2-ci hissə "Odin süfrəsi"

257 45 18
                                    

Səhəri oyandı. Ucuz Vodka səhəri gün belə adamı narahat edir,ürəybulantı baş ağrısına qarışıb rahat buraxmırdı.Murad çarpayıdan qalxıb hamama girdi. Duş aldıqdan sonra yeməyi tez yeyib, əynini geyindi. Şənbə günü idi. Qulaqcıqları taxıb musiqi dinləyirdi ki, uşaqlıq dostları zəng etdilər. Şəhərdə görüşmək istədiklərini dedilər. Bu dostları ilə uşaqlıqdan tanış olmuşdular. Ayxanı hələ 3 yaşı varkən tanımışdır. Sonra isə Bayram və qardaşı Babəki. Birdə onların əmisioğlu Lətif vardı. Lətif rayonda yaşadığından onunla çox vaxt birlikdə olmazdılar. Amma artıq o Bakıda universitetə daxil olduğundan artıq buraya yerləşmişdi və görüşlərə daha çox qatılırdı. Bayram isə London da Bakalavr təhsili alırdı. Onlar haqqda hələ çox danışacam.
Bu gün Bayram tətilə görə Bakıya dönmüşdü. Zəng etdilər bəlkə də aylardır hamısı bu günü gözləyirdi. Onlar həftənin demək olar 5 günün birlikdə keçirərdilər. Amma Bayram Londona getdiyi vaxtdan bu görüşlər xeyli azalmışdı. Birlikdə ən sevdikləri məşğuliyyət isə yeyib-içib əylənmək idi. Həddindən artıq çox içirdilər. Onlar Muradın ən yaxın dostları idi, sanki ikinci bir ailəsi kimi. Bayramgil Başqa bir evə köçmüşdülər. Nərimanov Rayonu ərazisində yaşayırdılar. Ayxanla Murad Məhlədə görüşüb Tarqoviya yola düşdülər. Bayram və Babək artıq orada oturub səhər yeməyi yeyirdilər. Gəlib hamısı görüşdülər. Çox darıxmışdılar. Sonra isə Lətif gəldi. Hamısı birlikdə gedəcək bir yer axtarmağa başladılar. Mərkəzdən uzaqlaşıb ara məhəllərə daxil oldular. Qarşıda kənardan xoş görünən bir Pub olduğunu gördülər. Adı "Misantrophy" idi. Onlara həm görünüşü həm də adı maraqlı gəlmişdi. İçəri daxil oldular. Musiqi səslənirdi. Həzin bir şəkildə "La isla Bonita" mahnısı duyulurdu.Barın yaxınlığında əyləşdilər. İçkilərin sürətli gəlməsini və ofisantın daim onların masasını görə bilməsi onlar üçün önəmli idi.
Əyyaşlıqa o qədər meyilli idilər ki, bəlkə də öldükdən sonra Valhallaya getsəydilər Odinin süfrəsindəki bütün naz neməti yeyib bitirərdilər. Təbii ki, onları yalnız yemək və şərab cəlb etməzdi , Odinin süfrəsindəki Valkrielərdə onlara çox maraqlı gələrdi, gözəl bakirələr!
Masaya əyləşdilər menyuya göz gəzdirib həmişəki təamlardan sifariş vermək qərarına gəldilər. 5 Füje Pivə, quru ət və püstə. Ofisant xanım onlara yaxınlaşdı. Yaşıl gözlü,qəhvəyi uzun saçlı gözəl bir qız idi. Köynəyinin üst düymələri açıq idi və gözəl döşləri azda olsa görünürdü. Murad sanki sehrlənmişdi. Sifarişləri verdilər. Bayram və Ayxan durmadan danışır, Babək isə telefonu ilə oynayırdı. Lətif onları diqqətlə dinləyir Muradın isə fikri pivəni bitirməkdə idi. Durmadan içib ofisanta yeni sifarişlər vermək arzusunda idi. Qısa da olsa onunla ünsiyyətdə ola bilmək şansından istifadə etməyə çalışırdı. Artıq keflənmişdilər. Aralarında yalnız Bayramın avtomobili var idi. Ancaq içəcəyini bildiyindən avtomobilsiz gəlmişdi. Gecəyə də fərqli planları vardı. Bayramgilin Biləcəridəki evləri boş idi, heç kəs yaşamırdı. Axşam orada keçirmək fikirləri var idi. İçib doyduqdan sonra hesabı verdilər və həmin qıza da bəxşiş buraxdılar. Buradan çıxdıqdan sonra biraz gəzdilər gecə olmuşdu. Dostlar birlikdə bir gecə klubuna daxil oldular. Girişdə zırpı boyda biri onları yoxladı. İçəri daxil oldular hərəyə bir Füje pivə daha sifariş etdilər. İçəridə çox gurultulu musiqi səsi vardı. Bura qızların qarşısında meymun kimi oynayan oğlanlar və özünə müştəri axtaran fahişələrlə dolu idi. Biraz keçmişdiki artıq qızlar onlara yaxınlaşmağa başlayırdı. Murad bir iki qızla qiymət danışıb razılaşdı. Çıxışda 4 qızla birlikdə Biləcəridəki evə yollandılar. Lətif isə öz evinə getdi. Biləcəriyə çatarkən Bayram və Babək qızlarla evə getdi. Ayxan və Murad Restorandan hazır biraz yemək və içki almaq üçün mağazaya dəyib, evə gəldilər. Ev çox geniş idi. Çoxsaylı otaq vardı. Biraz içkidən sonra artıq hər kəs otaqlarına dağılışdı. Murad soyundu və çarpayıya uzandı. Onlar birlikdə olsalarda sevişmirdilər, bir-birlərini nə qucaqlayır, nə qoxlayır , nədə ki,öpürdülər. Boşaldıqdan sonra sakitcə uzanıb yatacaqdılar , yad insanlar kimi. Ancaq Murad işini bitirdikdən sonra belə  Misantrophydəki qızı düşünürdü. O qıza qarşı içində çox böyük ehtiras oyanmışdı. Bunu düşünərkən də yuxuya dalır. Səhər gözlərini açdıqda özü-özündən iyrənirdi bu vəziyyətə görə, lakin bu təlabatınıda digər ehtiyyacları kimi ödəməli olduğunu yaxşı bilirdi. Mətbəxə getdi dünən aldıqlarından biraz yeyib, acı bir qəhvə içdi. Qızların pulunu ödəyib yola saldılar. Və bu gün nə edəcəklərini planlaşdırmağa başladılar.

AişaHikayelerin yaşadığı yer. Şimdi keşfedin