Duman

13 1 0
                                    


Yuxudan duranda hansı ölkədə olduğumu anlamaq zaman alır. Xatirələrim oyandıqca dünən gecə doğulduğum ölkəyə qayıtdığımı və döşəmənin üstündə yuxuya getdiyimi xatırlamağa başlayıram. Ayağa belimin ağrısı ilə qalxıb, başımın ağrısı ilə divana otururam. Çamadanım və çantam otağın düz ortasında boşaldılmağı gözləyən gözlərlə mənə baxır, mənsə uşağının göz yaşlarına etinasız yanaşan valideyn ədası ilə ayağa qalxıb, hamam otağına keçirəm. Gözlərimdən qırmızılıq, saçımdan dağınıqlıq, üzümdən yorğunluq yağdığını güzgüdən görürəm. Üzümü buz kimi suyla yuyarkən, öz-özümə ruhumu da təmizlədiyimi xəyal edirəm. Mətbəxə keçib, çay içmək istəsəm də, yadıma düşür ki, evdə ağıza atacağım heç nəyim yoxdur. Bir siqaret yandırıb, masaya dirsəklənib, otururam. Siqaretin zamanı öldürə bilmək kimi hiss edilməyən bir bacarığı var. Tüstü ciyərlərimə yayılsa da, mənim üçün siqaret qəribə bir şəkildə beynimdəki dumanı dağıdan vasitədir. Artıq siqaret çəkilməyəcək qədər qısa olanda onu külqabıya basıb söndürürəm. Çantamı götürüb, evdən çıxıram.

Qulağımda Tupac, Eminem, Naz, Wutang, Snoop dog özlərini təkrarlayarkən mən də ritmlə başımı tərpədirəm. İnsanların öz acizliklərindən doğan və mənasız həyatlarını rəngləndirmək üçün formalaşdırdıqları qınayıcı nəzərləri vecimə deyil. Metroda gözümü yumaraq öz azadlığımın həzzini yaşayıram. Mən zəbt edilməzəm. Gözümü hansısa an sanki hörümçək hislərimin təsiri ilə açıram. Qarşımda o oturub. Gözlərimi açdığımı görərkən ayağa qalxıb yanıma gəlir.
- Niyə bizə xəbər eləmədən yoxa çıxdın?
- Unutdum - deyə həqiqəti cəsarətlə püskürürəm.
- İndi hara gedirsən?
- Bilmirəm.

Evsiz Where stories live. Discover now