Aişa və Kamran çaylarını bitirib, şəhərdə gəzməyə başlayırlar. Birlikdə çox gözəl vaxt keçirirdilər. Aişanın üzü gülürdü, Kamran onunla olduqca intellektual mövzulardan danışırdı.
(Aişa) bəs sən nə edirsən? Gələcəklə bağlı nə kimi xəyalların var?
(Kamran) əslində xəyallarımı gerçəkləşdirməyə çox yaxınam, Yadına gəlirmi məktəbdə oxuyanda çoxlu hekayələr yazırdım.
(Aişa) hə niyə xatırlamıram, hamısı mənə oxutdururdun, amma çox gözəl idilər. Hətta birini mənim haqqımda yazmışdın. Mən sənin sevimli oxuyucunam bilirsəndə.
(Kamran) Bu işi getdikcə daha çox davam etdirdim, bir neçə kitab belə buraxdım. Bu yaxınlarda Türkiyədə bir yayın evi mənə əməkdaşlıq təklifi etdi. Qəbul etmişəm yaxın zamanlarda gedib həyatımı hər halda orada davam etdirəcəm.
(Aişa) ayda səni yenicə qazanmışdım ki, yenəmi itirəcəm?
(Kamran) əslində bir neçə müddətdir ki, istəklərim sanki dəyişib. Nədənsə Bakı məni özünə bağlayır, heç getmək istəmirəm.
(Aişa) yox dəlisən? Əlbəttə get bu sənin çox gözəl bir gələcək qurman üçün işıqlı bir yoldur. Mən sənin hər zaman çox yaxşı yerlərdə olacağını bilmişəm.
(Kamran) eh sağol.
Şəhərdə birlikdə gəzirdilər. Çox xoşbəxt görünürdülər. Hətta Kamran ona bananlı dondurmada alır. Aişa isə hələdi bunu unutmadığına inana bilmirdi. Axşam tərəfi yenə Kamran onu evə qədər ötürür.
Murad isə axşamadək bir ümid ilə gözləyir. Artıq gəlməyəcəyini anlayır, Mahirlə birgə kafeni bağlayırlar. Bu gün Bayram və Ayxanda gəlməmişdi. Murad isə məyus idi.
(Murad) əşi evdə nə var gedək biraz Pubda oturaq bəlkə?
(Mahir) olar getdik.
Birlikdə Puba gəlirlər, Mahir hər zamanki kimi içki içmirdi. Murad isə meyvə ilə vodka içirdi, alkoqolu daha çox olduğundan vodkanın daha yaxşı təsir edəcəyini umurdu. Axşamadək içirlər. Gecə birlikdə gəlib Mikrorayonda ayrılırlar. Murad artıq qala bilmirdi, bir zənglə hər şeyi düzəldə biləcəyi halda bunuda etmirdi.Səhər yenə Murad dərsə gedir. Kamran isə Aişaya zəng edir.
(Kamran) sabahın xeyir hər halda oyanıbsan. Gör nə deyirəm bəlkə də güləcəksən amma şeyi soruşacaqdım. Dünən avtobusda birlikdə dinlədiyimiz mahnının adı nə idi?
(Aişa) sabahın xeyir, sən dəlisən dilinə düşüb hə mahnı? Adı "İs this Love"dır.
(Kamran) hə çox sağol. Özün necəsən bu gün nağaracaqsan?
(Aişa) hələdi çarpayıdayam, qızdırmam çox yüksəkdir, istidən yanıram. Halsızlıqdan çay belə içməmişəm.
(Kamran) nə danışırsan sən? Yarım saata qədər orda olacam.
(Aişa) yox əziyyət çəkmə duracam özüm bir şey edəcəm.
(Kamran) dedim gəlirəm gözlə.Kamran qaça-qaçla gedir Aişanın yanına evə girir. Biraz bazarlıq edib və ona dərmanlar almışdı. Dərmanları içirib Aişanı çarpayıda qoyub mətbəxə gedir, 20 dəqiqəyə əlində şorba ilə geri dönür. Şorbanın qoxusu bütün evi bürümüşdü.
