Söz verdiyim kimi Xoşbəxt sonluqla bitirirəm, ən azından Skar üçün xoşbəxt sonluq idi.
- Təyyarə havaya qalxır. Mahir kafedəki müştəriləri qaldırıb, bağlanacağı xəbərini verir. Bayram şərab evindən 2litr vodka alıb kafeyə gəlir. Ayxan sifariş etdiyi yeməkləri masaya düzür. Murad key kimi qapının qarşısında siqareti tüstülədirdi. Hamısı gəlib süfrəyə əyləşir. Heç kəs gülmürdü. Sabah Bayram Londona geri dönəcəkdi. Bunun fərqinə varan belə yox idi. İçkilər süzülür. Mahirdə bu gecə ilk içkisini içəcəkdi. Bayram, Mahir, Ayxan, Murad. 4 dost, kafe yalnız onlardan ibarət olmuşdu. Aişa hər birini tərk etmişdi. Bu gündən sonra yalnız Rekviyemi duyacaqdılar burada. Aişanı nə cür unudacaqdılar.Hər biri durmadan Aişanı düşünür, burada keçirdikləri xoş xatirələr yada düşürdü. Sağlıq belə deyilmədən durmadan içirdilər. Həzin bir mahnı qoyulur lakin bu onların yarasını daha da deşirdi. (həmin musiqini hekayəyə əlavə etmişəm)
İndi isə Aişa və Murada bir-birlərindən xatirə olaraq yalnız boyunbağıları qalmışdır. Hə birdə həməki kafe, bəlkə bir gün sizdə özünüz bilmədən bu kafenin qonağı olarsınız. Bir çay yaxud qəhvə sifariş edin. Mahir gətirəcəkdir, birdə ətrafa dönüb baxarsız. Bəlkədə Murad özüdə bir küncdə əyləşmişdir.
Birdə keçmişə döndürmək istədim sizi, Kamranın evindəki tabloya, tablodakı Çapığa, bunu haradasa görmüşdük sanki. Hə bu çapıq Scarda da var idi. Bəs bunu Kamran hardan bilirdi?
Bu hekayəm digərlərindən fərqli olaraq bitsin istədim, Xoşbəxt sonluqla. Və bunu etdim , Xoşbəxt sonluq olmuşdu yalnız mənim üçün. Yazar istədiyi obraza istədiklərini verməyi rahatlıqla bacarır. Mənim hər bir obrazım öz parçam kimidirlər. Lakin bu hekayədə bütün oxuyucularım ilk başdan sonadək məni izlədikcə sonda məğlub olacağımı düşünürdülər. Mən heçdə məğlubiyyəti sevən biri deyiləm, Hekayələr yalnız gömüldükdə bitər.
Muraddan başlayım, sevgisi üçün fədakarlıqdan çox uzaqlaşdı və bu nəticə onu gözləyirdi. O bir ömür bədbəxt olmağa məcbur qaldı.
Ayxan, Bayram,Mahir isə Aişa ilə bağlı yaxşı xatirələri xatırlayacaq qardaşlarına qarşı edilənə görə bir ömür ona nifrət edəcəkdilər.
Aişa onu uzun uzun təsvir etmək istərəm, o mənim xəyali obrazımdır. Bu dəfə antiqəhrəman olsa belə, mən onu sevirəm yenə də.
Və digər adı çəkilən personajlarımda həyatlarına davam edirdi.
Hekayə boyu oxuyucularım Skarı Muradın yerində təsəvvür etdi, lakin Skar o qədər zəif deyildi və istədiyini əldə edəcəkdi. Özümü yalnız bir personajımda canlandırmaq istədim.
Kamran yazıb yaratmağı sevirdi, rəsmə isə özündən asılı olmadan çapıq çəkmişdi. Çünki o Skar idi. Bəli Kamran bu hekayədə Skarın prototipi idi. Nəticə də istədiyini əldə etmiş, yaxşı biri kimi görünən əclafın biri idi. Kamran illər öncə itirdiyi qadını yenidən əldə etməyi bacarmışdı. Bu qalibiyyəti ömür boyu dadacaqdı, necə ki, Murad məyusluğu dadmağa məhbus olmuş kimi. 23 hissəni birlikdə daha bir hekayə də bir olduq, Skar sonunda fərqli oyunlar oynamağı sevir. Son heçdə hər kəsin düşündüyü kimi olmamışdı. Skarın fantaziyası normal insanlardan bir daha fərqlənmişdi. Bu hekəyədə də onu oxuyucularından fərqləndirən bir tək yazar olması deyil, fərqli düşünməsi idi. Əvvəlki hekayələrdə olduğu kimi yenə Skar özünü tərifləməkdənsə alçaltmış, yenə antiqəhraman olmağı seçmişdi. Lakin bir istəyim var belə bir hekayə yaratdığı üçün Skara nifrət etmək istədikdə düşünün, eyni formalı həyatlar yaradan Tanrı da var. Əgər Skara nifrət edəcək olsanız, heç şübhəsiz tanrıya qarşı çıxmış olarsınız. Növbəti hekayəmə qədər özünüzə yaxşı baxın, yoxsa bunları kim oxuyar ?!Fikirlərinizi şərh bölməsinə əlavə edin.
ŞİMDİ OKUDUĞUN
Aişa
RomanceSevginin yaşanmışlığı olan bir dramın hekayəsi. Bunlar bəlkə də Scarın qarşılaşdıqlarının dəyişilmiş formasıdır. Hekayədə şiddət,cinsəllik və söyüşlərdən geniş istifadə olunub (16+) Murad qəm pəncərəsindən ətrafı izləyərkən Aişanı görür. Dostluq və...