III FӘSİL

122 4 0
                                    

Uinston yuxuda anasını görürdü.
Yadında qalan - on, ya on bir yaşında anasının yoxa çıxması idi. Anası saman rəngli saçları olan
ucaboylu, gözəl, şahanə qadındı. Az danışırdı, hərəkətlərində də astagəl idi. Atası yadında daha dumanlı
qalmışdı: arıq, qarasaçlı idi, həmişə səliqəli kostyum geyir (ayaqqabılarının altlığının çox nazik olması
xatirindən silinməmişdi), eynək taxırdı. Deyəsən, ikisi də 50-ci illərin əvvəllərindəki ilk böyük
təmizləmələrdən birinin qurbanı olmuşdular.
Yuxuda anasını özündən qat-qat aşağıda, haradasa, dərin bir yerdə oturan vəziyyətdə görmüşdü.
Balaca bacısı da qucağında idi. Bacısını heç xatırlamırdı. Qızcığaz yadında, sadəcə, iri gözləri ilə
adama daim matdım-matdım baxan sakit, dilsiz-ağızsız körpə kimi qalmışdı. İkisi də aşağıdan-yuxarı
onu diqqətlə süzürdülər. İkisi də yerin altında-ya quyuda - ya da çox dərin qəbirin içərisində idilər.
Getdikcə daha aşağı enir, uzaqlaşırdılar. Bəlkə də, dənizin dərinliyinə batan gəmidən, suyun tutqun
layları arxasından Uinstona baxırdılar. Salonda hələ hava vardı. Onlar Uinstonu, Uinston da onları
görürdü. Lakin gəmi get-gedə artan sürətlə yaşılımtıl suyun dərinliklərinə dalırdı. Bir neçə saniyə də keçəndən sonra həmişəlik gözdən itəcəkdilər. O, burada işıqda, havada dayanıb. Anası ilə bacısını isə


girdab udur. Məhz Uinstonun yuxarıda qalması üçün onlar orada - aşağıda, ölümün ağuşunda idilər.


Bunu Uinston da, anası ilə bacısı da başa düşürdülər. Hər şeyə anlayışla yanaşdıqları sifətlərindən də


aydın görünürdü. Üzlərində heç bir narazılıq, yaxud tənə ifadəsi yox idi. Ürəkləri də bu hisslərdən xali


idi. Uinstonun sağ qalması üçün ölməli olduqlarından, deyəsən, o qədər də üzülmürdülər. Çünki bu,


gerçəkliyin qaçılmaz qanunlarından biri idi.


Uinston hadisələrin axarını indi heç cür xatırlaya bilmirdi. Amma yuxusunda da əyan olduğu


kimi anası ilə bacısının onun yaşaması naminə həyatlarını qurban verdiklərini anlayırdı. Gözləri


önündə cərəyan edən təkcə səciyyəvi yuxu səhnələri deyildi, həm də insanın əqli həyatının davamı idi;


yuxuda həyatın elə anları, yaddaşa hopmuş elə təəssüratlar canlanırdı ki, oyanandan sonra da onlar sənə


yeni və qiymətli görünürdülər. İndi Uinstonu birdən-birə sarsıdan anasının, təxminən, otuz il əvvəlki


ölümü idi. Bu ölüm anlaşılması imkan xaricində olan kədərli və faciəli hadisə idi. Anladığı qədər


faciə keçmiş dövrün özü ilə, hələ şəxsi həyatın, məhəbbət və dostluğun mövcud olduğu, ailə üzvlərinin


səbəbini izah etməyə ehtiyac duymadan bir-birilərinin arxasında dayandıqları zamanın həmişəlik


itirilməsi ilə bağlı idi. Anasının xatirəsini ürəyində tikan kimi yaşadırdı. Anası onu sevərək dünyadan


köçmüşdü. Uinston hələ çox kiçik və xudbin olduğundan onun sevgisinə övlad məhəbbəti ilə qarşılıq


verə bilməmişdi. Anası son dərəcə şəxsi, sarsılmaz hisslərə sədaqətinə görə indi Uinstonun xatırlaya


bilmədiyi hansısa yolla özünü qurban verməyi yaşamaqdan üstün tutmuşdu. Başa düşürdü ki, belə


şeylər indi əsla təkrarlana bilməz. İndi qorxu, nifrət, ağrı var, lakin hisslərdəki ləyaqət yoxdur, dərin,

Corc Oruell 1984Место, где живут истории. Откройте их для себя