Pantha Rhei

3 0 0
                                    


Dağda üç gün keçirdim. Təkbaşına üç gün. Sadəcə mən və təbiət var idi. Əslində, olduğum nöqtədə mən və təbiəti bir-birindən ayırmaq mümkünsüz idi. Biz vəhdət halında idik. Birləşmişdik. Bütünləşmişdik. Bir-birimizdə yox olmuşduq. Bütün paltarlarım otların yaşılı, torpağın qəhvəyisi və hər şeyin hər rəngi olmuşdu. Dağdan enərkən Nitsşe yanımda addımlayır və bir tərəfdən bığlarını sığallayarkən bir tərəfdən də kəşf etmək istədiyim həyatı necə tapacağımı mənə öyrədirdi.
- Yaşamaq, dərin bir mənası olmayan boş bir məşğuliyyətdir. Bundan qurtulmağın yolu illuziyaları qucaqlamaqdır.
Sonra Kamyu araya girib Nitsşenin üstünə qışqırdı:
- Daha dürüst olmaq lazımdır. İnsan var olmağa üsyan etməlidir, illuziyaların arxasında gizlənməli deyil. İnsan cəsur və azad olarsa, öz iplərini qıra bilər.
- Bəs nəyə önəm vermək lazımdır?
- Çeşidliliyə - deyə cavab verdi.
- Pantha Rhei - dedi Nitsşe - hər şey axar.

Düşünürdüm. Mənə yeni nəfəs, yeni ruh, yeni həyat tərzi lazımdır. Mən indiyədək yaşadığım komfortun sərhədlərindən çıxıb, özümü naqolay çeşidliliyə salmalıyam.
Bilirsinizmi, roketlərin çənləri elə ölçüdə hazırlanır ki, onların qatarlarla daşımaq olsun. Qatarların ölçüsü isə aydın məsələdir ki, dəmir yollarına uyğun olsun deyə hazırlanır. Dəmir yolları isə keçmişdə arabaların təkərləri arasındakı məsafəyə uyğun salınıb. Arabaların eni isə roma legionlarının döyüş üsulu olan iki atın yanaşı gedə bilməsi və arabanı çəkə bilməsinə uyğun hesablanmışdı.
Anlayırsınızmı, hər şey bir-birinə bağlıdır? Amma, artıq dəyişiklik lazımdır.

Evsiz Where stories live. Discover now