Aradakı 2gün Keçməyəcək kimi gəlirdi, amma artıq səhər olmuşdu. Bu gün artıq onlar Romaya yollanacaqdılar. Gecə Murad Aişa ilə qalmışdı, bütün çantalarıda bura gətirib qoymuşdu, əslində bir o qədər çox şey götürmürdülər. Murad çarpayıdan qalxıb balkona çıxdı, Aişa isə hamam girdi. Murad Bakının sevməyibdə ayrı qala bilmədiyi küçələrinə diqqətlə baxdı. Siqareti çıxardı yenə üzərindəki rəsmə baxıb bir siqaret yandırdı. Tüstünü içdən-içə çəkdi. Sonra öz etdiyinə gülməyi gəldi, özünə söylədi.
(Murad) Ay da elə boylanıram ki, eləbil bir dəfəlik rədd olub gedəcəm. Nə pox yesəmdə bu s*kilmişə geri dönəcəm. Amma şikayətdə eləmiyək Bakı hal-hazırda mənə yük olmur.Siqareti bitirdi, mətbəxə gəlib yemək hazırlamaq istədi, suya 5 ədəd yumurta atdı. Onlardan 4-ünü özü yeyəcəkdi, kefi kök olanda iştahıda yaxşı olur, amma bu qədər yeməkdə olmazda. Sonra isə Soyuducudan tərəvəz salatını, pendir, kərə yağı və zeytun çıxarır. Çayı isidir. Aişa hamamdan çıxdıqda gözləri gülürdü, O yaşıl gözləri.
Yeməklərini bitirirlər, kameranı, kompyuterləri enerji toplamaq üçün qoyurlar. Hələ 5 saat vardı, ən azından 2 saat ərzində gedib kafeyə baş çəkə bilərdilər. Geyinib çölə çıxdılar, Eh tıxac var idi. Bakı hər zaman tıxac ilə bol olub. Bir təhər gəlib çatdılar kafeyə, Heç yarım saat əyləşmədilər ki, getmək lazım olduğunu qərara aldılar. Hələ bu tıxacla Hava limanınadək gedəcəkdilər. Murad Kafenin qapısını bağlayanadək Mahirə tapşırıqlar verir, Aişa isə zorla qolundan çəkirdi.
(Murad) Bax vaxtında gəl qapını aç, camaatla adam kimi danış, o stəkanları masanın üzərinə qoy ki, xadimə gələndə görsün.
(Aişa) Ə gəldə tay. Gecikiriy
(Mahir) Yaxşıda bildik də. Sağ salamat , Aişa bacarsan bu Muradı oralarda azdırarsan.Qaçıb tez evə gəlib çantaları toplayırlar, Murad taksi sifariş verir. Taksi 10 dəqiqə ərzində qapıda olur, Çantaları ilə birlikdə gəlib əyləşirlər. 40 dəqiqəlik yoldan sonra Hava limanında olurlar. Bir kofe içdikdən sonra prosesləri keçib gəlib sonunda Təyyarəyə qalxıb əyləşirlər. Təyyarə havalanır. Bu birlikdə atıldıqları ilk səyahətləri idi.
Bir neçə saatın ardından artıq budur onlar Romaya çatırlar. Eniş etdikləri hava limanı Roma Fiumicino deyə adlandırılır, digər adı isə Leonardo da Vinci idi. Eniş etdikləri ilk anlardan Murad ağır çantaları bir təhər hamısı alıb gəlirdi, Aişa isə qabaqda uşaq kimi sevinərək qaçırdı. İlk foto-şəkili çəkib paylaşdılar. Buradan mərkəzə qədər olan məsafə təxmini olaraq 40 kilometr idi. Taksiyə əyləşdilər, çox da baha qiymət oxumamışdı. Otaq sifariş etdikləri oteldə mərkəzdə idi, Adı Hotel Acropoli idi. Bu otel o qədər də bahalı deyildi, cəmi 5 gün qalacaq və demək olar ki, ancaq yatmaq üçün istifadə edəcəkdilər onsuz, qalan vaxtları gəzib-görməyə yeni bir şeylər öyrənməyə sərf edəcəkdilər. Aişa İngilis dilində danışa bilirdi, Murad isə ümumiyyətlə xarici dil bilmirdi. Lakin Oteldəki 3-4 işçinin heç biri İngiliscə doğru-düzgün 1 söz belə bilmirdilər. Bir təhər Murad onlara izah edir, otaqlarına gəlirlər, otaq bir böyük 2 nəfərlik çarpayı hamam, tualetdən ibarət idi. Evə gəldikdə onsuz gecə idi, amma yuxudan əsər-əlamət yox idi. Kompyuteri açıb filmə baxmağı düşünürlər. Çanta da biraz Cipsidə var idi. Murad məhşur "Amelia" filmini qoşur. Gecəyədək baxırlar, filmin sonlarına yaxın Murad bir anda diqqəti filmdən yayınıb Aişaya baxdıqda artıq qollarında yatdığını görür, filmi bitirib, onu qucağına alır, çarpayıya aparır və soyundurub yerində uzadır. Özü isə yatmamışdan öncə biraz rahatlamaq istədiyindən hamama daxil olur 40 dəqiqə durmadan suyun altda qalır, bir anda tez sabunla çimib çıxır, çarpayıya uzanıb yatır.
Səhər Aişa daha tez oyanmışdı, Murad da durur, Səhər yeməyi üçün çölə çıxacaqdılar. Otağın qapısın bağlayıb çölə çıxırlar.
ŞİMDİ OKUDUĞUN
Aişa
RomanceSevginin yaşanmışlığı olan bir dramın hekayəsi. Bunlar bəlkə də Scarın qarşılaşdıqlarının dəyişilmiş formasıdır. Hekayədə şiddət,cinsəllik və söyüşlərdən geniş istifadə olunub (16+) Murad qəm pəncərəsindən ətrafı izləyərkən Aişanı görür. Dostluq və...