II HİSSӘ. IV FӘSİL

38 1 0
                                    

Uinston mister Çarrinqtonun dükanının üstündəki balaca, köhnə otağa bir də göz gəzdirdi.


Pəncərənin önündə nəhəng çarpayı vardı. Üstünə sırıqlı adyal çəkilmiş, yastıq yerinə üzsüz mütəkkə


qoyulmuşdu. Buxarının yuxarı tərəfindəki on iki sferblatlı qədim saatın çıqqıltısı eşidilirdi. Şüşə press-


papye küncdəki açılıb-yığılan masanı bəzəyirdi. İlk dəfə gələndə otağın yarımqaranlığında onun xəfif


parıltısı diqqətini çəkmişdi.


Buxarının yanına yağa bulaşmış kerosin pilətəsi, qazanca və iki fincan qoyulmuşdu. Hamısını


mister Çarrinqton vermişdi. Uinston pilətəni yandırdı, qazançanı su ilə doldurub qaynamaq üçün odun


üstünə qoydu. Özü ilə bütöv bir qutu "Qələbə" qəhvəsi və saxarin həbləri gətirmişdi. Saat 17.20-ni


göstərirdi. Əslində, 19.30 olmalı idi. Culiyanın gəlməyinə az qalırdı.


-Ağılsızlıqdır! Ağılsızlıqdır! - Ürəyi ona belə deyirdi. - Şüursuz, mənasız, intihara aparan


axmaqlıqdır! Partiya üzvünün törətdiyi cinayətlərdən ən çətin ört-basdır ediləni Culiya ilə başladıqları


macəradır.


Bu fikir şüşə press-papyenin açılıb-yığılan masanın hamar səthindəki əksini gördüyü anda


beyninə girmişdi. Hər şey düşündüyü kimi oldu. Mister Çarrinqton otağı kirayə verməyə tərəddüdsüz


razılığını bildirdi. Buradan əlavə bir neçə dollar qazanacağına sevindiyini gizlətmirdi. Uinston otağı bir


qadınla görüşmək üçün kirayələdiyini deyəndə isə mister Çarrinqton nə heyrətləndi, nə də özünü təhqir


olunmuş saydı. Əksinə, düz qabağa baxaraq söhbəti ümumi mövzuların üzərinə keçirdi. Həm də bunu


elə məharətlə etdi ki, sanki, özü də bir anlığa gözəgörünməz oldu. Dedi ki, şəxsi həyat son dərəcə


qiymətli şeydir. Hamı nə vaxtsa tamam tək qala biləcəyi bir yerin olmasını istəyir. Əgər belə yer


tapılırsa, bundan xəbər tutanlar, ən azı, elementar davranış qaydalarına görə gərək heç yerdə heç nə


danışmasınlar. Sonra isə sırf şəxsi məzmunlu məsələyə hər hansı müdaxiləsini əvvəlcədən istisna edən


tərzdə bildirdi ki, mənzilin iki girişi var. Biri arxa həyətdəndir, ikincisi isə küçəyə açılır.


Pəncərənin altında kimsə oxuyurdu. Uinston gözə görünməməyə çalışaraq cuna pərdənin


arxasından çölə baxdı. İyun günəşi hələ səmanın uca nöqtəsində idi. Gün işığına qərq olmuş həyətdə


isə belinə önlük bağlamış, bürüncü rəngli, əzələli qolları Normandiya sütunlarına bənzəyən nəhəng bir


qadın paltar ləyəni ilə zivə arasında gedib-gəlir, ağ, dördkünc parçaları ipdən asırdı. Uinston onların


uşaq əsgisi olduğunu dərhal anladı. Qadın ağzında tutduğu axırıncı sancaqla zivədəki son əsgini bərkidəndən sonra güclü kontralto səslə oxumağa başladı:

Corc Oruell 1984Donde viven las historias. Descúbrelo ahora