21-ci hissə "Çapıq"

125 31 6
                                    

Aişa Kamranın evinə daxil olur. Bura çox gözəl düzəlmişdi. Evdə hər şey ona çox maraqlı gəlirdi. Barda xeyli sayda müxtəlif növ içkilər çox zövqlə yığılmışdı. Qonaq otağında özünün böyük bir Tablosunun olduğunu gördü. Çox gözəl çəkilmişdi, kafedəkindən çox böyük və daha valehedici idi. Lakin Aişanın sol gözünün üzərində bir Şram(çapıq) çəkmişdi. Bunu nə üçün belə təsvir etdiyini soruşanda Kamran dinmədi. Sonra kitab rəflərinə baxmağa başladı. Stephan Kingin əsərlərinə geniş yer vermişdi. Daha sonra köhnə albomdan birlikdə məktəb vaxtı çəkilən şəkillərinə baxdılar. Aişa Kamranı dost-dostu sevməyəcək qədər çox sevirdi. Kamran bu gün çox fərqli idi. Sanki çox tutulmuşdu. Aişa nə olduğunu soruşdu. Kamran isə heçnə yoxdur, yaxşısı budur mən yaxın vaxtlarda ölkəni tərk edim.
(Aişa) eh sən getdikdən sonra kim qalacaq yanımda.
(Kamran) elə istərdim səni də apara bilməyi.
(Aişa) sən məni əvvəlki tək çox istəyirsən?
(Kamran) sənin üçün etdiklərimi və qatlandıqlarımı anlamırsan?
(Aişa) sən yaxşı dostsan.
(Kamran) Aişa dürüsrlüyü sevdiyimi bilirsən, sənə qarşıda belə davranacam. Mən səni tanıdığım gündən ən böyük arzum sənin yaxşılığın olub bunun üçün hər şeyə qatlanaram necə ki, bunuda edirəm. Sevdiyin insanı bir başqası ilə görmək çox pisdir, hələ başqası onu üzdükdə sənin qollarına bir dost kimi sarılır, sən onun müvəqqəti yaralarını sarırsan, amma sən onun yaralarını sardıqca öz bədənin parçalanır. Sən öz canından alıb ona verirsən kimi gəlir, ama bu səni yenə də xoşbəxt edir.
(Aişa) Mən nə deyəcəyimi bilmirəm, mən bu hisslərin keçmişdə qaldığını düşünürdüm.
(Kamran) hə Murad haqqlıdır, mən sadəcə sənin yaxşı olduğunu görüb çıxıb getmək istəyirdim, sənə heç bir zərər verməyəcəkdim, heç vaxt sənə zərər verməmişəm. Amma görürəm indi ətrafındakı varlığım sənə problem yaradır. Yenə hər şeyi sənin üçün edəcəm, geri dönməmək üzrə 1-2 günə  çıxıb gedirəm. Sən isə Murada geri dön o yaxşı birisidi. Və bu dəfə yanılan sənsən Aişa.
(Aişa) Kamran sən həqiqətən çox dəyərlisən mənim üçün, və sənə qarşı hər zaman eyni davranmışam. Sadəcə Muradı daha artıq sevirəm özümdən asılı deyil. Sanki 2 ip var hansını kəssəm, o öləcəkmiş kimi. Nə edim məndə bilmirəm. Amma sənə qarşıda hisslərim yoxdur desəm yanılaram. Sən mənə Muraddan daha çox önəm verirsən.

  Aişa həqiqətəndə içində yeni hisslər oyanmışdı. O artıq nə edəcəyini bilmirdi, təbii ki, səhər durub Murada dönəcəkdi lakin bir ömür onun üçün bu qədər yaxşılıq etmiş insanı bu vəziyyətə qoyduğu üçün çox pis hiss edirdi. İki sevgi arasında qalmışdı. Uçurum olan yollar onu hara aparacaqdı. Lakin o ən azından biraz daha Kamranla qalmaq istədi.
(Aişa) Tünd bir içki içə bilərik?
(Kamran) olar.
Kamran Çox illik qırmızı şərab açdı, qədəhləri doldurub içməyə başladılar.

Murad isə evə geri dönür, Konyak alıb evdə oturur, şokoladla onu içir. Bütün butulkanı bitirib çox pis bir vəziyyətə qalır. Gecə otağında yalnız oturur, gözləri dolmuşdu. Nə edəcəyini bilmirdi. Sonunda qərar vermişdi. Universitetdən icazə alıb bir yolla nə bahasına olursa olsun, Aişa ilə birlikdə bir müddətlik uzaqlaşmalı idi buradan. Beləliklə Kamranı bir müddət özlərindən kənarda tutmağı bacarardılar. Lakin nə bəhanə uyduracaqdı Aişaya. Səhər gedib icazə almağı planlaşdırır. İçkili vəziyyətdə bir təhər yatmağa çalışır, durmadan qusurdu.

  Aişa və Kamranda durmadan içirdilər. Bayaqki qəmginliklərindən əsər-əlamət qalmamışdı sanki, 2-ci butulkanı daha içdikdə artıq Kamran da Aişa kimi sərxoş olmuşdu. Aişa isə durmadan gülürdü.

AişaHikayelerin yaşadığı yer. Şimdi keşfedin