3-cü günümüzdəyik, xeyli irəliləyirik. Hekayənin neçə hissədən ibarət olacağını bilirəm ki, digər hekayəmi oxuyan hər kəs artıq anlayıb. Anlamayanları isə qınamayacam, bu ya diqqətsizliklərindən irəli gəlir ya da Cahilliklərindən.
Dostlar qızları yola saldıqdan sonra nə edəcəklərini bir xeyli düşünsələr də heç maraqlı ola biləcək bir şey tapmırlar. Onların hamıdan fərqli olaraq, çox pulları var idi ancaq içkidən və biri-birlərindən başqa heçnədən həzz duymazdılar. Murad üçün isə artıq fərqli bir şey vardı. Dünən yatdığı qız onu qane etməmişdi, bəlkə də heç kəs qane etməyəcəkdi. Onun düşüncələrində Pubdakı qız vardı, onu yatağa atmalı , səhərədək üzərində iniltilərini duymalı idi. Ancaq o qız fahişə deyildi, Murada pullu xidmət göstərməyəcəkdi. Muradın və dostlarının gözündə isə o elə demək olar elə birisi idi. Kofe içərkən Murad dünənki Puba getməyi təklif etdi. Bayram razı gəlsə də, Ayxan S*ktir et dedi. Ayxan sonra dilləndi.
"Canlı musiqi olan bir yerə getmək lazımdı" Bayram bununla da razılaşdı. Bir neçə saat sonra getməyi qərarlaşdırdılar. Murad evə gəldi. Bir neçə saat sonra Canlı musiqi dinləməyə gedəcəkdilər ancaq o Mesantrphyaya getmək istəyirdi. Bəhanə uydurmağı düşünür. Telefonu götürüb uşaqlara yazır, evdə olmayacam dayıgilə gedirik. Dostları biraz söz-söhbət etsələr də çox şey etmirlər. Murad isə yalnız getməkdən çəkinir. Köhnə sinif yoldaşı Mahirə görüşmək istədiyini yazır. Mahir işinin olmadığını dedikdə Murad hazırlaşıb evdən çıxır. Mikrorayonda görüşüb Misantrophya gəlirlər. Barın yanında əyləşirlər. Mahirlə aşağı sinifdən yaxın idilər. Mahir biraz asosial bir tip idi. Çox dostu olmamasına rəğmən Muradı olduqca sevirdi. Murad da ona qarşı eyni hissləri bəsləyirdi. Bir meyvə şirəsi, bir Füje pivə və cipsi sifariş edirlər. Mahir həmişə olduğu kimi mənasız söhbətlərinə davam edirdi. Muradınsa fikri ofisant qızda idi. Qız isə ona çoxda baxmırdı. Masaya yaxınlaşdıqda isə normal müştərilərə ediləcək şəkildə müraciət edirdi. Murad nə qədər mehriban və səmimi yanaşırdısa da, Qızın diqqətini cəlb etmək alınmırdı. Biraz sonra Mahirin telfonuna zəng gəlir. Dayısıoğlu ilə görüşəcəyini deyir. Sağollaşıb gedir. Murad isə heç onun yoxluğunu belə hiss etmir. Artıq gecədir, demək olar içəridə heç müştəri qalmamışdı. Murad isə həddindən artıq çox içmişdi. Bəlkə də kibritə üfləsə böyük yanğın baş verərdi. Özünü demək olardı qanmırdı. O hər zaman yalnız içdik də bu vəziyyətə qalırdı. Qız ona yaxınlaşıb daha nə qədər əyləşmək istədiyini soruşur birazdan pub bağlanacaqmış və qızda getdiyini bildirir. İçəridə yalnız barmen qalacaqdı. Murad qızdan onu çölə çıxarmasını və qarşıdakı taksilərədək onu aparmasını xahiş edir. Qız diqqətlə ona baxır bir şey söyləmir ancaq Murad üzdən bir birinə bənzəmir və bu halda belə özünü toparlamağa çalışıb düzgün şəkildə müraciət etmək istəməsi ona çox xoş görünür. Nəzakətli bir şəkildə Muradı qarşıyadək aparmağı özünə borc bilir. Murad hesabı ödədikdən sonra onlar birlikdə çölə çıxırlar. Muradın qoluna girir. Murad isə başıdönür düzgün yeriməyi belə bacarmırdı. Qız onu bu vəziyyətdə buraxmaq istəmir. Onu Nizami küçəsinə düşürür. Restoranların birinə daxil olurlar. 2 acı qəhvə sifariş verir. Birlikdə əyləşirlər, ancaq demək olar bir şey danışmırlar. Qız ondan adını öyrənir və özünü təqdim edir. Murad qızın adının Aişa olduğunu öyrənir. Aişa Muradın telefonunu alaraq özünə zəng edir daha sonra bu nömrəni telefonuna qeyd edir. Qəhvəni bitirib küçə ilə yeriyirlər Taksilərə çatdıqda Murad onuda taksi ilə ötürməsini təkid edir, lakin Aişa buna razı olmur. Buradan yuxarı qalxıb sonuncu avtobuslardan biri ilə evə gedəcəyini bildirir. Aişa Yasamal ərazisində yerləşən binalarda kirayə də rəfiqələri ilə yaşayırmış. Sağolaşır və küçə ilə yuxarı qış parkına doğru gedir. Murad isə birtəhər taksiyə yaxınlaşıb əyləşir . Yolboyu gözlərini yumur sanki ətraf dönməyə başlayır. Maşın getdikcə ürəyi bir fərqli döyünür, ancaq bu vəziyyət ona çox xoş gəlirdi. Sürücü isə bacardığı qədər onu söhbətə tutmur, ağzını açmasını belə istəmirdi. Gəlib Evin yanında düşür və özünü toparlayıb evə girir. Bütün ailə içkili olduğunu anlayır amma bir şey demir. Murad çarpayıya uzanır. "Pink floyd"dan bir-iki parça dinləyir ki, ona zəng gəlir.
"Alo. Mənəm Aişa, Murad çatmısan, salamatsan?"
"Hə, evdəyəm çox sağol maraqlandığın üçün"
Qısa danışdıqdan sonra telefonu bağlayırlar. Murad isə çox xoşbəxt idi. Ayıq baş ilə edə bilmədiyi içkili halda bacarmışdı.
ŞİMDİ OKUDUĞUN
Aişa
RomanceSevginin yaşanmışlığı olan bir dramın hekayəsi. Bunlar bəlkə də Scarın qarşılaşdıqlarının dəyişilmiş formasıdır. Hekayədə şiddət,cinsəllik və söyüşlərdən geniş istifadə olunub (16+) Murad qəm pəncərəsindən ətrafı izləyərkən Aişanı görür. Dostluq və...