetinə yax-ınlaşıb qapını açdı. Atası otaqda tək idi. Qızının qapı döymədən içəri girməsinə təəccübləndi və ayağa qalx-dı. İnci titrəyən səsi ilə sanki pıçıldayırmış kimi asta-dan danışmağa başladı: “Hanı? Haradadır?”. Sual Ha-runu daha da həyəcanlandırdı: “İnci, yaxşısan? Kim hanı, nə hanı?”.  İnci hıçqırıqlarını saxlaya bilmirdi. Cibindən telefonunu çıxardı. Bayaqkı fotonu tapdı və düz Harunun üzünə tutdu. Harunu özünü görəndə gözləri böyüdü. Fotoda qadının üzü görünmürdü, am-ma Harunun sifəti açıq-aşkar görünürdü.
“Bax! Bax! Kimdir bu qadın? – Harunun susduğunu görüb davam etdi, - Cavab ver! Kimdir bu? Sən… Sən bunu anama necə edə bilərsən? Sən… Sən bu qədər qə-ləti necə edə bilərsən? Sən bu qədər qələti...” – İnci sö-zünü tamamlamamış Harun İnciyə şillə vurdu: “Kəs səsini, tərbiyəsiz!”. İnci üzünə düşmüş saçlarını yana ataraq hiddət dolu baxışları ilə atasına baxdı. Sonra qa-
pıya yaxınlaşdı. Otaqdan çıxmamış geri – atasına sarı döndü. Və sonuncu dəfə bunu deyib çıxdı: “Dünya, həqiqətən, dağılmalıdır e. Evdə arvadı ola-ola orda-burda məşuqələri ilə kef çəkən kişi qala-qala mən tər-biyəsiz oluram? Hanı ədalət?”.
Məktəb həyətinə çıxanda  məktəbdə tək-tək qalan şagi-rdlərin içində Tayfun göründü. İnci Tayfunu görüb dayandı. Tayfun gözü ilə məktəbin arxa həyətini işarə edib həmin tərəfə yönəldi. İnci də asta addımlarla Tay-funun yanına getdi. Tayfun onu görcək gülməyə başla-dı: “Gördün?”
“Sus, - İnci Tayfunu qabaqladı, - Tayfun, əgər səndə bir azcıq da olsa, mərhəmət və sevgi qalıbsa, bunlar ar-amızda qalsın, nə olar? Yalvarıram sənə, qurbanın ol-um bu olanlar ikimizin arasında qalsın”. Tayfun ətrafa göz gəzdirdi. Ortalıqda heç kəs yox idi. Tayfun İncini özünə tərəf çəkdi: “Aramızda, gözəlim”…
Evə gələndə saat 6-nı çoxdan keçmişdi. Evə ayaq basan kimi öz otağına qapıldı. Deyəsən, evdəkilərdən qaçırdı. Qapı döyüldü. İnci artıq qapını döyənin kim olduğunu təxmin etmişdi. Cavab vermədi. Çünki gələnin atası olduğunu bilirdi. Bu gün səhər olanlara görə onunla danışmaq istəyirdi, böyük ehtimalla. Cavabsız qalan “qonaq” qapını açıb, otağa girdi.
“Niyə cavab vermirsən, İnci? – Bu, həqiqətən də, İncinin atası – Harun idi. – Qızım, sən bu gün məni dinləmədən çı-xıb getdin. Bax, keçən həftə də boş yerə ailəyə mübahisə saldın.”
“Boş yerə? – Bayaqdan susub dayanan qız dayana bilmədi. – Sən güzəşt imtahanından yüksək nəticə əldə edən şagirdi kasıb ailədən olduğu üçün imtahandan balını kəsib, rüşvət aldığın Kamal Məmmədovun qızına verdin. Yazıq Ülkər zülüm – zülüm ağla…”
“Yenə köhnə hamam, köhnə tas – Harun qızının sözünü kəsdi. – Sən nə bilirsən rüşvət nədir?”
“Uşağam mən, ata? – İnci tamamilə özündən çıxmışdı. – Uşağam? Mən hər şeyi yaxşı başa düşürəm. Pul sənin gözünü elə tutub ki özündən savayı heç kəsin halını düşünmürsən. Hələ bu səhər olanlar?! Anam on səkkiz illik həyat yoldaşının xəyanətini öyrənəndə nə olacaq? Anama nə ca- vab verəcəksən? Necə izah edəcəksən ona hər şeyi?”
