Proloq

37 3 5
                                    


Bir gün çantamdan başqa heç nəyimin olmadığını anladım. Heç nəyə də ehtiyacım yox idi. Bu baş verəndə yerdə uzanmışdım. Məndən qan axırdı. Ağlımdan keçən ilk şey yaramı dezinfeksiya etmək idi. Amma ağzına qədər dolu çantamda bircə qram da olsun spirt yox idi. Üç dəst köynəyim, qulaqcığım, fotoaparatım, cipsi paketlərim var idi. Amma spirt yox idi. O gün qərar verdim ki, mənim üç dəst köynəyə, qulaqcığa, fotoaparata və çipsilərə ehtiyacım yoxdur. Mənim yaramı təmizləyəcək bir şeyə ehtiyacım var. Çantamda ağrıkəsici də vardı. Amma mənim ağrıkəsiciyə yox, sağlam olmağa ehtiyacım vardı.

Evsiz Where stories live. Discover now