13

11 3 4
                                    

13-CÜ FƏSİL
Payızın gəlişi havada hiss olunurdu. Sentyabra sayılı günlər qalmışdı artıq. Artıq tam 2 ay idi ki, İnci həy-atda deyildi. Gəray Bəyli müəmmalı şəkildə öldürül-müşdü. İlahə Əliyeva isə, bu işə girişdiyi gündən ar- gərgin araşdırmalar edirdi. Dünən də nə tapmışdısa,
Həsənə demişdi ki, bu gün səhər gəlib onu evindən götürsün.
Saat 7 olardı. Həsən düz İlahənin dediyi saatda İla- hənin evinin qarşısında İlahəni gözləyirdi. Bir dəqi-qə keçmədi ki,  İlahə evlərindən çıxdı. Həsənin ma-şının görüb ona sarı yaxınlaşdı. Maşna əyləşdi və Həsənlə salamlaşdılar.
“İlahə... - sözünə başlamamış İlahə onun sözünü kəsdi: “Bu gün böyük gündür, Həsən. Bu gün böyük gündür”.
Həsən təəccübləndi: “Anlamadım. Nə olub ki, İlahə? Niyə bu gün böyük gündür ki?”.
“Hər şeyi ilk elə sənə danışacağam. Ondan sonrası da-ha həyəcanlıdır. Bu gün ağır işlərimiz var, hazırsan, ca-van oğlan?”
“Bir dəqiqə! Bu gün hər şey ortaya çıxacaq?”
“Bu gün hər şey ortaya çıxacaq.”
Həsənin üzündə anidən təbəssüm yarandı, amma bir dəqiqə belə çəkmədi. Elə bir şey gördü ki, sanki ikinci dəfə yaralandı qəlbi; İlahə lap əvvəldən İncinin ölümü-nü araşdırmaq üçün Həsənlə səmimi olmalarını bilir-di. Yoxsa Həsən ona güvənməsəydi, bu iş əsla alınmaz-dı. Həsənlə ilk günlərdən səmimi davranırdı. Həsən də bir müddət sonra öz içini İlahəyə açdı.  İlahə  onun  ya-
ralarını saran, yaralarına məlhəm olan qadın idi. Bir müddət keçdikdən sonra, İlahə və Həsən iki yaxın sir-daşa çevrilmişdilər. Həsən artıq İlahəyə alışmışdı. Əsas da gözlərinə… İncininki ilə eyni rəngdə idi İlahənin gözləri… İnci kimi şıltaq idi, şən idi, həyat dolu birisi idi. Elə buna görə də Həsən İlahəni çox sevirdi… İlahənin barmağındakı üzüyü – nişan üzüyünü görəndə tükləri biz-biz oldu. Niyə? İlahənin nişanlan-ması Həsəni niyə qırmışdı? Axı Həsən İlahənin sadə-cə dostu idi. Bəlkə də, bu sadəcə İlahə üçün belə idi. Həsən İlahəni sevirdi? Nə ara? Nə zaman sevdi?           Bu elə bir şey deyildi. Hansı ki, hər birimizin yaşadığı hiss idi bu. Sevgi idimi adı? Eşq idimi adı?  Məgər, birinə alışmaq, onsuz həyatını təsəvvür edə bilməməyin adı “sevgi” idi? Hər kəsin vardır elə “sevgi”si. Özünü onsuz təsəvvür edə bilmədiyi biri… Məgər, birinə alışmağın adı “sevgi” idi? Deyildi…
  Karaoke kafelərindən birinə gəlmişdilər. İlahə belə xahiş etmişdi ki, rezervasiyasız rahat kabinet əldə et-sinlər. Çünki nə danışacaqdılarsa, heç kəs bilməməli idi. Kabinetə daxil olub iki fincan çay istədilər; həmişəki kimi Həsən açıq, İlahə isə tünd.  Çayları gözləyən-də Həsən birdən söz açdı: “Nişanlanmısan?”. 
İlahə qaşlarını qaldıraraq “Hardan bildin?” deyə sor-uşdu. Həsən gözləri ilə İlahənin nişan üzüyü olan bar-mağını işarə edərək: “Üzük…” dedi. 
“Həə… Əhsən, cavan oğlan, diqqətcilsən” – İlahə zaraf-atyana dilləndi. Amma Həsənin üzündə sevinc qığılcımları yox idi, əksinə bədbin idi. Kədərli görünürdü siması. İlahə əlavə etdi: “Çox sağ ol! Sənə də qismət!”. “Nə?” – Həsən qaşlarını çataraq soruşdu. “Deyirəm, adam bir təbrik edər” – İlahə nə qədər ciddi birisi olsa da, özünə yaxın hiss elədikləriylə bir araya gələndə ciddiyyətindən əsər-əlamət qalmırdı.

SON ZƏNG Where stories live. Discover now