VI FӘSİL

73 0 0
                                    

"Şabalıd kölgəsində" kafesi, demək olar ki, boş idi. Günəşin şüaları pəncərədən süzülüb üstünü


toz basmış masaları işıqlandırırdı. Saat on beş idi. Bu vaxtlar sakitlik olurdu. Teleekrandan gurultulu


musiqi sədaları gəlirdi.


Uinston gözünü qarşısındakı qədəhə zilləyib küncdə, həmişəki yerində oturmuşdu. Arabir başını


qaldırıb qarşı tərəfdəki divardan onu müşahidə edən nəhəng sifətə baxırdı. Şəklin altında "BÖYÜK


QARDAŞ SƏNƏ BAXIR" yazılmışdı. Ofisiant çağırılmasını gözləmədən masaya yaxınlaşdı, qədəhi


"Qələbə" cini ilə doldurdu. Ağzına borucuq keçirilmiş o biri şüşədən də bir neçə damcı əlavə etdi. Bu


mixək tozu ilə hazırlanmış saxarin məhlulu idi. "Şabalıd kölgəsində" kafesinin brendi hesab olunurdu.


Uinston teleekrana qulaq asırdı. Hələlik bir musiqi parçası o birisini əvəz edirdi. Lakin hər


dəqiqə Sülh Nazirliyinin xüsusi bülletenini oxuya bilərdilər. Afrika cəbhəsindən çox həyəcanlandırıcı


xəbərlər gəlirdi. Uinston səhərdən bəri narahatçılıq içində idi. Avrasiya orduları (Okeaniya Avrasiya ilə


müharibə edirdi. Okeaniya həmişə Avrasiya ilə müharibə etmişdi) qorxunc sürətlə cənuba doğru


irəliləyirdi. Günorta məlumatında müəyyən yer adı çəkilməmişdi. Lakin döyüşlər, çox ehtimal ki,


Konqo çayının mənsəbində gedirdi. Brazzavil və Leopoldvilin başı üzərini təhlükə almışdı. Bunun nə


demək olduğunu xəritəsiz də başa düşmək çətin deyildi. Söhbət yalnız Mərkəzi Afrikanın


itirilməsindən getmirdi. Bütün müharibə müddətində ilk dəfə Okeaniya ərazisi birbaşa təhdidlərə məruz


qalırdı.


Qətiyyən, qorxu deyil, sadəcə, coşqunluq hissi, haradan qaynaqlandığı bilinməyən həyəcan bir


anlığa Uinstonu bürüdü, sonra isə keçib-getdi. Daha müharibə haqqında fikirləşmirdi. Son günlər hər


hansı məsələ üzərində fikrini bir neçə saniyədən artıq cəmləyə bilmirdi. Qədəhi götürüb birnəfəsə son


damlasına qədər içdi. Həmişəki kimi, nəfəsi bir az tıncıxdı, astadan gəyirdi. Cin çox murdar içki idi.


Əslində, mixəklə saxarinin qəribə qarışığı da onun yağlovça iyini aradan qaldıra bilmirdi. Ən pisi isə


Uinstonun gecə-gündüz ayrılmadığı yol yoldaşına çevrilən cinin qoxusunun fikrində başqa bir qoxu ilə


qarışması idi. Onların qoxusu ilə...


Uinston heç vaxt, hətta fikirlərində də onların adını çəkmirdi. Bacardığı qədər onları gözləri


önünə gətirməməyə çalışırdı. Onlar dərk olunmaqdan daha çox ara-sıra, sadəcə, gözünün önündən


keçən və daim də möhkəm cin iyi verən ehtimali varlıqlardan başqa bir şey deyildilər. Cin mədəsini


qarışdırdığından qırmızı dodaqlarını irəli uzadıb bir də gəyirdi. Həbsdən çıxandan sonra kökəlmişdi.

Corc Oruell 1984Onde histórias criam vida. Descubra agora