II HİSSӘ. VIII FӘSİL

45 0 0
                                    

Uinstonla Culiya istədiklərinə nail oldular. Nəhayət ki, nail oldular!


Uzunsov, zəif işıqlandırılmış otaqda dayanmışdılar. Teleekranın səsi güclə eşidiləcək qədər


alınmışdı.Tünd-mavi rəngli xalçanın yumşaqlığı adamda məxmər üstündə gəzdiyi təəssüratını


yaradırdı. Otağın uzaq küncündəki yaşıl abajurlu lampanın işıqlandırdığı geniş masanın arxasında


O'Brayen oturmuşdu. Hər iki tərəfində sənədlər qalaqlanmışdı. Başı işə həddindən artıq qarışdığından


hətta xidmətçi Uinstonla Culiyanı göstərəndə də çevrilib onlara tərəf baxmadı.


Uinstonun ürəyi elə şiddətlə döyünürdü ki , ağzını açıb nə isə bir söz deyə


bilməyəcəyindən qorxurdu. Onlar bu işi bacardılar. Nəhayət, uzun müddətdən bəri


üzərində fikirləşdiyi plan həyata keçdi. Əlbəttə, bura gəlməklə yelbeyinlik etmişdi. Culiyanı özü ilə


gətirməsinin isə ağılsızlıqdan başqa adı yoxdur. Doğrudur, ayrı-ayrı yollarla gəlmiş, yalnız O'Brayen


yaşayan binanın qapısı önündə görüşmüşdülər. Yolboyu hər an təhlükə ilə üzləşəcəklərini


düşündüklərindən əsəbləri yay kimi tarıma çəkilmişdi. Kənar şəxsin Daxili Partiya üzvünün mənzilinə


dəvət olunması çox nadir hallarda baş verən hadisə idi. Mənzilin içi nədir, hətta yerləşdiyi məhəllədə


görünmək də ciddi risklərlə bağlıydı. Tərtəmiz, işıqlı bloklar, hər tərəfdə gözəçarpan zənginlik və


cah-calal, ləziz yeməklərin, ətirli tütünün burunlarının öyrəşmədiyi xoş qoxusu, səs salmadan sürətlə


enib-qalxan liftlər, oyan-buyana şütüyən ağfraklı xidmətçilər - gördüklərinin hamısı insana qorxu


təlqin edirdi. Bura gəlmək üçün əlində əsas olsa da, Unston hər addımbaşı haradansa qara uniformalı


təhlükəsizlik xidməti əməkdaşının çıxacağını, ondan sənəd tələb edəcəyini, sonra isə dərhal binanın


həndəvərindən uzaqlaşdıracağını gözləyirdi. Amma O'Brayenin xidmətçisi heç bir söz demədən


ikisini də içəri buraxdı. O, balacaboylu, tünd-qara saçlı adam idi. Digər xidmətçilər kimi ağ frak


geymişdi. Dördkünc çənəsi, ifadəsiz üzü çinli olduğunu düşünməyə əsas verirdi. Xidmətçinin ardınca


getdikləri dəhlizə xovlu xalçalar salınmışdı, divarlara qəhvə rəngində kağız çəkilmiş, tavan ağappaq


panellərdən yığılmışdı. Binanın vestibülü kimi içərisi də adama qorxu təlqin edirdi. Uinston nə


zamansa divarları insan bədənlərinin sürtünməsindən çirklənməmiş dəhliz gördüyünü yadına sala


bilmirdi.


O'Brayen barmaqlarının arasında kağız tutmuşdu. Onu necə diqqətlə gözdən keçirdiyi aydın


sezilirdi. Ətli sifəti yana tərəf çevrilmişdi. Yalnız burnunun iri, nədənsə ziyalı adam təəssüratı verən


profili görünürdü. Bəlkə də, iyirmi saniyə beləcə qımıldanmadan oturdu. Sonra nitqyazarı özünə tərəf

Corc Oruell 1984Onde histórias criam vida. Descubra agora