Artıq tətil bitmişdi, Murad da əvvəlki kimi dərsə gedirdi bu gündən. Bu dərs günü çox maraqsız idi. Auditoriya da ürəyi partlayırdı. Vaxtın tez keçməsini, qaçaraq kafeyə getməyi istəyirdi.
Aişa səhər gəlmişdi, Kafedə çatışmayan şeylərin siyahısını tutub, kassadan pul götürür və Mahiri mağazaya göndərir. Müştəridə çox az idi. Mahir getdikdən sonra qapıdan içəri Kamran daxil olur, əlində bağlamada böyük bir şey var idi. Aişa yaxınlaşır, Kamran ona sarılır.
(Kamran) Necəsən canım? Səni yenidən tapdığıma o qədər sevinirəm ki, xoşbəxtliyi görmək Muradı tanımaq mənə çox yaxşı təsir etdi. Dünən çay içmək üçün daxil olduğum bu kafedə sənə rastladım, əli boş gəlmişdim. Bu gün həm səni görməyə həm də bu yeni məkanınıza bir hədiyyə etməyə gəldim.
(Aişa) Minnədaram Kamran, sənin bu incəliyin məni çox utandırır. Keç əyləş çay içməmiş buraxan deyiləm.Əyləşirlər, Kamran əlindəkini ona uzadır, Üzərindəki kağızı çıxarırlar. Bu bir tablo idi. Üzərində Aişanın rəsmi olan, suyu boya ilə ipək üzərinə çəkilmişdi.
(Kamran) bunu hazırlamağa çox əvvəl başlamışdım, amma daha sonra əlaqələrimizin itməsi ilə , bunu sənə təslim edə bilməmişdim, ümid varam bəyəndin bunu divardan asacaq olsan çox sevinərəm.
(Aişa) çox gözəldir həqiqətən, mənim üçün bu qədər zamanını sərf edib bunu hazırladığın üçün minnətdaram, təbii ki, kafemizədə ən gözəl hədiyyə ən dəyərli dostumdan gələcəkdi. Minnətdaram əlbəttə biraz özündən razılıq kimi görünəcək ancaq olsun, bunu mütləq divardan asacağıq.
(Kamran) Bəs Murad hardadır? Onuda görmək istəyirdim, sizinlə dostluğumu davam etdirmək istəyirəm.
(Aişa) İndi dərsdədir, günortaya gələcək səninlə görüşməyi təbii ki, oda istəyər.
(Kamran) çox heyf mən birazdan getməliyəm mühüm işlərim var. Ancaq ona mütləq salamımı söyləyərsən.Bir çay içdikdən sonra Mahir əlində bazarlıq ilə içəri daxil olur. Kamran onu gördükdə ayağa qalxır, əlini uzadıb görüşür. Mahir isə biraz soyuq şəkildə onunla salamlaşıb mətbəxə gedir. Mahir Muradın xasiyyətinə yaxşı bələd idi və Kamranın burada əsla istənilməyəcəyini yaxşı bilirdi. Kamran isə Aişa ilə sağollaşıb gedir. Mahir Aişaya qarışmaq haqqının olmadığını yaxşı bilirdi, ancaq kaş ona izah edə bilərdi. Ən azından bununla onların aralarına soyuqluq girməsinə izin verməzdi. Mahir Şirniyyatları şkafa düzərkən, Aişa tablonu divara bərkidir. Yarımsaat sonra Murad gəlir. Aişa yemək hazırlayır, yemək qızanadək Ayxan və Bayram da gəlib çıxır. Hamısı birlikdə yeməyə başlayırlar. Yeməyi bitirirlər, Bayram tablonu görür. Nə zaman hazırlatdıqlarını soruşur. Aişa Kamranın ona hədiyyə etdiyini deyir. Hər kəs tutulur, sakitlik çökür. Murad tez durub siqaret çəkməyə çıxır. Ayxan Aişaya diqqətlə baxıb, sakit bir səs ilə "Ola bilər ki, Muradın sənə ehtiyyacı var, onu yalnız buraxmasan yaxşı olar". Aişa nə isə problem olduğunu anlayıb, çölə çıxır. Murad küncdə yazıq uşaqlar kimi əyilib, siqaret çəkirdi.
