VI FӘSİL

63 0 0
                                    

Uinston yenə gündəliyini yazırdı:


Bu, üç il əvvəl olmuşdu. Axşamın qaranlıq vaxtı, böyük vağzal binasının yan tərəfindəki dar


küçədə. Qadın ətrafa güclə işıq salan küçə fənərinin altında, binanın girişində dayanmışdı. Sifətdən


gənc görünürdü, amma üzünə xeyli boya çəkmişdi. Sifətinin maskaya bənzəyən ağlığı, bu fondakı al-


qırmızı dodaqları diqqətimi cəlb etdi. Partiya üzvü olan qadınlar heç vaxt üzlərinə ənlik-kirşan


sürtmürlər. Küçədə kimsə gözə dəymirdi. Teleekran yox idi. Yaxınlaşdım. O, asta səslə: "İki dollar", -


dedi. Mən...


Bir an hadisənin davamını yazmaq Uinstona çox çətin gəldi. İndi də təsəvvüründə aydın


canlandırdığı səhnəni özündən uzaqlaşdırmaq üçün gözlərini yumdu, barmaqlarını göz qapaqlarının


üstünə qoydu. Ürəyindən var səsi ilə uzun və yağlı bir söyüş söymək istəyi keçdi. O da mümkün


olmasa, başını divara vupmaq, stulu təpikləyib aşırmaq, mürəkkəbqabını pəncərəyə çırpmaq istəyirdi.


Səs-küyün, dəliliyin, ağrının köməyi ilə ürəyini parçalayan xatirələri içindən qovmağa çalışırdı.


" - Sənin ən qəddar düşmənin öz əsəb sistemindir!" - deyə düşünməyə başladı. İstənilən an


daxili gərginliyin zahiri görkəmində üzə çıxa bilər. Bir neçə həftə əvvəl küçədə yanından ötüb-keçdiyi


sadə görünüşlü adamı xatırladı. Partiya üzvü idi. Otuz beş-qırx yaşlarında olardı. Arıq, uzun kişi idi,


əlində portfeli vardı. Bir-birilərinin üç-dörd addımlığına çatanda qəflətən kişinin sifətinin sol tərəfinin


səyridiyini gördü. Bərabərləşəndə eyni hərəkət bir də təkrarlandı. Fotoaparat düyməsinin şaqqıltısını


xatırladan çox qısa, ani səyrimə idi. Bəlkə də, anadangəlmə vərdişdi. Uinston o zaman fikirləşmişdi ki,


bu yazığın kitabı hər an bağlana bilər. Adam özü, bəlkə də, sifətində gəzdirdiyi təhlükədən xəbərsiz idi.


İnsanı ələ verə bilən ən böyük risk isə yuxuda danışmaq idi. Nə qədər fikirləşsə də, bundan qorunmağın


yolunu görmürdü.


Uinston nəfəsini dərib yazını davam etdirdi.


...küçə qapısından keçib dalınca getdim. Həyətin arxa tərəfindəki yarımzirzəmi mətbəxə girdik.


Divarın dibində çarpayı qoyulmuşdu. Masanın üstündə fitili aşağı salınmış lampa vardı. Qadın...


Dişləri əsəbiliklə bir-birinə dəyirdi. Tüpürmək istəyirdi. Yarımzirzəmi mətbəxdəki qadınla eyni


anda arvadı Ketrin də gözləri önünə gəldi. Uinston bir vaxtlar evli idi. Daha doğrusu, evli olmuşdu.


Yəqin indi də evli sayılır. Bildiyi qədər arvadı hələ sağdır. Sanki, təzədən yarımzirzəmi mətbəxin çirkli paltar, taxtabiti və ucuz ətir iyinin bir-birinə qarışdığı qoxusunu sinəsinə çəkdi. Bu qoxu həm


ürəkbulandırıcı, həm də şirnikləndirici idi. Çünki Partiya üzvü olan qadınlar bəzənmirdilər, ətir


vurmurdular. Ətirdən yalnız prollar istifadə edirdilər. Ətir iyi Uinstonun təxəyyülündə həmişə zina

Corc Oruell 1984Onde histórias criam vida. Descubra agora