darıxmışdım, lənət olsun

128 5 5
                                    

Biri üçün darıxmaq, ona yazmaq, ona zəng etmək, onu axtarıb tapmaq mənasına gəlməz. Gəlməməli..
İnsanlar hisslərini içində saxlamalı. Bir gün unudacağı sabaha qədər. Çünki heç kəsə heç kəsin hissləri vacib deyil. Bəs darıxmaq? Sevgidirmi? Əslində xeyr. Sevgi nə bağlılıq, nə eşq, nə nifrət, nə qəzəb, nə darıxmaq.. Sevgi tamam fərqli bir dəryadır. İnsan birini sevə bilirmi indiki dövrdə? Təbiiki xeyr. Zarafatmı edirsən? Sevgi 18ci əsrdə texnologiyaların silah tacirlərinin, kapitalistlərin meydana gəlməsi ilə bitdi. Yox oldu.
-Nədən?
Bir misal çəkəcəm sənə; çox sadə və çox qəliz.. İnsan torpaqdan yaranıb bunu hər kəs bilir. Yumurta da toyuqdan və xoruzdan.. Nəinki insan, hətta canlılar da torpaqdan yaranıb.
-Bunu sübut etməlisən dostum.
Etməməliyəm dostum. Sən özün bunu tapmalısan.
-nədən?
Mənnən artıq deyil heç kəs. Düşüncə baxımından. Hər kəs düşünməli. 10münbit qatdan ibarət xırda bir torpaq sahəsi vardı o zaman.
-Nə zaman?
Milyon illər öncə. Yeri meterioit daşları, maqma daşqınları sellər bürüdükdən sonra. Yağışlar yağırdı yüz illər boyu. Və birdən bütün bu saydıqlarım qarışdı. Torpaq münbitləşdi. Canlılar yaranmağa başladı. Ən son insan yarandı. Rəbbiniz canlı aləmi cüt şəklində yaratdı. Bəşəriyyət yarandı.
-Bunları sən haradan bilirsən?
Heç yandan. Düşünürəm. Tam 15illik araşdırmalarımın soraqlarımın nəticəsində tapdımki insan axtararaq nəyisə əldə etməz. Kitab insana bilik verər amma düşüncə verməz. Təcrübə verməz. Kitab insana heç nə verməz. İnsan kitabdan heç nə öyrənə bilməz. İnsan yalnız özünü dinlədikdə nəyisə öyrənər dostum.
Onu sevirsənmi?
-Bilmirəm.
Bilməməlisən dostum. Bəzən heç nə bilməməlisən. Yaşamalısan anı. Amma anlıq yox. Sevirsənmi? İçində saxla. Xoşbəxtsənmi? Paylaşmağa biri axtarma. Özün üçün kəşflər et və bundan bir kimsəyə danışma. Onsuzda anlamayacaqlar.

99+Место, где живут истории. Откройте их для себя