6-cı hissə "Çörək və Tamaşa"

164 35 15
                                    

Bəzi şeylərə diqqət yetirilməlidir. Seks partnerləri əgər uzun bir müddət birlikdə olubda bir-birlərinə aşiq olmamaq istəsələr bəlkə də bunu reallaşdıra bilərlər. Bunun üçün əsas qaydalara riayət etmək lazımdır. Hər zaman uzun baxışlardan qaçınmaq, qoxlamaq, qucaqlaşmaq bunlar mütləq şəkildə baş tutmamalıdır. Bir-birlərini başqa insanlarla rahatlıqla paylaşmalıdırlar. Birlikdə zaman keçirməməlidirlər yalnız yataqda təbii ehtiyyacı ödədikləri zaman bəs edir. Yaxın-yaxına yatmaqda olmaz Əgər partnerlərdən biri digərini qısqanarsa mütləq bu münasibət bitirilməlidir. Əks təqdirdə Partnerlər ya biri ya da hər ikisi mütləq şəkildə aşiq olacaqdılar. Murad və Aişa yatmasa belə öpüşür,toxunur,baxışır,qoxlayır,qucaqlayır,gün ərzində bir-birlərini düşünür və vaxt tapdıqca yazışıb-danışırdılar. Bununla da mütləq şəkildə araların bağ qurulmalı idi.

Murad və Aişa hər gecə uzun-uzadı telefon danışıqları edirdilər. Gün-gündən daha da yaxınlaşırdılar. Murad vaxtı çatdığını anlamışdı. Aişa onu çox şeyə qısqanırdı, Murad da elə idi. Lakin ona sevəcəyini necə söyləməli olduğunu, ümumiyyətlə söyləyib söyləməməyi dəqiqləşdirə bilmirdi. Amma artıq gec idi, günü-gündən daha yaxınlaşırdılar. İlk başda bulaşmamalı idi. Gördüyü anda üz döndərib qaçsaydı. Ona aşiq olmazdı, vəziyyətdə bu yerə gəlib çatmazdı. Tutaq ki, Aişaya bunu izah etdim, bəs uşaqlara nə deyəcəm?! Bir gün onları üzləşdirməm lazım gələcək həmin gün nələr baş verəcək?! Bəs mən onu sevdiyimi desəm əgər müsbət bir cavab alsam bu hara kimi davam edəcək?! Yoxsa həyatın acımadığı qıza qarşı məndəmi əclaflıq edəcəm?!
Suallar onun içini yeyib bitirirdi. Özünü ələ alıb bütün bu fikirləri s*ktir etdi. Durub əl-üzünü yudu, Stephan Kingin bir kitabını götürərək çölə çıxdı. Bu gün universitetə getməyəcəkdi. Onsuz hələ xeyli var qayıb limitinə çatmağına. Məhəllə ilə dayanacağa gedərkən yenə qonşu Azərin yolüstə olduğunu gördü. O isə yenə şikayətlənirdi. Gah dövlətdən, gah da hakimiyyətdən narazılığını bildirirdi. Murad isə siyasət ilə çoxda maraqlanmırdı və heç bir siyasi xadimi sevməzdi. Ona görə siyasi xadimlər də hər bir din yaradan şəxslər qədər öz mənafeylərini güdürlər. Azəri bir təhər yola verib tez uzaqlaşmaq üçün yeni bəhanələr uydurdu. Cibindəcə qutudan 2 ədəd siqaret çıxarıb ona verdi və uzaqlaşdı. Muradın nəyə də olmasa siqaretsiz birinə çox yazığı gələrdi. Bədənin nikotin tələb etməsi necə ağrılı bir şey olduğunu çox gözəl bildiyindən son siqareti belə bölüşərdi.
Şəhərə gəlib bir Book kafedə əyləşdi. Bir darçınlı çay ilə rulet sifariş etdi. Kitabını oxumağa başladı. Birdən zəng gəldi telefonu əlinə aldıqda 3 saat keçdiyini gördü, bu 3 saatı başını kitaba necə qatıbsa özü də anlamamışdı. Aişa zəng edirdi. Bu gün işə getməyəcəyini gecəyədək şəhərdə gəzə biləcəklərini deyir. Murad buna çox sevinir. Elə oturduğu kafeyə çağırır. Axşamadək əyləşirlər, sonra isə başqa bir Pubda içməyə gedirlər. Hərəsi 2 Füje pivə içir. Avtobusa minirlər. Arxada əyləşib qucaqlaşırlar, avtobusda isə 2-3 sərnişindən başqa heç kəs yox ido. Çox güclü yağış yağmağa başlayır. Murad Binanın qarşısına qədər Aişanı gətirir. Əl-ələ məhəllə ilə gəlib blokun qarşısında dururlar. Aişa məcbur onu evə çağırır.
(Aişa) gəl evə Murad həm çox soyuqdu, həmdə su içindəsən. Paltarlarını qurudaq səhər durub gedərsən də.
(Murad) yox narahat olma mən elə burdan metroya minib yarımsaata evə çataram zəng edəcəm.
(Aişa) Murad evdə uşağın ağlıyır?! Gəl içəri deyirəm sənə onsuz evə də gedib mənə zəng edəssən ürəyim rahat olmuyacaq sən evə çatana qədər gəl divanda başını atıb yatarsan.

Beləliklə zorlada olsa Aişa Muradı evə gətirə bilir. Açarı çıxarıb yuvaya salır, qapını açır. Ev 2 otaqlı köhnə tikili bir mənzildən ibarətdir. Qonaq otağına gəlirlər. Aişa bu divanda yata biləcəyini Murada bildirir. Sonra isə yemək hazırlamaq üçün mətbəxə gedir. Aişanın sən demə çox gözəl əl qabilliyyəti var imiş. O dadlı bir vegeterian Pasta hazırlayır. Tərkibinə çox saylı tərəvəz və pendir əlavə edir. Yeməyi yeyib bitirirlər. Sonra Murad ailəsi ilə əlaqa saxlayıb bu gün dostları ilə olacağını səhər evə gedəcəyini bildirir. Aişa qabları yuyarkən Murad onu seyr edir. Ona arxadan yaxınlaşıb qucaqlayır və saçlarını qoxlayır. Aişa tam səssiz şəkildə durur. Murad ona nə isə baş verdiyini anlayır. Aişadan ayrılıb otağa gedir.

AişaHikayelerin yaşadığı yer. Şimdi keşfedin