camaat nə deyər?

29 1 0
                                    

Hər zamanki gün, mən səhər 7yə 13dəqiqə qalmış oyanıb 7:06da evdən çıxan varlığam. Rəqəmlərlə bağlı problemim var deyə çox vaxt bir sonrakı avtobusa minərdim. İşə çatana yaxın müxtəlif yerlərdə düşərdim; eyni insanları eyni yerdə görməkdən bezər, biraz da kənarda görüm deyə üç dəqiqə gec gedərdim dayanacağa qədər. Sonra işimə başlayar, oturub səhərin dadını çıxarardım. Günorta olması yemək yeməyim mənasına gəlir deyə saata tez baxaram. Axşam üstü isə heç saatı sevməzdim. Birdə baxardımki iş bitib və mən evə getməliyəm. Bu məcburdur. Axı işləmək istəyirəm, bu gənc yaşımda düşüncənin boğduğu zamanlarda ölmək deyil də işləmək istəyirəm.
Zatanı sevdiyimi bilirsiniz. O demişdi bir dəfə; düşünən insan boğular, sorğulayan insan isə həqiqəti tapar. Krişnamurti isə demişdi. Fikir çəkən insan boğular, düşünən insan isə həqiqəti tapar. İçinizdəki suallara cavab axtarmayın, sorğulamayın. Həqiqət o zaman sizi tapar. Mən isə deyirəm. Həqiqət axmaqlıqda gizlidir. Özünüzü axmaq kimi görsədib bütün həqiqətləri görə bilərsiniz. Psixologiyada bir termin olmalı idi, otağda itirdiyin şey olanda O nöqtəsinin mərkəzindən çölə çıxıb sağdan sola doğru baxdığda tapa bilərsən onu. Axmaqlar nə sağdan sola, nə sağdan sola baxmaz, üçüncü gözləri olar. Və həqiqətləri görərlər. Bir mizah termini yaradıb indiki gənclər. Klounu kim güldürsün deyə, kloun kloundu demişdim bir dəfə. O enerjisini insanlardan alıb gülməlidir, Əgər ki səhnədə gülüb arxada ağlayırdısa o həqiqi kloun sayılmır. Bu pul üçün qazanc sayılır. Axmaqlıq da belədir. Həqiqi axmaq olsan gülüşləri hiss edərsən, insanları danışarkən izləyərsən. Qadınları davranışı ilə, kişiləri isə sözü ilə tanıyarsan. Əslində bir termin demişdi qadında qulaq kişidə əməldi. Tərsi olmalı bu. Sorğulayın bəlkə haqlı çıxdım.
Zooparkın sərhəddi olmayan yeganə qəfəs insanlardı demişdim bir dəfə. Azad yaşadığını düşünən, qəfəsi görməyən və başqaları nə deyər deyə yaşamağı sevən insanlıq. Zooparkın acımasız insanlardan ibarət olması çox vahiməli səslənir deyəsən. Yenicə aldığı Geyimin yaraşmasını camaatdan soruşan, qarşısına gələn hər kəsdən məsləhət alan, el aləm baxır deyən, camaat nə deyər deyən, yerin qulağı var kimi ifadələr. Hamısı alma yedikdən sonra mı yarandı?
Yoxsa eqo doğuşdan deyil də yaradılışdanmı var?
Bu gün istədiyim tip geyim, istədiyim növ ritm tuta bilmədimsə sabah necə inanım ki yaşadım?

99+Tempat cerita menjadi hidup. Temukan sekarang