II HİSSӘ. V FӘSİL

46 1 0
                                    

Saym yoxa çıxmışdı. İş günü başlansa da, heç yerdə gözə dəymirdi. Bəzi ağılsız adamlar onun


gecikməsinin səbəbləri ilə bağlı mübahisə açmışdılar. Ertəsi gün onu yada salan yox idi. Hadisənin


üçüncü günü Uinston elanlar lövhəsinə baxmaq üçün Sənədləşdirmə Departamentinin vestibülünə


qalxmışdı. Orada tərkibinə Saymın da daxil olduğu Şahmat Komissiyası üzvlərinin siyahısı asılmışdı.


İlk baxışdan, sanki, heç bir şey dəyişilməmişdi. Lakin siyahıda bir soyad çatışmırdı. Başqa izahata


ehtiyac yox idi. Saym daha mövcud deyildi. Heç vaxt mövcud olmamışdı.


Havalar get-gedə istiləşirdi. Nazirliyin pəncərəsiz labirintlərində, kondinsioner işləyən otaqlarda


hələ temperatur normal idi. Küçədə isə səkilərdən od qalxırdı. Hamının işdən çıxdığı saatlarda


metroda üfunət iyindən nəfəs almaq olmurdu. Nifrət Həftəsinə hazırlıq tam gücü ilə davam edirdi.


Bütün Nazirliklərin əməkdaşları işdən sonra da yerlərində qalırdılar. Yürüşlər, mitinqlər, hərbi paradlar,


mühazirələr, mum fiqurların sərgisi, telefilmlərin nümayişi, teleekran proqramlarının hazırlanması -


bunların hamısını hazırlayıb çatdırmaq lazım idi. Tribunaların qurulması, portretlərin çəkilməsi,


şüarların dəqiqləşdirilməsi, mahnıların yazılması, şayiələrin yayılması, fotoşəkillərin saxtalaşdırılması


- hamısı vaxt və qüvvə tələb edirdi. Ədəbiyyat Departamentində Culiyanın işlədiyi şöbə roman istehsalını müvəqqəti dayandırmışdı. Onlara düşmənin vəhşilikləri haqqında silsilə broşüralar tərtib


etmək tapşırılmışdı. Uinston daimi işindən əlavə, günün çoxunu saatlarla "Tayms"ın köhnə saylarını


vərəqləməyə, mühazirələrdə sitat gətiriləcək məlumatları dəyişdirməyə, dil və üsluba daha təntənəli


ahəng verməyə sərf edirdi. Axşamın gec saatlarında beyinləri qızmış prollar küçələrə töküləndə isə,


demək olar ki, şəhərin altı üstünə çevrilirdi. Əvvəlki vaxtlarla müqayisədə indi Londona mərmilər


daha tez-tez düşürdü. Bəzən uzaq məsafədən dəhşətli partlayış səsləri eşidilirdi. Heç kəs partlayışların


səbəbini izah etmirdi. Qorxunc şayiələr baş alıb gedirdi.


Nifrət Həftəsinin əsas musiqi bəzəyi sayılan Nifrət Şərqisi artıq hazır idi. Onu arasıkəsilmədən


teleekranla verirdilər. İt mırıltısını xatırladan vəhşi ritm üzərində köklənmiş mahnı musiqidən daha


çox çubuqların zərblə təbilə vurulması təsiri bağışlayırdı. Yüzlərlə boğazın qışqırdığı, gücü gəldikcə


asfalta çırpılan yüzlərlə ayağın müşayiət etdiyi ifa dəhşətli ab-hava yaradırdı. Nifrət Şərqisi prolların


xoşuna gəlmişdi. Küçələrdə gecəyarısına qədər hələ də dəbdə olan "Artıq çoxdan yoxdur o xoş arzular"


mahnısı ilə rəqabət aparırdı. Parsonsun uşaqları gecə-gündüz demədən günün istənilən vaxtı daraq və

Corc Oruell 1984Where stories live. Discover now