Ayxan və Murad məhəllədə əyləşirlər. Azər nədənsə bu axşam ortalıqda yox idi. Murad cibindən Coe qutusunu çıxarıb Ayxana uzadır ikisidə bir siqaret götürüb yandırır.
(Murad) bəzən maraqlı kitab və hekəyələr oxuyuram. Hər şey gözəl ikən yazıçı sanki məyusluğa uğrayır və öz personajlarına yeni problemlər yaradır, bunu hiss edə bilirəm. Bizim daim xoşbəxt olmağımız onu sanki məyus edir, hər halda bu yazıçının sadistliyindən qaynaqlanır. Həyatda belədir, qurucu olan tanrı üzümüzü yalnız bəzən güldürür yeni problemlər yaradır.
(Ayxan) əgər taleyə inansaq belədir. Yazıçı yaxud tanrı sonu bildiyi halda oyun oynamağı sevir.
(Murad) nə etməli olduğumu bilmirəm.
(Ayxan) Seçimin hər nə olur olsun unutma sənin hekayənin əvvəlidə biz idik, sonuda biz olacağıq, biz hər daim yanında olub səni dəstəkləyəcəyik. Sənin hekayəndə dostların təbii ki, ikinci planda qalacaq baş qəhrəmanlar sən və Aişa olacaq.
(Murad) çox düzgün deyirsən ancaq mən həyatımın keçməkeçli olmasını istəmirəm, sonadək hər şey gözəl olsun və gözəl bitsin.
(Ayxan) sonumuzun nə olacağını biz bilmirik və buna da biz qərar vermirik. Lakin hazırki vəziyyəti düzəltmək sənin əlindədir. Özünə qarşı olan sevgini ikinci plana atıb Aişanı düşünməlisən. Sən hər şeyi öz istəklərinə uyğun olmasını istəyirsən amma düzgün sevgi bu deyil. Elə sevgilər vardır ki, sevdiyinin yaxşılığı üçün onu tərk etmək məcburiyyətində qalarsan, lakin bu vəziyyətdə belə onun üçün uyğun olanı etməlisən, özün üçün olanı deyil.
(Murad) soyuq oldu, qalxaq istəyirsən evə.
Onlar ikisidə ayrılıb evə girir. Murad çarpayıya uzanır. Aişada öz evində uzanıb Muradın bu gün etdiklərini düşünür.Romada olarkən ikisidə eyni olan bir cüt boyunbağı almışdılar, üzərində Xaç var idi. Bu simvolik xarakter daşıyırdı və onlar daim bunu üzərlərində gəzdirirdilər. İkisidə hal hazırda çarpayıya uzanmış boyunbaqlarını əlləri ilə tutub bir-birlərindən xəbərsiz bir-birini arzu edirdilər. Təbii ki, eyni hissləri yaşayan və həyatları birgə olan insanlar eyni xəyalları qururlar.Səhər Murad yenə tez durub dərsə gedir. Dərsdə ürəyi sıxılırdı, Mahirə zəng edib maraqlanan da Aişanın hələ gəlmədiyini öyrənir. İştahsız və yorğun idi. Aclıqdan başı dönürdü. Əli onun ac olduğunu anlayır, tənəffüsdə birlikdə universitetin yeməkxanasında plov və langet yeyirlər. Əli nə olduğunu soruşur, Murad isə sadəcə küsülü olduqlarını deyir və ətraflı danışmır. Bir neçə saat sonra kafeyə gedir. Aişa hələdi gəlməmişdi, artıq gəlməyəcəyini anlayırdı, hər halda biraz uzaqlaşmağı və yalnız qalmağı Aişaya yaxşı təsir edəcəkdi deyə düşünür. Özünü bir təhər cilovlayırdı, o Aişanın qoxusunu özləyirdi. Sonra Mahirlə birgə əyləşib südlü qəhvə içirlər.
Aişa səhər tez durmuşdu, evi təmizləyib biraz şəhərə çıxmışdı. Muradın onu axtarmaması lap əsəbləşdirirdi. Murad ilk dəfə idi ki, onu yalnız buraxırdı. Bəlkə də daha öncə heç mübahisə etmədikləri üçün idi. O Muradla daim xoşbəxt olmuşdular deyə Murad onun üçün yaxşı biri idi. Ancaq demək çətin zamanlarında onun yanında olmayacaqdı. Aişa özünü çox yalnız hiss edirdi, lakin daim yanında olacaq birinin varlığını bilirdi, Kamran!.
Kamrana zəng edir, görüşmək istədiyini dediyi anda Kamran onunla görüşə gəlir. Gələrkəndə ona şirin konfetlər gətirmişdi. Onlar bir kafedə əyləşib çay içirlər və şirin söhbətləri davam edirdi.
(Kamran) görüşlərimizin bu qədər sıx olması çox yaxşıdı, demək olar bütün ətrafım dəyişib, ancaq yeni insanların heç birini sənin qədər sevmirəm və sənin qədər heç birinə güvənmirəm. Neçə gündür kefin yoxdur, hər halda Muradla bağlıdı.
(Aişa) inanki Kamran səni necə çox sevirəm. Heç kim səni məndən uzaqlaşdırmağına icazə vermərəm. Murad axmaqca davranır, qısqanclığı aramızı soyudur.
(Kamran) Hə oğlanların yaralı yeridir. Gör nə deyirəm o keçmişlə bağlı nə isə bilir?
(Aişa) hə əlbəttə məni bilirsən hər kəsə qarşı dürüstəm.
(Kamran) eh buna görədirdə. Mən onu yaxşı başa düşürəm, hər halda sənə mənimlə əlaqəni kəsməyi söyləyib. Əgər elə bir şey istəyirsənsə hər zaman olduğu kimi səni dəstəkləyər və düzgün qarşılayaram.
(Aişa) yox axı biz ikimizdə bilirik ki, bütün bunlar keçmişdə qalıb və mən səni bir daha itirməyəcəm sən dost kimi daha dəyərlisən mənim üçün.
Aişa və Kamran bir-birlərini çox gözəl başa düşürdülər, ən azından Muradla olan münasibətdən çox irəlidə idilər.
ŞİMDİ OKUDUĞUN
Aişa
RomanceSevginin yaşanmışlığı olan bir dramın hekayəsi. Bunlar bəlkə də Scarın qarşılaşdıqlarının dəyişilmiş formasıdır. Hekayədə şiddət,cinsəllik və söyüşlərdən geniş istifadə olunub (16+) Murad qəm pəncərəsindən ətrafı izləyərkən Aişanı görür. Dostluq və...