Bir neçə həftədə belə keçir, Ayxan və Bayram demək olar hər gün kafeyə baş çəkirdilər. Həmdə gəldikləri zaman müştəri qismində deyil, işçi kimi görünürdülər. Bacardıqları qədər onlarda bir işin ucundan tuturdular. Boş oturduqda hamısı birlikdə kart oyunları oynamağı sevirdilər. Bir xidmətçi qadında götürmüşdülər, hər gün gəlib qabları yuyur, həftədə 2 dəfə isə polları, tualeti təmizləyirdi. Aişa da ona bir xeyli kömək etməyə çalışırdı. Mahirin məvacibini daha da artırmışdılar. Bu məkan isə gün-gündən gənclər arasında daha çox tanınmağa və daha çox müştəri cəlb etməyə başlamışdı.
Bir axşam yenə Muradla Aişa qapıları bağlayıb çıxdılar, tarqovi ilə yeriyərkən Murad Popkorn aldı. Avtobusda gələrkən yol boyu yedilər. Qapıda Murad Aişanı öpdü, Aişa da evə gəlməsini təkid eləmədi, gec idi son avtobuslardan birinə çatmalıydı. Murad getdi. Aişa evə qalxıb əynini dəyişdi, çay qoydu. Daha sonra Ayxana zəng etdi.(Aişa) Salam Ayxan necəsən? Bu gün də gəlmədiz. Muradı 4 dəfə udmuşam.
(Ayxan) Axşamın xeyir, ona görə gəlmirik də, sən ancaq uduzacaq oyunçu axtarırsan. Özün necəsən? Nəsə olmayıb ki?
(Aişa) yox yəqin bilirsən nə üçün zəng etdiyimi
(Ayxan) deyəsən hə, sabah Axı fevralın 3-üdür. Nə isə plan qurubsan?
(Aişa) hə hər şeyi təşkil etmişəm, bircə qalıb sabah hamının toplanması mən ortaq dostlarımızı dəvət etdim, ancaq Muradın çox dostu ilə mənim əlaqəm yoxdur. Onların hamısını sən dəvət et.
(Ayxan) hə əsas məsələni həll edibsən ki, yaxşı sabah saat neçə üçün harda toplanaq?
(Aişa) sabah Muradla mən saat 12-də 28 Mayda görüşəcəyik, Amma ona qədər səhər tort sifariş etmişəm onu götürmək lazımdır, sonra da kafeyə gedib ortalığı biraz düzəltmək. Bunun üçün də sabah səhər saat 9-da gəl Elmlər akademiyasına orada görüşək, tortu götürüb gedərik kafeyə.
(Ayxan) oldu yaxşı, mən indidən camaata yazım.Danışdıqları kimi səhər gəlirlər kafeyə, biraz sonra Mahir də gəlir, açarı onlara təhvil verir salonun ortasındakı masaları birləşdirirlər, şarlar və digər bəzək əşyaları ilə içərini bəzəyirlər. Muradın 20 yaşı tamam olurdu bu gün. Daha sonra Aişa Muradla əlaqə saxlayır, Murad 28də onu gözləyirmiş artıq. Aişa qaçaraq çıxıb gedir. Murad Ayxan və Bayram ilə üzləşmə etdiyi gündən bəri xoşbəxt idi. Axı nə üçündə olmasın. Hər filmin,hekayənin olduğu kimi həyatımızında bir xoşbəxt hissəsi vardır. Necə ötüb keçdiyini anlamarıq o günlərin bitirdikdən sonra məzaradək bir anlıq o zamanda təkrar yaşamağı arzulayarıq, amma bir faydası olmaz. Bunun üçün hər şeyi daha dolğun şəkildə yaşamağa çalışmaq lazımdır bəlkə də , o anlar onsuzda xoş xatirəyə çevriləcək ötüb keçəcəkdi. Lakin beynimizin bir ucun qalacaq bu xatirələri hər nə qədər gözəl yaratsaq vaxtında o qədər gözəl qalar, anı yaşamaq da bu olsa gərək.
