İKİNCİ HİSSӘ. I FӘSİL

64 0 0
                                    

Günortaya az qalırdı. Uinston ayaqyoluna getmək üçün kabinəsindən çıxdı.


Gur işıqlandırılmış uzun koridorun o biri başından bir nəfər ona tərəf gəlirdi. Qarasaçlı qız idi.


Xırdavat dükanının yaxınlığında rastlaşdıqları axşamdan dörd gün keçmişdi. Yaxınlaşanda qızın sağ


əlinin sarıqlı olduğunu gördü. Sarıqla kombinezon eyni rəngə çaldığından uzaqdan ayırd etmək


mümkün deyildi. Yəqin, roman süjetlərinin "qaralamasını" hazırlayan kaleydoskopun çarxını


fırladarkən qolunu zədələmişdi. Ədəbiyyat Departamentində belə zədələnmə halları tez-tez baş verirdi.


Aralarında, təxminən, üç-dörd metrlik məsafə qalanda qızın ayağı nəyəsə ilişdi, müvazinətini


itirib üzü üstə döşəməyə sərildi. Özünü saxlaya bilməyib ağrıdan qışqırdı. Deyəsən, zədəli qolunun


üstünə yıxılmışdı. Uinston dərhal ayaq saxladı. Qız birtəhər qalxıb dizi üstə oturdu. Sifəti sarımtıl-süd


rəngində idi, dodaqları isə həmişəki kimi qırmızıya çalırdı. Gözlərini Uinstona zilləmişdi. Yəqin ki,


ağrıdan çox qorxu hissinin təsiri ilə ondan kömək umurdu.


Uinstonun ürəyinə qəribə hisslər hakim kəsilmişdi. Qarşısındakı - həyatına qəsd etmək istəyən


düşmən idi. Eyni zamanda ağrıdan əzab çəkən, bəlkə də, əl, yaxud ayaq sümüklərindən biri sınan insan


idi. Qızın sarıqlı qolunun üstə yıxıldığını görəndə Uinston onun yaşadığı iztirabı, sanki, öz bədənində


hiss etmişdi.


-Əzilmisiniz? - deyə qızdan soruşdu.


-Elə bir şey deyil. Sadəcə, qolum... Bir saniyəyə keçib-gedər.


Qız elə danışırdı ki, sanki, ürəyi bu dəqiqə sinəsindən çıxacaq. Rəngi get-gedə daha da ağarırdı.


-Bir yeriniz zədələnməyib ki?


-Yox, yox. Hər şey qaydasındadır. Yalnız bir az ağrı hiss etdim. O da keçib-getdi. Qız salamat qolunu uzatdı. Uinston ayağa qalxmasına kömək etdi. Rəngi bir az üstünə gəlmişdi.


Bayaqkından xeyli yaxşı görünürdü.


-Hər şey qaydasındadır, - qız eyni sözləri təkrar etdi. - Sadəcə, biləyim bir az sərpdi. Sağ olun,


yoldaş!


Qız bu sözləri deyib gəldiyi istiqamətdə yoluna davam etdi. Cəld, inamlı addımlarından,


həqiqətən də, ciddi bir şey baş vermədiyi sezilirdi. Bütün hadisə, yəqin ki, yarım dəqiqədən çox


çəkməmişdi. Hissləri heç vəchlə sifətdə büruzə verməmək artıq instinktə çevrilmiş, vərdiş halını


almışdı. Həm də qız yıxılan zaman ikisi də teleekranın görmə bucağı altında olmuşdular. Amma arada


elə bir hadisə baş vermişdi ki, Uinston teleekranı aldadaraq heyrət hissini çox böyük çətinliklə gizlədə


bilmişdi. Qolundan yapışıb ayağa qalxmağa kömək elədiyi iki-üç saniyə ərzində qız onun ovcuna nə isə


qoymağa imkan tapmışdı. Bunun düşünülmüş şəkildə edildiyinə şübhə ola bilməzdi. Ovcundakı kiçik

Corc Oruell 1984Where stories live. Discover now