5-ci hissə "Ətir"

192 32 13
                                    

Qoxu çox böyük bir önəm daşıyır əlbəttə, ətir insanın yadında daim qalıcı bir şeydir. Körpə uşağın böyüdükdən sonra belə uşaqlıqdan ətrafında olan bütün insanlara, öz ailəsinə qarşı ehtirasının olmaması belə ətirləri ilə bağlıdır. Ancaq Parfümü sevmirəm, qəhrəmanlarımıda bu formada canlandırıram. Parfümü Avropalılar yaradıb, səbəbi isə pis qoxularını ört-basdır etməkdir. Orta əsrlərdə Parisin o iyrənc qoxusu, natəmizlik, xəstəlik qaynağı olması onları Parfümü yaratmağa məcbur etmişdir. Hər halda Patrik Züskindin məhşur "Ətriyyatçı"əsəri hər birinizə tanışdır. Qrenuy ətir almaq üçün əlindən gələn hər şeyi edir, hətta silsilə qatilə çevrilir. İnsanlar ümumən belədir, sevdiyi qoxu üçün əllərindən gələni edərlər, o qoxu onları bihuş edər.
Aişa yuxudan oyanır, ilk olaraq telefonu əlinə alır. Murada sabahın xeyir ismarıcı göndərir. 2 dəqiqə keçməmiş zəng gəlir.

(Murad) Gecə boyu səni düşündüm, görüşmək istədim düzü. İndi dərsdə idim, yenicə qutardı.
(Aişa) Məndə sənin üçün darıxmışam. Necə olur bilmirəm amma bir-birimizi bu qədər az tanıyarkən mən sənə çox güvənirəm.
(Murad) bu gün görüşə bilərik?
(Aişa) hə saat 3ün yarısı İçəri şəhər metrosunun çıxışında görüşək, gecikmə.
(Murad) oldu.

