11-ci hissə "Ailə"

163 29 16
                                    

Ayxan və Bayram Antiqəhrəmanınıza çevriliblər məncə. Onları sevmir bəlkə də nifrət edirsiz. Amma unutmayın Skar oxuyucularını təəccübləndirməyi sevir, sanki bir oyun oynayan kimi onlarla oynayır. Daim oxuyucularını yanıltmaq xoşuna gəlir, oxuyucunun ilk hissədə ağlından keçdiyi bir sonluq düşünsə o oxuyucularından fərqlənməzdi. Təbii ki, Skar hər şeyi fərqli qurmalı idi. Bəs onda bu yazıq oxuyucu nə etsin Skar?!
- Sonadək mənə güvənməsin. Özünə güvənsin deyərəm amma özüdə bu formaya sala bilməz bu hekayəni. Bunun üçün yalnız Skarın Fantaziyalarına eytiyyac duyulur. Ən yaxşısı mən fikirlərimi uzatmayım, siz isə hər şeyi axışına buraxın, qabaqcadan qiymət verməyi bacarmırsız, bunu əminliklə deyirəm.

Ayxan və Bayram donub qalmışdılar.
(Ayxan) Bu gədə nə gic-gic danışıb getdi?!
(Bayram) ala bu dəlidi? Niyə gedirsən bax cındır.
(Ayxan) Yenə qəhbə kimi səsin başına atıb danışır, a kişi bildik sevirsən gəl adam balası kimi denənki qardaş vəziyyət budur. Bizdə dostun kimi məsləhət verək rəddol getdə. Bu alçaq başa düşmür ki, Biz bizə dəyəcək hər zərbəni birlikdə atlatmışıq. Əgər Murad bir şeyi qəlbdən istəsə biz onun üçün nə cür lazımdı mübarizə apararıq.
(Bayram) ala bilirsən, düzü mən bir-iki dəfə görmüşəm biz o qızdan artıq-əksik danışanda Muradın sifəti çönürdü, ancaq mən məsələnin belə olduğunu anlamırdım qardaşım.
(Ayxan) hə görünür, yığıb-yığıb birdən boşalıb. Amma adam kimi danışmadığı üçün onun ağzına mən pox qoyacam indi dur gedək
(Bayram) hara?
(Ayxan) bunun kafesi necə yer imiş gedək dəyək bir. Həmdə qıza özümüzü tanıtdırmış olarıq.

Hər ikisi ayağa qalxıb hesabı ödəyirlər. Çıxıb Murad dediyi yerə gəlib çatırlar. İçəri girirlər, 1-2 masada müştəri var idi. Murad arxası onlara tərəf oturmuşdu. Onlar içəri girəndə arxaya boylanır, Ayxan və Bayram olduğunu görəndə şok olur sanki qaynar suyu vedrə ilə başından aşağı tökürlər. Yaxınlaşıb Aişaya salam verirlər. Daha sonra Murad ilə öpüşüb, görüşürlər. Sanki  bayaq birlikdə deyilmişlər kimi davranırlar. Aişa heç nəyi anlamır, Murad isə onların nə etmək istədiyini düşünürdü.

(Ayxan) Düzü indiyə kimi görüşmək qismət olmamışdı, Murad heç bizləri birləşdirməmişdi ki, bir çay içək.
(Aişa) Hə, Murad hər nə olsa sizdən danışır. Sizin özünüzə uyğun həyat tərzi və qanunlarınızın olduğunu deyir. Hər  birinizdən uzun-uzun danışıb. Belə danışmasaq belə sizi yaxşı tanıyıran əslində.
(Bayram) eh Murad indi bizim haqqda ağız dolusu tərif deyib yəqin.
(Ayxan) Hər dəfə Muradla bu görüşü danışırdıq, amma şans bu günə imiş, yeni kafenizdə xeyirli olsun çox gözəl yer imiş. Heyif açılışa gələ bilmədik.
(Aişa) nə üçün gəlməmişdiz həqiqətən? Mənə də çox maraqlı gəlmişdi Muraddan soruşmağa çəkinmişdim.
(Ayxan) Bakıdan kənarda idik. Dünən gecə gəlmişik elə, bu gün də fikirləşdik adam az olan vaxtı gələk sizi də çox narahat etmədən oturub bir çay içək.

Aişa ayağa qalxıb mətbəxə keçdi, 4 çay , keks, mürəbbə, konfetlər götürüb gəldi. Çay hər dəfə bitdikdə Murad qaçıb gətirib gəlirdi. Gecəyədək Uşaqlıqlarından danışmağa davam etdilər.
(Aişa) siz həqiqətən xoşbəxtsiniz, bu cür dəyərli insanlar ətrafında olduqdan sonra insan hər halda yükü çox yüngülləşəcəkdir. Axı hər nə dərdiniz olsa birlikdə həll edərsiz, siz bu yaşınızda belə o körpə vaxtınızdakı səmimiyyəti bir-birinizə göstərirsiniz.
Həqiqətən Siz birlikdə bir Ailəsiniz.

Onlar üçüdə bir-birinə baxaraq gülümsündülər. Bayram dilləndi.
(Bayram) gördüyüm qədəri ilə ailəmizə yeni bir üzv daha qatılır.
Gülməyə başladılar. Biraz daha şirin söhbətin ardıyca artıq durub getmək vaxtı çatırdı. Kafeni bağladılar. Yenə qış parkına doğru yeriməyə başladılar. Aişa Bayram və Muradın qoluna girmişdi, yol qaranlıq və pis gündə idi. Onlar yol boyuda deyib gülməyə davam etdilər. Aişanı taksi ilə yola saldılar. Taksi getdikdən sonra Bunlar da başqa taksi gözləməyə başladılar. Bir anda Muradın boynuna bir yavaş sillə dəydi.
(Bayram) Ala sən nə giclədin bayaq?
(Ayxan) Sənöl Murad arxanca bir xeyli söymüşük.
(Murad) Bilirəm qardaşım, öpürəm həqiqətən var olaq, yaxşı ki, varsız. Artıq nə isə deməyəcəm gözlərimə baxın yetərlidir o bu gün gülür.
(Ayxan) s*ktir kefimizə soğan doğrama da.
(Murad) Hə onda gedək Biləcəridəki evə, 2 litr Tekila kefimizi yerinə gətirər hə?

Gülməyə başladılar. Taksidə gəlib çatmışdı. Bu gecə həqiqətən xoşbəxt yatacaqdı, və bu vəziyyət sürəcəkdi, ən azından bir müddət.

AişaHikayelerin yaşadığı yer. Şimdi keşfedin