Görüşürlər Aişa ona bir hədiyyə edəcəyini bilirdi, lakin bu hədiyyənin bu qədər gözəl olacağını düşünməmişdi belə. Aişa gəlib Muradla uzun bir öpüşürlər, ətrafdakılar sanki sirk tamaşasına baxarcasına onlara baxır. Hə düzdür axı, bizim şəhərdə sevgiyə fərqli bir qadağalar qoyulur. Aişa Muradın doğum günü hədiyyəsinin nə olduğunu düşündüyünü soruşur.
(Aişa) səncə doğum günü hədiyyən nədir?
(Murad) dayan düşünüm biraz, ya da ki, ehtiyyac yoxdu vaxta bilirəm nədi. Sən
(Aişa) tez elə gedək, hələ kafeyə qayıtmalıyıq Mahir tək çatdırmayacaq.Onlar birgə gedib bir iş mərkəzinə daxil olurlar, Aişa burada xarici turlar təşkil edən bir qrupla danışıb maraqlanmışdı. Neçə vaxtdır onların Dünya səyati ilə bağlı söhbətlər aparırdılar, İtaliyanı oxuduqları məqalələrdən çox bəyənmişdilər. Onlar burada danışıb 2gün sonra üçün razılaşırlar, 10 gün ərzində burada gəzəcəkdilər. Avia bilet, və Romada qalacaqları 6 gecənin pulu belə onların 20 gündə əldə etdikləri gəlirlərinə bərabər idi. Amma buna çox ehtiyyacları vardı, anılarını daha da gözəlləşdirib, əbədi yaşadacaqdılar. Burada işlərini tez yekunlaşdırdılar, sürətli bir şəkildə kafeyə getməyə başladılar. Yolda müzakirə edirdilər
(Murad) Sən qaça-qaç saldın, heç nəyi anlamadım vallah, indi 10 gün biz orda olanda kafeni necə edəcəyik?
(Aişa) narahat olma bir ofisant tanışım var, ona dedim gəlib işləyəcək müvəqqəti, Mahirlə də danışmışam bütün günü işləyəcək, Ayxan və Bayram da yardıma gələcəklərini deyiblər, Xala da hər gün gəlib təmizləyəcək.
(Murad) Əla mən başıboş gəzirəm bütün ətrafımız mənnən öncədən İtaliya səfərindən xəbərdardır.
(Aişa) bəs nə bilmişdin? Mən belə sürprizlər hazırlayıram da.Gəlib kafeyə çatırlar ki, içərisi adamla dolu idi. 20-25 nəfər vardı masa ətrafında , "Doğum günün mübarək" deyildikdən sonra tort kəsildi, Bayram Şampanı partlatdı, badələrə süzüldü həmişə birlikdə olmaq arzusu ilə içildi. Saatlarla bu xoş gün davam etdi. Axşam Murad Aişanı qoyub evə gəldi, doğum günlərinə nifrət edirdi. İl ərzində danışmadığı adam belə bu gündə onu yada salardı, buna görə həmin gün insanlarla münasibəti ona qeyri səmimi gəlirdi. Murad Balkonun yerində uzandı, soyuq idi. Ancaq ona təsir etmirdi sanki, çünki xoşbəxt idi. Sabah da Bakıdayıq daha sonra çox gözəl 10 gün. Coeni çıxardı, üzərindəki rəsmə diqqət yetirdikdən sonra bir ədəd qutudan çıxardığı siqareti damağına qoydu. Siqareti yandırdı, Biləcəri də sakitlikdi. Telefonunda bir mahnı qoşmaq istədi, pletlistindən "I'm born to Run" parçasını seçdi. Aişanın qoxusunu özləyirdi. Görəsən daim belə xoşbəxt hissələr olacaq?! Ən azından bu dəfə Xoşbəxt sonluq olsun!
ŞİMDİ OKUDUĞUN
Aişa
RomanceSevginin yaşanmışlığı olan bir dramın hekayəsi. Bunlar bəlkə də Scarın qarşılaşdıqlarının dəyişilmiş formasıdır. Hekayədə şiddət,cinsəllik və söyüşlərdən geniş istifadə olunub (16+) Murad qəm pəncərəsindən ətrafı izləyərkən Aişanı görür. Dostluq və...