Murad Universitetdən çıxıb içərişəhərə getdi, ötən günü əli ilə oturduqları restoran da Tələbələr üçün doyumlu olan bir menyu var idi. Qiyməti də münasib idi, sifariş verib yedi. Sonra qalxıb metronun qarşısına gedirdi ki, yolda bir uşağın Əlində qızılgül tutub, qarşıdan gələn bütün cütlüklərə uzatdığını gördü. Yaxınlaşıb bir qızılgül aldı. Sonra metronun qarşısında durdu, Aişa gəlib çatmışdı. Görüşdülər qızılgülü ona uzatdı, Aişa təşəkkür edib götürdü və qoxladı. Flarmoniyanın yanı ilə sahilə düşdülər, yolda iki südlü qəhvə aldılar. Gəlib çatdılar ətrafda da adam çox az idi, orda burda sevişən bir iki nəfərdən başqa kimsə yoxdu. Əyləşib Qəhvələrini içərək dənizə baxmağa başladılar. Maraqlı suallar verib, filmlərlə bağlı danışırdılar. Sonra birdən sükut çökdü. Göz alabiləcək qədər uzaqlara üfüqə doğru baxmağa başladılar. Yalnız dənizin səsi duyulurdu, Hər ikisi sakit görünürdü. Ancaq bu sakitliyin içərisində içlərində müharibələr baş qaldırmışdı sanki, içləri-içlərini yediyi halda dinmirdilər. Bir başlanğıc nöqtəsi düşünün hər şey onunla başlayıb, onunla da bitməli olan bir nöqtə. Bütün yollar fərqli başlanğıcdan başlasa belə buraya gəlib çıxmalıdır. Bəli, bütün yollar sevgiyə aparır.
Bu uzun sakitlik zamanı onlar get-gedə bir-birlərinə soxulmağa daha da yaxın oturmağa başladı. Aişa bir şeylər danışır düz Muradın gözlərinə zilləmişdi, Murad da eyni formada onu dinləyir ancaq danışılanları bir qulağından alıb digərində çıxarırdı. Sehrlənmişdilər, və bu anda Murad ilk hücumu etdi. Aişanın qırmızı dodaqlarından bərk yapışdı, öpüşürdülər. Həmin anda nəbzləri qalxmışdı, daha bərkdən birlikdə nəfəs alıb verirdilər. O qədər sürətli nəfəs alırdılar ki, hətta 5 metrdən belə bunu duymaq mümkün idi. Öpüşməni bitirdilər. Aişa aşağı doğru gözlərini qaçırdı. Murad isə saçlarını qoxlamağa başladı, Aişadan gələn qoxu onu dəli edirdi. Daha sonra ehtiraslandığını anladı, sanki şalvarın düyməsi elə indicə qırılacaqdı. Aişa da bunu hiss etmişdi, aşağı doğru baxmırdı, əslində özündə də bir dəyişikliklər olduğunu sezirdi. O sanki bu dəqiqə Murad həsrəti ilə yanırdı. Bu odu söndürmək üçün əlindən nə gəlirsə edərdi, ancaq ikisidə yenə içlərində müharibə aparırdı. Yarımsaat daha belə keçdi, Murad onu qoxlayır arada boynuna xırda bir toxunuşla öpüş qondururdu. Aişa evə getməli olduğunu dedi, yeni evini təmizləyəcək, əşyaları yerbəyer edəcəkdi. Murad onu metroya qədər yola saldı gedərkən qucaqlaşıb, öpüşdülər. Ondan  ayrıldıqdan sonra telefonunu açdı, bayaqdan heç kəs narahat etməsin deyə onu söndürmüşdü. Həqiqətən də Bayram bir neçə dəfə zəng etmişdi. Telefonu götürdü Bayram Ayxanla birlikdə Misentrphya da olduqlarını dedi. Murad gəzərək buraya gəlib çatdı. İçəridə əyləşmişdilər hələ yarımsaat olar gəliblərmiş, lakin artıq hərəsi 4-5 tekila içmişdi. Murad da qoşulduqdan sonra durmadan içməyə başladılar. Aralarında maraqlı söhbətlər gedirdi. Murad onlara Aişa haqqında danışmağa başladı. Yaxşı biri olduğunu çox istədiyini dedi. Onlar gülümsündü və Bayram dilləndi.
(Bayram) De görək nə vaxt şeyliyirsiz?
(Murad) Nə?
(Bayram) Ə nə vaxt tulluyursan çarpayıya.
(Ayxan) Rəfiqələri olmamış olmaz, qardaşıvı yaddan çıxartma.

Murad yalandan gülümsündü, tutulmuşdu və heç nə deyə bilməyəcəkdi. Xırıltılı bir səslə qonşu Azərdən danışmağa başladı. Uşaqlar gülüşməyə başladılar, ancaq Murad hələdə tutulmuşdu. Tualetə getdi, güzgüyə baxdı gözləri dolmuşdu, boğazında qəhər dolub qalmışdı sanki. O Aişanı ətrafındakılara düzgün təqdim edə bilməyəcəkdi. Onlara görə Aişa pozğun bir fahişə idi, pulun var isə rahatlıqla əldə ediləcək bir qadından ibarət idi. Ancaq Murad onun saçlarının qoxusu hələdə burnunun ucunda hiss edirdi. Qayıdıb masaya geri döndü. Biraz daha içdi, gecə yenə ayrıldılar, Murad Ayxan ilə birlikdə evə qayıdırdı. Avtobusun pəncərəsindən Tbilisi prospekti boyunca yola diqqət yetirirdi. Aişa və dostlarını düşünürdü. Misal üçün yanındakı Ayxan illərin dostu idi, azı 16 ildir onu tanıyır. Onun hər anı Ayxanla birlikdə keçib. Öz dostluqları bir yana ailələridə dostdur, bir-birlərinin evində böyüyən iki uşaq böyüyüb iki yetişkin insana çevrilmişdi. Bu illərdə çox şeylər atlatmışdılar. Bayram, Ayxan və O hər zaman yaxşı günün dostlarıdırlar, çünki birlikdə olduqda həmişə yaxşı gün olub onlar üçün.

AişaHikayelerin yaşadığı yer. Şimdi keşfedin