II FӘSİL

45 0 0
                                    

Uinston açılıb-yığılan çarpayıya bənzər bir yerdə uzanmışdı. Çarpayı saydığı şey çox hündür


idi, həm də elə quraşdırılmışdı ki, əl-qolunu tərpətmək olmurdu. Kameradakından daha güclü görünən


işıq düz sifətinə vururdu. O'Brayen böyründə dayanmışdı. Diqqətlə yuxarıdan aşağı ona baxırdı. Qarşı


tərəfdə əlində şpris tutmuş ağxalatlı bir nəfər görünürdü.


Hətta gözlərini açandan sonra da Uinston harada olduğunu dərhal anlaya bilmədi. Onda elə


təəssürat vardı ki, bu otağa tamamilə fərqli dünyadan, çox-cox uzaqlarda yerləşən sualtı aləmdən üzə-


üzə gəlib. Həmin xəyali aləmdə də nə qədər qaldığının isə fərqində deyildi. Həbs edildiyi andan nə gün


işığı, nə də qaranlıq görmüşdü. Üstəlik, xatirələrində də qırıqlıq yaranmışdı. Bəzi hallarda şüuru, -


hətta yatmış vəziyyətdə olan şüur belə öz yerini boşluğa buraxaraq onu tamam tərk edirdi. Aradakı


boşluğun bir gün, bir həftə, yoxsa cəmisi bir neçə saniyə çəkdiyini isə heç cür bilmək olmurdu.


Dirsəyinə ilk zərbə endirilən gündən həyatı cəhənnəmə çevrilmişdi. Başına açılan oyunların


yalnız başlanğıc, bütün dustaqların keçdiyi ilkin istintaq hərəkətləri olduğunu sonradan anlamışdı.


Hamı ənənəvi siyahı üzrə təqdim edilən cinayətlərdə iştirakını boynuna almalı idi. Bura casusluq,


ziyankarlıq və digər oxşar cinayət əməlləri daxil idi. Etiraf tamamilə formal səciyyə daşıyırdı. Çünki


istənilən halda işgəncə verilirdi. Uinston neçə dəfə döyüldüyünü, hər döyülmə mərasiminin nə qədər


davam etdiyini yadına sala bilmirdi. Hər dəfə onunla beş, yaxud altı nəfər qara uniformalı nəzarətçi


məşğul olurdu. Bəzən yumruqla, bəzən dəyənəklə, bəzən dəmir çubuqla döyürdülər. Bəzən isə, sadəcə,


təpiklərinin altına salırdılar. Elə anlar olurdu ki, Uinston utanc hissini tamam itirərək döşəmədə uzanıb


heyvan kimi bağırır, ilan kimi qıvrılaraq bitib-tükənmək bilməyən təpik zərbələrindən yayınmağa


çalışırdı. Əvəzində isə, daha çox təpik yeyirdi. Ağına-bozuna baxmadan hara gəldi vururdular.


Qabırğasına, qarnına, dirsəklərinə, topuqlarına, qasığına, xayalarına, onurğa sütununa dəyən


təpiklərdən az qala ağlını itirmək dərəcəsinə gəlirdi. Bəzən proses o qədər uzun çəkirdi ki, Uinston onu


belə qəddar, amansız üsullarla döydüklərinə görə nəzarətçilərə deyil, bütün bu müddət ərzində huşunu


itirib bayılmadığına görə özünə əsəbiləşirdi. Bəzən əsəbləri elə tarıma çəkilirdi ki, hələ çırtma


toxunmamış qışqırıb-yalvarır, aman diləyirdi. Belə hallarda nəzarətçinin zərbə endirmək üçün


düyünlənən yumruğunu görməsi ağla gələn və gəlməyən bütün cinayətləri boynuna almasına kifayət


edirdi. Bəzən heç nəyi boynuna almayacağına qəti qərar verirdi. Belə hallarda Uinstondan hər sözü


kəlbətinlə çəkir, etiraflarını ağrının yaratdığı fəryadlar altında dinləyirdilər. Bəzən isə Uinston öz-özü

Corc Oruell 1984Tempat cerita menjadi hidup. Temukan sekarang