V FӘSİL

84 0 0
                                    

Zirzəmi qatında yerləşən alçaqtavanlı yeməkxanada növbə çox yavaş irəliləyirdi. Zal adamla


dolu idi, səs-küydən qulaq tutulurdu. Arakəsmənin arxasındakı qazanlardan havaya qızardılmış ət


qoxusu əvəzinə paslanmış dəmir iyini xatırladan əcaib tam yayılırdı. Amma bu qatı tam da "Qələbə"


cininin hər tərəfi bürümüş şirintəhər boğucu qoxusuna üstün gələ bilmirdi. Otağın uzaq küncündə bar,


əslində isə divarda açılmış böyük oyuq vardı. Oradan qədəhi on sentə cin almaq olurdu.


- Nəhayət ki, axtardığım adamı tapdım! - Uinstonun arxasında səs eşidildi.


O, geriyə çevrildi. Qarşısındakı Araşdırmalar Departamentindən olan dostu Saym idi. Əslində,


"dost" sözü burada o qədər də yerinə düşmürdü. İndi heç kəsin dostu yox idi, yalnız yoldaşı vardı.


Amma bəzi yoldaşlarla ünsiyyət digərləri ilə müqayisədə daha çox ürəyə yatırdı. Saym filoloq idi,


Yenidil üzrə mütəxəssis kimi tanınırdı. Yenidil Lüğətinin On Birinci nəşrini hazırlayan nəhəng


ekspertlər qrupunda çalışırdı. Arıq, qarasaçlı, balacaboy adamdı. Boyca hətta Uinstondan da balaca idi.


Söhbət etdiyi adamı diri-diri yeyən şişkin gözlərinin kədərli və gülməli ifadəsi olurdu.


- Soruşmaq istəyirdim ki, bəlkə, təsadüfən sizdə artıq ülgüc olar...


- Yoxumdur, - Uinston günahkar görkəmlə tələsik cavab verdi. - Mən də hər yeri axtarmışam.


Tapmaq mümkün deyil.


İndi kişilərin hamısı üz qırxmağa bir şey axtarırıdı. Əslində, Uinstonun ehtiyatda iki təzə


ülgücü vardı. Ülgüclər neçə ay idi ki, yoxa çıxmışdı. Hər ay Partiya mağazalarında gah bu, gah da digər


çoxişlənən mal qəhətə çəkilirdi. Gah düymə tapılmırdı, gah diş pastası, gah ayaqqabı bağı. İndi də


ülgüc yoxa çıxmışdı. Onu min xahiş-minnətlə, həm də yalnız əl altdan "sərbəst" bazarda tapmaq


olurdu.


- Özüm də altı həftədir üzümü eyni ülgüclə qaşıyıram, - deyə Uinston yalan danışdı.


Növbə bir az irəlilədi. Hərəkət dayananda yenə Sayma tərəf çevrildi. Hərəsi masanın küncünə


qalaqlanmış yağlı metal podnoslardan birini götürdü.


- Dünən əsirlərin edamına baxmağa getmişdiniz? - Saym soruşdu.


- İşim çox idi, - deyə Uinston cavab verdi. - Yəqin, kinoda baxaram. - Gör nəyi nəylə əvəz eləyirsiniz! - Saym təəccübünü bildirdi.


İstehza ilə qıyılan gözlər Uinstonun sifətində dolaşırdı. Baxışları, sanki, "Sizi yaxşı tanıyırıq! -


deyirdi. - Üzünüzə baxan kimi əsirlərin edamına niyə getmədiyinizi bilirəm". Saym ağıllı, həm də çox


acıdil mühafizəkar kimi tanınırdı. O, helikopterlərin düşmən kəndlərinə hücumu, fikir cinayətkarlarının


məhkəmə prosesləri və hər şeyi boyunlarına almaları, Sevgi Nazirliyinin zirzəmilərində yerinə yetirilən

Corc Oruell 1984Onde histórias criam vida. Descubra agora