(Aişa) Murad nə isə olub?
(Murad) Yenə o gədə gəlmişdi?
(Aişa) ay da yenə bu məsələ? Canım sən niyə belə edirsən? Axmaq kimi görünürsən kənardan
(Murad) hər necə görünsəm belə istəmirəm bunu, Kamrandı hər nədi sənin yaxınlığında olmasını istəmirəm.
(Aişa) Murad Kamran bu gün səninlə, bizimlə bağlı yalnız gözəl şeylər söylədi. Sən anlamırsan ki, mənə bu qədər yardım etmiş insanı qıra bilmərəm.
(Murad) yəni o dostunu qıra bilməzsən ancaq mənə nə olur olsun?
(Aişa) sən siqaretini zəhərlən, adam olanda bu söhbəti apararıq. SağolAişa içəri daxil olub, əşyalarını götürüb çıxır. Ayxangil başı aşağı şəkildə bu mənzərəni izləməkdən başqa bir şey etmirlər, sadəcə məyusluqla baxırlar. Aişa çıxır və tarqoviya düşür, lakin evə getmək istəmirdi. Murad isə içəri daxil olur. Uşaqlar mən bu gün heç kefim yoxdur, bağlayaq buranı deyir. Mahir axşamadək qalıb işləyəcəyini ona gedib əylənməsini söyləyir. Bayram, Ayxan və Murad birlikdə yaxınlıqdakı bir Puba gedirlər.
Aişa isə tarqovidə gəzərkən Kamrana zəng edir.
(Aişa) Kamran hardasan?
(Kamran) işimi bitirdim, yemək yeyirdim, çıxıb biraz kitab oxuyacaqdım . Sən nə edirsən?
(Aişa) Muradgil kafeyə gəldi, mən biraz sıxıldım içəridə çölə çıxmaq istədim, dedim boşsansa görüşərdik yenə.
(Kamran) hə əlbəttə Sahildə görüşək istəyirsən, gələrkən bir şey istəyirsən?
(Aişa) hə əslində, şirin pambıq alsan əla olar.
(Kamran) başüstə.Muradgil Pubda oturub içdikləri bütün bu müddət ərzində Aişa da Kamran ilə Sahildə gəzir dənizi seyr edirdilər, keçmişlərindən danışırdılar.
(Aişa) Bir şey var, həyatımda çatışmayan bir şey. Murada çox güvəndiyim halda bir qorxu var, onu itirmək qorxusu bəsləyirəm içimdə. Mənə güvənmədiyini düşünürəm bəzən, düzü heç kəs sənin qədər mənə inanmayıb. Sən digər insanlar kimi deyilsən hər daim öz hisslərinə görə yox mənim yaxşılığım üçün yanımda olmusan. Mənim yaxşılığım üçün hətta uzaqlaşmağı belə gözə alarsan. Axı bir şey deyim mən sənin kimi bir dostumu itirə bilərəm?
(Kamran) nə olub bilmədim. Muradla bağlı yalnış düşünürsən bəlkə də. Mən onun sənə necə qayğı göstərdiyinə şahid oldum, səndə ona qarşı səmimi ol. Məndən isə ayrılmağı nə üçün düşünürsən ki?
(Aişa) heç boş ver gecdir gedim mən evə.
Kamran onu evədək aparıb ötürür. Qapıda sağollaşıb ayrılıb gedir. Muradgil isə o qədər içirlər ki, Ayxan ilə birgə güclə evə doğru gedib çıxırlar. Məhləyə çatanda Ayxan mağazadan iki sərin su alır və məhlədə əyləşirlər.
ŞİMDİ OKUDUĞUN
Aişa
RomanceSevginin yaşanmışlığı olan bir dramın hekayəsi. Bunlar bəlkə də Scarın qarşılaşdıqlarının dəyişilmiş formasıdır. Hekayədə şiddət,cinsəllik və söyüşlərdən geniş istifadə olunub (16+) Murad qəm pəncərəsindən ətrafı izləyərkən Aişanı görür. Dostluq və...