(Kamran) sən elə bilirsən mən ancaq çox yeməyi bacarıram? Mənim yeməklərimdə çox dadlı olur, bunu isti-isti içəcəksən sonra güclənib bəlkə mənidə döyərsən.
(Aişa) iyisi bihuş edib onsuz məni, hər şey üçün çox sağol, yaxşı ki, varsan!Kamran daim səmimi, hazırcavab, başa düşən, təmkinli, və yumor dolu idi. Sevdiklərinə canını belə versə bəs etməzdi. Təbii ki, Aişa ilə də çoxdandır dostdur. Amma görəsəj həqiqətənmi onun hissləri ölmüşdü? Təbii ki, yox!
Axı hissləri ölən biri nə üçün onun Portretini çəksin?, nə üçün bu qədər zaman ayırsın?.
Kamranla biraz daha söhbət edirlər, gedərkən başqa dərmanlardan yenə verib gedir. Nə isə lazım olduqda əlaqə saxlamasını istəyir.
Murad dərsdən çıxıb yenə Kafeyə gedir, axşamadək Aişadan bir xəbər gəlmir. Durub çıxır kafedən. Siqaret yandırıb düşünür. Ən düzgün olanı qürurunu yox saymaq və Aişanın qapısına getmək olduğunu anlayır. Qızılgül, Qırmızı şərab və CheeseCake alaraq yollanır Aişanın qapısına. Qapını döyür, Aişa onu içəri dəvət edir.
Əyləşib danışırlar.
(Murad) bilirəm, axmaqlıq etdiyimi. Ama bağışla məni qoxun olmadan qala bilmirəm. Bəlkə də sən düz deyirsən sizi bir anda ayırmağım düzgün deyil, sadəcə əlimdə deyil nə edim qısqanıram səni hər kəsdən.
(Aişa) bu neçə gün ərzində gəlməli idin. Amma üzürünü qəbul edirəm, axmaqsanki axmaq. Amma axmaqda olsan mənimsən , nə etmək olar.
(Murad) can sevirəm səni.
(Aişa) məndə. Amma bil bunu Kamran mənim sadəcə dostumdu, səninlə bu küsülülük müddətində həmişə yanımda oldu. Və barışmağımız üçün əlindən gələni edirdi. Bizdə uşaqlıqda yaşadığımız hisslərdən heçnə qalmayıb, heç o zamanda bir hiss yaşamırdıq. Sən demə hər zaman dost olmuşuq biz. Bu gündə xəstə olduğumu öyrənən kimi gəldi, şorba bişirdi, dərman almışdı.
(Murad) yenə də qarışmış olacam ancaq mən onun bu evə gəlməsini istəmirəm. Əgər pis olsan mənə zəng et mən olum yanında başqasına niyə gərək duyasan ki?
(Aişa) yenə başlama, onsuz mən onunla uzaqlaşacağıma üzülürəm. Yaxın vaxtlarda ölkəni tərk edir iş ilə əlaqədar, artıq burada yaşamayacaq.Murada bu informasiya çox yaxşı gəlmişdi. Bir müddət Aişanın qəlbini qırmamaq üçün dözər bir təhər, sonra onsuz Kamran rədd olub gedəcəkdi. Ama bu gecə çox gözəl şey olacaqdı. Murad Aişanı qoxlayaraq, öpərək yuxuya gedəcəkdi.
ŞİMDİ OKUDUĞUN
Aişa
RomansaSevginin yaşanmışlığı olan bir dramın hekayəsi. Bunlar bəlkə də Scarın qarşılaşdıqlarının dəyişilmiş formasıdır. Hekayədə şiddət,cinsəllik və söyüşlərdən geniş istifadə olunub (16+) Murad qəm pəncərəsindən ətrafı izləyərkən Aişanı görür. Dostluq və...