Ölənə qədər 31 era

23 2 0
                                    


Yerdə uzanmış və dizimi tutaraq sanki ağrının sakitləşməsinə gözləyirdim. Öz-özümə düşündüm ki, əgər burda ölsəm, necə də mənə yaraşardı. Sadə, tək, kimsəsiz. Qanın bədənim boyunca axaraq torpağa düşüb onu da kirlətməsini hiss edir, amma sonra öz parçalanmış bədənimin dünyəvi ağrıları bütün humanistik və müxtəlif izmli düşüncələrimi alt-üst edirdi. Çox böyük ehtimalla, cəsədimi heç vaxt tapmayacaqdılar, əgər buralardan keçən təsadüfi turistlər aşağı baxmasalar mənim bədənimin artıqları illərlə öz qanımla çirkləndirdiyim torpağın üzərində qalacaqdı. Heç kimə də hara getdiyimi deməmişəm. Öz-özümə düşündüm ki, ölənə qədər ürəyimdə rəqəmləri saya bilərəm. Əgər bir trilyona qədər çata bilsəm, heç vaxt ölməyəcəm. Çünki, əgər heç durmadan saymağa başlasam bir trilyona 31 600 il sonra çata bilərəm.

Evsiz Where stories live. Discover now