“Yavaş danış, qız! Eşidən olar. Sən uşaq ağlınla hərəkət edirsən. Nə xəyanəti?! Sən nə danışdığının, nə dediyinin fərqindəsən, İnci?” – Harun düşdüyü vəziyyətdən çıxış yolu axtarırdı, amma, deyəsən, bu, bir az çətin olacaqdı.
“Daha artıq danışmaq istəmirəm, çıx otağımdan.”
“Məni qovursan?!”
“Qovmuram. Sadəcə danışmaq istəmirəm.Çıx otağımdan.”
“Çıxmıram. Hər şeyi danışıb aydınlaşdırana qədər də çıxmayacağam.”
İnci çarpayısına qoyduğu çantasını götürüb qapıya yaxınlaşdı: “Onda mən gedərəm. Sən istədiyin qədər qal burada”. Harun qızının qolundan tutub getməsinə icazə vermədi. İnci bir təhər atasının hücumundan qurtulub otağını, sonra isə, evi tərk etdi. Çöldə yağış yağırdı. O indi haraya gedəcəyi barəsində düşünürdü. Necə əsəbi idisə, çətirini götürməyi də unutmuşdu. Cəld addımlarla evlərinin yaxınlığındakı avto-dayanacağa sarı irəlilədi.
  Avtobus Həsəngilin mənzilinin yaxınlığındakı dayanacağa çatanda İnci də avtobusdan düşdü. Avtobusda gələrkən çox fikirləşdi; ən yaxın rəfiqəsi Şəmsgilə gedə bilməzdi, çünki keçən ay aralarında bərk mübahisə olmuşdu. Nə olmuşdusa, axırda Şəms İncinin anasına ölüm qarğışı etmişdi. O gündən bəri İnci bir dəfə də olsun, Şəmsin üzünə baxmadı.      
Digər rəfiqələrinin maddi vəziyyəti, ailə vəziyyəti gecənin bir aləmində qonaq qarşılamaq üçün uyğun deyildi. Nəha-yət, qərara gəldi ki, sevgilisi Həsəngilə getsin. O, Həsənlə birinci sinifdən eyni sinifdə oxuyur. Bu il də on birinci sinifdədirlər. Daha doğrusu, sabah məktəb həyatlarına “əlvida” deyəcəkdilər. Amma gör indi İnci son zəng hava- sında idimi? Əlbəttə, yox. Sabah onun üçün də böyük gün olmalı idi axı…
  Bu, onların darvazası  idi – Həsəngilin. Dayanacaqdan bura az məsafə olsa da İnci yamanca islanmışdı. Külək də bir yandan. Nəysə. Özünü bir təhər toparlayıb qapının zəngini çaldı. Bir neçə saniyə keçdikdən sonra Həsənin anası – Lamiyə xanım qapını açdı. Qızı yağışın altında islanmış görcək içəri dəvət etdi. Ona isti çay təklif etdi. İnci isə heç nə istəmədiyini deyib, bura gəlmə səbəbini söylədi. Lamiyə xanım İncini yaxşı tanıyırdı. Həsənin sinif yoldaşı, həmçinin yaxın dostu olduğunu da bilirdi. Ona görə də qızı mehribanlıqla qarşıladı.
“Həsənin də yanına indicə dostu gəlib. Onunla otaqlarında sabaha hazırlaşırlar. İstəyirsən, sən də onların yanına keç.” İnci bu sözlərdən bir az təəccübləndi. Görəsən, kim gəl- mişdi? Kiminlə son zəngə hazırlaşırdı Həsən? Yəqin ki, ya Hüseyn idi, ya da Mustafa. Lamiyə xanımdan mehribanlıqla ayrılıb Həsənin otağı tərəfə getdi. Bir neçə dəfə burada olmuşdu deyə, evin hər bəndinə bələd idi. Həsənin otağı ikinci mərtəbədə idi. İnci yavaş addımlarla ikinci mərtəbəyə qalxdı. Həsənin otağına sarı yaxınlaşdı. Dəstəyi çəkib, qapını açdı. Gördüyü vəziyyətdən sarsıldı. Otaqdakı şəxs nə Hüseyn idi, nə də Mustafa. Bu,  Şəms idi. Həsənlə birlik- də çarpayıda oturmuşdular. Əl-ələ, göz-gözə idilər. İnci bu mənzərəyə çox baxa bilmədi. Ev sahibəsinin israrlarına baxmayaraq, yağışın altında, axşam-axşam Həsənin evini tərk etdi.

SON ZƏNG Where stories live. Discover now