Bir qadına aşiq olarsan, yalnız birinə. O qadına aşiq olduqdan sonra digərlərini sevmədiyini anlayarsan. Aşiq olduğun dövrdə onun etdiyi yalnışlar belə sənə doğru kimi gələr və yaxud bir açıqlaması olduğunu zənn edərsən. Murad da belədir artıq əvvəllər düşündüyü Səadəti heç xatırlamır belə. Yalnız Aişanı düşünür, ona doya bilmirdi. Əlində olsa bütün günü qapısında yatar, sadəcə bir neçə dəqiqə onu görmək üçün hər şeyi verərdi. İllərin dostlarını hər dəfə bir bəhanə ilə uzaqlaşdırar Aişanı seçərdi. Günlər həftələrə, həftələr aylara çevrilib sanki uçub gedirdi. Arabir xırda davalar edirdilər yalnız küsülülükləri 15 dəqiqədən artıq çəkməzdi. Ayrı qala bilmirdilər.
Artıq bir ayı keçmişdi. Əvvəlkindən daha sıx görüşürdülər. Həftənin azı 2 günü Murad Aişanın evində qalır səhərədək sevişirdilər. Tətildə başlamışdı, Muradgil uşaqlarla danışdıqları kimi Gürcüstan səfərinə yollanıb 5 gün ərzində biraz istirahət edirlər. Düzü içməkdən başqa bir şey etmirdilər axşam Bayram,Ayxan və Babək evə fahişələr ilə döndükləri halda Murad özünü sərxoş kimi aparar, bir təhər özünü qoruyardı. Gecələr otaqlardan nalə səsləri gəlirdi, Murad isə həmin anlarda Aişa ilə yazışırdı.3-cü gün Dostlar Kazinoya gedirlər Murad səliqə ilə geyinir, bu kazinolarda geyimə diqqət yetirib uyğun gördükləri zaman buraxırdılar insanları içəriyə. Murad əlində olan 200 dollar pulundan 120-130 dolları ilə oyuna qatılmağı düşünür. Şans sanki ona gülürdü bu gün. Yarımsaat içərisində pulu 3000 dolları keçmişdi. Babək yanında dayanıb oyununu seyr edirdi kənardan, Ayxan və Bayram isə arxada həmişəki kimi içirdilər. Yüksək alkoqollu likyorların üzərindən 2 füje Pivəni qatmaqları çox yalnış olmuşdu bəlkə də. Bayramın ürəyi bulanır və qusmağa başlayır. Bunu görən Babək yanlarına qaçıb tez çölə çıxırlar. Murad isə oyunu tez yekunlaşdırıb pullarıda götürüb çölə qaçır. Babək sükanda əyləşir evə gedirlər Bayram ilə Ayxanı çarpayıya uzadıb ayılmalarını gözləyirlər. Murad bu sırada qazandığı pulları sayır gözləri qamaşırdı. 3800 dollar əladır!! Bura gələrkən cəmi 250 dollar götürmüşdü, bunuda sentyabr ayından bəri istirahəti üçün toplamışdı. Bu pula nə edəcəyini hələ dəqiq bilmirdi. Günortadan sonra Ayxanla Bayram özlərinə gəldilər, ancaq yenə də çıxıb şəhər ən görkəmli yerlərindən birində restoranda əyləşdilər bahalı qlivteyn ilə axşam yeməyi yedilər. Hesabın hamısını bu günki qalibiyyətinin şərəfinə Murad ödədi. Qalan pulu isə Bakıya saxlayacaqdı. Özü üçün kiçik görünən özlüyündə isə əlçatmaz olacaq bir xəyalını gerçəkləşdirəcəkdi. Düzü bunu əlinə 3-5 min manat keçən hamı düşünür bu sıralar. Ancaq çox az sayda insan bunu qoruyub saxlaya bilir.
Bakıda qayıdan kimi Günorta gedib Aişa ilə görüşür. Gənclikdə bir ticarət mərkəzinin balkonunda əyləşib 2 darçınlı çay alıb, içirlər. Biraz söhbətləşdikdən sonra Murad əlində büdcəsinin olduğunu və neçə vaxtdır düşündüyü Pubu aça biləcəyini deyir. Aişayada burada birlikdə işləməyi şərik olmağı təklif edir. Aişa isə bu haqqda ətraflı danışmaq lazım olduğunu deyir. Lakin pub deyildə Book kafe açsalar daha rahat işlədə biləcəklərini deyir. Burada alkoqolsuz isti və sərin içkilər, dondurma, yeməklər, çərəzlər və digər məhsulları insanlara çatdıra bilərdilər. Çox gəlir əldə etməyəcəkdilər bəlkə də amma olsun gözəl bir məkanları olacaqdı. Murad həmin anda bu təklifi dəyərləndirə biləcəyini deyir, Aişa isə neçə müddətdir pul topladığını və hər ikisi şərik olaraq bu kafenin sahibi olmasını istəyir. Murad da razılaşır təbii ki, daha çox büdcə ilə daha rahat işə başlamaq olardı. Daha sonra qəhvəni bitirib, birlikdə Aişanın qaldığı evə gedirlər, Murad gecəni burada qalır. Və uşaqlarla keçirdiyi 5 gün ona hardasa əziyyət kimi gəlirdi, indi isə əvəzini çıxacaqdı. Aişanı qoxlamadan toxunmadan qala bilmirdi. Gecə sevişdikdən sonra belə qucaq-qucağa yatdılar.
ŞİMDİ OKUDUĞUN
Aişa
RomanceSevginin yaşanmışlığı olan bir dramın hekayəsi. Bunlar bəlkə də Scarın qarşılaşdıqlarının dəyişilmiş formasıdır. Hekayədə şiddət,cinsəllik və söyüşlərdən geniş istifadə olunub (16+) Murad qəm pəncərəsindən ətrafı izləyərkən Aişanı görür. Dostluq və...