II fәsil. RӘDD OLSUN BÖYÜK QARDAŞ!

146 2 2
                                    

Yalnız əlini qapının dəstəyinə uzadanda masanın üstündəki gündəliyinin açıq qaldığını gördü.


Səhifə "RƏDD OLSUN BÖYÜK QARDAŞ!" - şüarı ilə dolu idi. Hərflər yetərincə iri və aydın


yazıldığından otağın o biri başından da oxunurdu. Ağlasığmaz səfehliyə yol vermişdi. Amma bunu nə


üçün elədiyinin fərqində idi. Hətta vahimə içərisində qapının döyüldüyünü eşitdiyi anlarda da yaş


mürəkkəbin yayılıb ağ vərəqləri korlamaması üçün qeyd kitabçasını örtmək istəməmişdi.


Sinə dolu nəfəs alıb qapını açdı. Dərhal da bədənindən xoş bir yüngüllük hissi keçdi. Dəhlizdə


qırışsifətli, seyrək və pırtlaşıq saçlı, bənizi qaçmış zavallı görkəmli qadın dayanmışdı.


- Bağışlayın, yoldaş, - qadın daha çox zingiltini xatırladan boğuq səslə danışmağa başladı, -


deməli, evə qayıtdığınızı düşünməklə səhv eləməmişəm. Zəhmət olmasa gəlib bizim mətbəxdə qab


yuyulan yerə baxa bilməzsiniz ki? Deyəsən, suyun yolu tutulub.


Qadın mərtəbə qonşusunun xanımı missis Parsons (Partiya "missis" sözünü o qədər də təqdir


etmirdi, bütün qadınlara "yoldaş" demək tələb olunurdu, amma yenə də bəzi qadınlara özün də


istəmədən "missis" deyirdin) idi. Təqribən, otuz yaşı olardı. Amma yaşından çox böyük görünürdü.


Yaxından baxanda adamda elə təəssürat yaranırdı ki, sifətindəki qırışların arası tozla doludur. Uinston


koridora çıxıb qadının ardınca getdi. Az qala, hər gün belə könüllü təmir işləri ilə məşğul olmaq lazım


gəlirdi. "Qələbə" binası köhnə tikililərdən idi. 1930-cu ildə, ya da təxminən, ona yaxın dövrdə inşa


edilmişdi. Artıq sökülüb-dağılırdı. Tez-tez tavandan və divarlardan suvaq parçaları qopub yerə


tökülürdü, bərk şaxta olan kimi borular partlayırdı, dam axıdırdı. Qar yağanda istilik sistemi qənaət


məqsədi ilə tamam söndürülməsə də yarıgücü ilə işləyirdi. Sakinlərin imkanı daxilində olmayan təmir


üçün çoxsaylı rəhbər komissiyaların sərəncamı tələb edilirdi. Onlar isə adicə bir pəncərə çərçivəsinin


dəyişdirilməsi ilə bağlı azı iki il yazışma aparırdılar.


- Əlbəttə, əgər Tom evdə olsaydı, - qadın ardınca gələ-gələ mızıldanırdı.


Parsonsların mənzili onunkundan böyük idi. Buradakı miskinlik isə bir başqa cür idi. Otaqdakı


əşyaların hamısı əzilib-didilmiş, tapdanmış vəziyyətdə idi. Sanki, hər şey az öncə ortalıqda meydan


sulayan böyük və qəzəbli heyvanın ağzından çıxmış, onun tapdağı altında qalmışdı. Döşəməyə idman


avadanlığı xokkey ağacları, boks əlcəkləri, boşalmş futbol topu, cırıq mayka, astarı üzünə çevrilmiş, tər


iyi verən bir cüt şort səpələnmişdi. Masanın üstündə çirkli qab-qacaqla birlikdə əzik-üzük dəftərlər


gözə dəyirdi. Divardan Gənclər İttifaqının və Kəşfiyyatçıların qırmızı bayraqları, Böyük Qardaşın iri

Corc Oruell 1984Donde viven las historias. Descúbrelo ahora