10-cu hissə "Göz yaşında toxum"

170 27 4
                                    

Əslinə qaldıq da əlbəttə olarda hər şeyi qəbul edərdilər, bəlkə də yox. Əsas məsələ Muradın yalnış etməsi idi. Həm dostlarına qarşı, həm də Aişaya qarşı bir yalnışı başlatmış və davam etdirirdi. O ya dostlarını itirməli idi , ya da ki, Aişanı və yaxud da üzləşmə təyin etməli idi. Murad isə heçnə etməməyi seçərək bütün bunların daha pis vəziyyətə gəlməsinə yol açırdı. Artıq dəfələrlədir ki, onlara yalan söyləyir. Gənc yaşlarında həyatında baş verən ilk uğurlarından biri də bu kafe idi ki, heç onunda açılışında iştirak edə bilməmişdilər. Bəs Aişa?! Onu sevdiyini söyləyirdi, ancaq dostları ilə üzləşmədən çəkindiyi üçün onun haqq da olan artıq danışıqları qulaq ardı edirdi. Səbəb isə çox sevməsi idi. Hə çox sevirdi, hamını itirməkdən qorxurdu, tərk edilməkdən qorxurdu.

İçəridə əyləşmişdi, telefonla oynayırdı hava qaralırdı demək olar. Birazdan daha az müştəri üz tutacaqdı hər halda. Mahir icazə alıb gedəcəkdi. Murad onu ötürmək üçün çölə çıxır. Günlük pulunu zorla ona verir. Mahir isə götürmək istəmir.
(Mahir) qardaşım təzəcə açılıb sizdə özünüzü tutun, sonra soyub talayacam səni narahat olma, amma indi xərciniz görürəm ki, çoxdur onsuz. Mən də eləbil evdə deyil burda otururam sənə əlimdən gələn kömək budur edirəm, yəni pul qalsın.
(Murad) Mahir bax səndə yol gedib gəlirsən, xərcin var başa düşürəm sən dediyin kimi biraz yerimizi rahatlayaq əlbəttə artacaq bu pul ancaq indi götür bunu qoy cibinə havayı gedib-gəlmirsən heç olmasa yol pulunu çıxart.

Mahir pulu götürüb, görüşür və gedir. Murada elə bu anda zəng gəlir. Ayxan danışır.
(Ayxan) A kişi 2 gündü hansı cəhənnəmdəsən?
(Murad) Ala sən öl, çox yorğun olmuşam. Bir yoldaş var onunla işimiz vardı danışaram arada. Nədi yenə zəhərrənək?!
(Ayxan) hə Bayram gəlir ora ona zəng edərsən, mən də 20 dəqiqəyə ordayam ötən günü oturduğumuz yer necə idi? Bəlkə ora gedək indi də.
(Murad) hə mən yaxınlıqdayam, tarqovidayam elə. Bayrama da deyəcəm gəlsin ora sən də gələrsən.

Murad içəri girib Aişaya bir tanışı ilə görüşəcəyini dedi. Görüşəcəklərinin Ayxan və Bayram olacağını demədi. Hardasa 2 saata qayıdaram deyib çıxdı. Puba gəlib əyləşdi.

(Ofisant) Salam xoş gəlmisiz nə istəyirsiz?
(Murad) bir Füje pivə.
(Ofisant) yanında hansısa çərəz istəyərdiniz?
( Murad) xeyr hələlik ehtiyyac yoxdur.
(Ofisant) oldu.

Murad siqaret yandırdı. Tez bir zamanda pivə gəldi. İçməyə başladı, illərdir ki, Coe çəkirdi. Nikotini və qətranı olduqca çox idi. Bu cür siqareti hamı çəkə bilmirdi sanki zəhər dadırdı.Tüstünün havada yox oluşunu izləyərkən düşünürdü. Söhbəti necə başladacam?!. Yox etməyəcəm!, bilmirəm demək məcburiyyətindəyəm!
İlk olaraq Bayram 5 dəqiqə ara ilədə Ayxan gəldi. Onlar gəldikdən sonra masa dolub daşmağa başladı. Yeyib-bitirə bilməyəcəkləri qədər çərəzi eyni anda sifariş verirdilər.
Hərəsi 1 Füje içmişdi ki, Murad başladı.

(Murad) sizlə çox xatirəmiz var, biz birlikdə böyümüşük. Birlikdə hər şeyi əldə edib, və yaxud məğlub olmuşuq. Ancaq mən sizdən bir şeyi gizlətmişəm bunun üçün çox utanıram.

Ayxan və Bayram bir-birlərinə diqqətlə baxıb Muradı dinləməyə davam etdilər.

(Murad) Hər dəfə Hot-doq aldığımız yer var ha, bax ordan düz yuxarı qalxanda sağ tərəfdəki Book kafeni 2gündür açmışam. Açılışa sizi dəvət edə bilmədim. Bunu sizdən gizlədirdim əldə etdiyim bütün pulları şərikim ilə bərabər buraya tökdük. Əsas məsələ isə şərikimdir. Bəli aylardır mən o Pubdakı qız olaraq tanıdığınız Aişanı sevirəm. Lakin sizin zarafatlarınız və digər nüanslar mənə heç xoş gəlmir. Məni, uşaqlıq dostunuzu bu formada qəbul etməyəcəyinizi bilirəm. Bəlkə də mənimdə başıma gəlməsə bunlar birinizdə olsa idi məndə sizin kimi yanaşardım. Lakin bir müddət sadəcə yalnız qalmaq istəyirəm. Bu vaxt ərzində özümü toparlamağa çalışacam. Sizdən isə tək istəyim həmişə olduğu kimi kefinizdən qalmayın, içkilər, bahalı həyatınız , pulla xidmət göstərən qadınlar və digər hər şey., bunları mənsiz də davam etdirin. Sağolun.

Bütün bunları deyən Murad son sözlərində həqiqətən kövrəlmişdi. Sanki bir iynə toxunsaydı ona bütün damarlarındakı qan fışqırıb çıxacaqdı. Sanki bir həzin nəğmə başlasaydı göz yaşlarından sellər yaranıb bütün aləmi basacaqdı. Fikrini tamamlayıb durdu ayağa, görüşmədən sağol deyib oranı tərk etdi. Qapıdan çıxdıqda damağındakı siqareti kənara atıb yenisini çıxarıb dodaqları arasına aldı. Boğazında bir ağrı var idi.
Bayram və Ayxan tutulub qalmışdılar. Onların heç bir günahı yox idi axı. Biraz artıq əksik danışmışdılar düzdü, ancaq onlar heç vaxt zarafatlarından qalmazdılar. Başqa bir mövzuda olsa Murad onlardan betər lap şitini çıxarar. Amma bu səfər həqiqətən çox pis yekunlaşmışdı. Heç kəsin ayıra bilməyəcəyi bir ailə kimi olan dostların arasına bir qadın nifaq toxumu salmışdı. Olar getdikcə parçalanacaq bir gün xatirələrə qarışıb yox olacaqdılar.

AişaHikayelerin yaşadığı yer. Şimdi keşfedin