II HİSSӘ. VII FӘSİL

27 0 0
                                    

Uinston yuxudan göz yaşları içərisində oyandı. Culiya yuxulu-yuxulu: "Nə olub?" - mənasında


başa düşüləcək anlaşılmaz sözlər mızıldadı.


-Yuxuda görürdüm ki... - deyə Uinston sözə başladı. Dərhal da dayandı. Gördüklərinin sözlə


ifadəsi çox çətin idi. Burada həm yuxunun özü vardı, həm də oyanandan sonra bir neçə saniyə


yaddaşına hakim kəsilən, röyanın davamına çevrilən xatirələr...


Arxası üstə uzanıb gözlərini yumdu. Hələ də gördüyü təfərrüatlarla zəngin, işıqlı yuxunun


təsirindən çıxa bilməmişdi. Yay axşamı yağan yağışdan sonra durulan, aydınlaşan təbiət kimi, bütün


həyatı gözlərinin önündən gəlib keçmişdi. Hər şey şüşə pres-papyenin içərisində baş verirdi. Şüşənin


səthi göy qübbəsini xatırladırdı. Qübbənin altında hər şey aydın, parlaq işığa bürünmüşdü. O işıqda


dünyanın ən gözişləməz üfüqlərini görmək olurdu. Yuxu anasının əlinin ani hərəkəti ilə bağlı idi. Hər


şey güclə sezilən o hərəkətdən başlanmışdı. Eyni hərəkəti bir müddət öncə təsadüfən baxdığı


kinoxronikada otuzillik fasilədən sonra qaçqın yəhudi qadın da təkrarlamışdı. Helikopterdən açılan


pulemyot atəşi oğlu ilə birlikdə özünü də parça-parça etməmişdən əvvəl yalın əliylə övladını qorumağa


çalışmışdı.
Bilirsən, - deyə Uinston sükutu pozdu, - bir dəqiqə bundan əvvələ qədər fikirləşirdim ki,


anamı mən öldürmüşəm.


-Niyə öldürmüsən? - Yuxudan hələ də tam ayılmayan Culiya soruşdu.


-Yox, aydındır ki, öldürməmişəm. Yəni fiziki mənada öldürməmişəm.


Yuxuda anasının son baxışını görmüşdü. Ayılandan sonra isə həmin günün bütün hadisələri


gözləri önündə canlanmışdı. Bilə-bilə bu xatirələri uzun illər yaxına buraxmaq istəməmişdi.


Hadisələrin dəqiq tarixini xatırlamaqda çətinlik çəkirdi. Lakin onlar baş verəndə, ən azı, on, bəlkə də,


on iki yaşı olduğuna əmin idi.


Atası daha əvvəl yoxa çıxmışdı. Yenə dəqiq vaxtını yadına sala bilmirdi. Atəş səsləri, dolanışıq


çətinlikləri yadında daha yaxşı qalmışdı. Hava hücumlarının yaratdığı vahimə, metro stansiyasında


sığınacaq tapmaları, hər tərəfdə dağ kimi qalaqlanmış kərpic qırıqları, bütün künc-bucağa yapışdırılmış


mənasını anlamadığı intibahnamələr, eynirəngli köynək geymiş gənclərin dava-dalaşları, çörək


dükanlarının qarşısındakı nəhəng növbələr, uzaqdan gələn arasıkəsilməz pulemyot atəşləri, ən başlıcası


isə, fikrini, düşüncəsini bir anlıq da olsun tərk etməyən aclıq duyğusu o illərin ən yaddaqalan xatirələri


idi. Günortalar həmyaşıdları ilə birlikdə tullantı qalaqlarının içərisində, zibil qutularında


eşələndirklərini, çürümüş kələm yarpağı, yaxud kartof qabığı, kif atmış çörək parçası axtardıqlarını


yaxşı xatırlayırdı. Çörəyin kifini qaşıyıb oradaca yeyirdilər. Müəyyən ara ilə gəlib keçən, heyvanlar

Corc Oruell 1984Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