1-ci hissə "Bir gün"

536 60 54
                                    

Salam :)
Uzun zamandır Scar yazıb-yaratmır. Başım problemlərə qarışmışdı. Hazırda ətrafımdakı hər kəs bir problemdən əziyyət çəkir. Bunlardan biri də Sevgidir.
Bu hisslər hər kəs də fərqlidir. Ümumi bir şey deyə bilməyəcəm buna görə də. Ancaq Muradın başına gələcəklər tamamilə fərqlidir.

Murad səhər çarpayıdan qalxır, balkona çıxır, siqaretini yandırır. Ac qarına siqaret də lap ürəyini bulandırır adamın. Amma bu poxda qana yayılıb deyə adam dayana bilmir. Muradın siqareti tərgitmək kimi bir fikri yoxdu, heç başladığı üçün peşman da deyil. Bir şeyi etməyib peşman olmaqdansa edib də peşman olmaq daha yaxşıdır məncə. Saç-saqqalı lap uzanıb bu gün çox işi var Universitetə gedəcək, daha sonra  evin işləri var. Axşam da hər halda uşaqlarla görüşər. Mətbəxə gəldi, yumurta və sosiska yedikdən sonra əynini geyindi. Şeixi (ətir növü) bir iki dəfə üzərinə sıxdı. Şkafın qarşısındakı qabın içərisinə hər səhər atası onun götürməsi üçün pul qoyardı, onu götürdü. Məhəllə ilə dayanacağa doğru gedirdi. Qonşuları Azər qara pişik kimi yenə məhəllədə idi. Muradı gördük də "O Murad necəsən ?! Vaxtın var söhbət edək" dedi. Bu Azər 50 yaşlarında əclafın biri idi. Murad ona tam bir fahişəyə davranılan kimi davranardı. Hətta əlində olsa qaldırıb yerə çırpar, üzərinə çıxıb burnuna , ağzına elə yumruqlar vurardı ki, öz qanında boğulacaq vəziyyətə gələrdi. Ancaq məcburiyyət qarşısında yenə səmimi görsənərcəsinə görüşüb tələsdiyini söyləyib bir təhər ayrılardı. Azər onu gördükdə siqaret, pul yaxud başqa nə isə istəyərdi. Bu onun adəti idi. Hamı onu yolkəsən quldura bənzədir, nifrət edirdi. Murad yoluna davam etməyə başladı. Gəlib dayanacağa çatdı. Avtobusda xeyli adam vardı,birtəhər salona daxil oldu. Universitetə çatdı. Dayanacaqda düşən kimi siqaret yandırdı. O "Coe" markalı siqaretdən istifadə edirdi. Siqareti bitənə yaxın artıq Universitetin iri darvazası qabağında idi. Həmişəki kimi içəri daxil oldu, yeməkxanaya qalxdı. Əlinin içəridə olduğunu gördü, ona yaxınlaşdı. Murad Əli ilə qrup yoldaşı idilər. Birbirlərini olduqca sevirdilər. Hər ikisi həmyaşıd idi. Əli olduqca yaxşı birisi idi, lakin o demək olar ki, gülməzdi. Onun gözləri gülməzdi!.
Murad 2 çay aldı və Əli ilə üzbəüz oturdu. Ətrafa boylanmağa başladılar. Ətrafda çox saylı gözəl qız vardı. Bu dostlar isə şikar axtaran pələngə bənzəyirdilər. Çaylarını bitirdilər. Sonra bir anda nə baş verdisə onlar dərsdən çıxdıqda şəhərdə bir restorana gedib yeyib-içmək fikrinə düşdülər. Sonuncu dərsdə çox çətinlik çəkirdilər. Tez qaçıb gedib içmək istəyirdilər. Bunlara içmək deyəndə lap ağıllarını itirirdilər. Muradın bir aydır heç kefi yoxdu. Axırı ki, zəng səsi eşidildi. Çölə çıxdılar. Murad bir siqaret daha yandırdı, Əli isə siqaret çəkməzdi. Gəlib dayanacağa çatdılar buradan avtobusa minib İçəri şəhərə getdilər. Ara küçələrin içərisində bir restorana daxil oldular. Kiçik və heç kəsin gəlmədiyi bir yer idi bura, qiymətlərdə xeyli ucuz idi. Yemək, su, və bir litrlik vodka istədilər. Qəmgin bir mahnı ilə içməyə başladılar. Hər rumkadan sonra daha da qəmgin olmağa başlayan dostlar sevgiyə içirdilər. Murad öz hekayəsindən danışmağa başladı. Əli isə onu sakitcə dinləyirdi.
" İllər öncə Səadət adlı bir qız var idi. Məni sevirdi,təbii ki, bu uşaqlıq sevgisi idi. Mən isə uşaq idim. Sonra yollarımız ayrıldı. Böyümüşdük illər sonra o mənə yazdı. Danışdıq bir müddət çox gözəlləşmişdi, ona aşiq olmamaq əlimdə deyildi. İlk başlarda hər nə qədər yaxın olsaq da, o məni fərqli şəkildə tapmışdı. Uşaqlığı boyu arzu etdiyi insan onun üçün heçdə əldə oluna bilməyəcək bir şey olmadığını anlamışdı. Mən heçdə onun arzularındakı kimi deyildim. İçərisində bir məyusluq vardı. Və bu məyusluq bizi bir-birimizdən uzaqlaşdırdı" fikirlərini bitirməmiş birdə başını qaldıran da Əlinin artıq heçdə yaxşı olmadığını anladı. Sonuncunu dostluqlarına içdi. Hesab ödəndikdən sonra çölə çıxdılar havalar get-gedə soyuyurdu. Bir-birlərindən tuta-tuta metroya daxil oldular və evə getmək üçün ayrıldılar. Sanki gözünü yumub açdıq da evdə olmuş kimi oldu Murad. Çarpayıya uzandı. Bir neçə saat musiqi dinləyib yatdı.

AişaHikayelerin yaşadığı yer. Şimdi keşfedin