II HİSSӘ. II FӘSİL

46 0 0
                                    

Uinston kölgəli cığırla gedirdi. Budaqların bir-birinə çatılıb tağ əmələ gətirmədiyi yerlərdə arabir günün qızılı rəngə çalan parlaq işığına çıxırdı. Sol tərəfdə ağacların altı başdan-başa zəngçiçəyi


ilə örtülmüşdü. Hava, elə bil, insanın dərisini tumarlayırdı. Mayın ikinci günü idi. Meşənin


dərinliklərindən alabaxtaların monoton çığırtısı eşidilirdi.


Vaxtından bir az tez gəlmişdi. Yolda heç bir çətinliklə üzləşməmişdi. Görünür, qız belə


məsələlərdə o qədər təcrübəli idi ki, Uinston hətta normal vəziyyətdə də içini yeyən qorxunu o qədər də


hiss etməmişdi. Kifayət qədər təhlükəsiz yer seçildiyinə şübhə ola bilməzdi. Şəhər kənarında hər yerin


Londonla müqayisədə daha təhlükəsiz olduğunu düşünmək sadəlövhlük idi. Əlbəttə, burada teleekran


quraşdırılmamışdı. Lakin gizli mikrofon qorxusu həmişə vardı. Mikrofona səsi yazıb sonra sahibini


tapmaq olurdu. İkinci tərəfdən, diqqəti çəkmədən təkbaşına səyahətə çıxmaq da asan məsələ deyildi.


Doğrudur, yüz kilometrdən az məsafəyə gediş üçün pasportda müvafiq qeydiyyat aparılması tələb


olunmurdu. Lakin bəzən dəmiryol stansiyalarının yaxınlığında patrullar dolaşırdılar. Onlar rastlarına


çıxan bütün Partiya üzvlərinin sənədlərini yoxlayır, cəncəl suallar verirdilər. Bəxtindən patrula rast


gəlməmişdi. Stansiyadan çıxandan sonra bir neçə dəfə çevrilib ehtiyatla arxasına baxmış,


izlənmədiyinə tam əmin olmuşdu. Qatar təkcə elə xoş yaz havasına görə özlərini bəxtəvər sayan


bayram əhvali-ruhiyyəli prollarla dolu idi. Bütün yolu taxta oturacaqlı vaqonda gəlmişdi. Oturacaqların


hamısını dişləri tökülmüş ulu nənədən tutmuş biraylıq südəmər körpəyə qədər çoxsaylı prol ailəsi zəbt


etmişdi. Onlar bir günlüyə kəndə, "qudalarına" qonaq gedirdilər. Həm də əsla çəkinmədən Uinstona


dedikləri kimi, qara bazardan bir az yağ tapmaq ümidində idilər.


Cığır tədricən genişləndi. Uinston qızın təsvir elədiyi kolluqlar arasında mal-qaranın tapdaladığı


talaya çıxdı. Saatı yox idi, amma vaxtından tez gəldiyini hiss edirdi. Zəngçiçəyi elə sıx bitmişdi ki,


tapdalamamaq mümkün deyildi. Uinston dizi üstə çöküb çiçək dərməyə başladı. Həm vaxtı öldürmək


lazım idi, həm də qız gələndə sürpriz eləmək - gözləmədiyi halda ona çiçək dəstəsi vermək fikrinə


düşmüşdü. Az qala, bir qucaq zəngçiçəyi yığmışdı. Onları burnuna yaxınlaşdırıb başgicəlləndirici tünd


ətrini sinəsinə çəkmək istəyirdi ki, arxadan eşidilən səsdən bütün bədənini soyuq tər basdı. Kiminsə


ayağı altında qalıb sınan budağın şaqqıltısı eşidildi. Uinston heç nə olmamış kimi yenə gül dərməyə


davam etdi. Bu ən düzgün qərar idi. Arxadakı qız da ola bilərdi. Amma bəlkə, kimsə onu izləyib bura


qədər gətirmişdi? Ətrafa boylanırsansa, deməli, nə isə şübhəli işin var. Odur ki başını qaldırmadan

Corc Oruell 1984Where stories live. Discover now